çərşənbə axşamı 2 dekabr 2025 - 12:19
BTS psixoloji müharibənin əsasıdır

Hövzə / BTS, Koreya dalğasının (Hallyu) simvolik təmsilçisidir. Musiqi və çoxqatlı simvollar vasitəsilə gənc nəslin düşüncəsinə və həyat tərzinə təsir göstərir.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, bu gün güc nümayişi artıq top və tanklarla həyata keçirilmir. Musiqi və mədəniyyət yeni silahlardır. Müasir dünyanı artıq ağır silahlarla fəth etmək mümkün deyil. Könüllərin və düşüncələrin qazanılması, mədəni və siyasi güclərin yeni yoludur. BTS bu psixoloji müharibənin kiçik nümunəsidir. Musiqi, gülümsəmə və peşəkar planlar sayəsində səssiz-sədasız irəliləyir.

Əgər reallığı nəzərdən keçirsək, BTS Koreya əyləncə sənayesinin məhsulu olan bir pop musiqi qrupudur. Ancaq bu əyləncə sənayesi “Hallyu” və ya “Koreya dalğası” adlanan geniş dövlət strategiyasının bir hissəsidir və Cənubi Koreya dövləti ilə Qərb tərəfdaşları illərdir ki, bu siyasəti mədəniyyət ixracı və qlobal təsirinin artırılması məqsədilə həyata keçirirlər.

Bu dalğa əvvəlcə kinematoqrafiya və seriallardan başlasa da, bu gün musiqi, moda, kosmetika və hətta yemək sahələrini də əhatə edir. BTS isə bu sahədə öncüldür. Yüksək peşəkarlıqla hazırlanan məhsullar, emosional hekayələr və dəqiq xarakter yaratmaq bacarığı ilə milyonlarla insanda emosional bağlılıq yaradıb.

BTS-in əsas xüsusiyyətlərindən biri də çoxqatlı mesajların ötürülməsi ustalığıdır. Üzərindəki musiqilər və mətnlər sevgi, özünəinam və ümid kimi motivlər ətrafında fırlansa da, dərin qatlarda xüsusi mədəni istinadlar, şübhəli simvollar və özünəməxsus siyasi-mədəni təbliğat müşahidə edilir.

Bu niyə təhlükəlidir?

Çünki bir yeniyetmə sevdiyi musiqinin içində təqdim olunan simvol və mesajlarla qarşılaşanda, düşüncəsini müdafiə edə biləcək mental gücə sahib olmur. O, melodiyaya və təsvirə diqqət yönəldir, şüuraltı isə hər şeyi qəbul edir. Məhz buna görə də, BTS musiqisində simvolların bolluğu və gizli mesajların yer almasını təsadüfi saymaq olmaz.

Bunun nəticəsi olaraq, gənclərin zövqü və həyat tərzi dəyişir. Bu gün BTS-in saç modeli, geyim və ifadələri ilə yaşayan yeniyetmə zaman ərzində dəyərlərini də şüuraltı şəkildə dəyişə bilər. Əksər hallarda bu dəyişikliklər qloballaşma modelinə uyğun milli və dini fərqliliklərin aradan qalxması istiqamətində olur.

Qədim və zəngin tarixi köklərə malik olan İran cəmiyyəti üçün bu proses strateji təhdiddir. Gələcək nəsil yerli kimliklə əlaqəsi olmayan mədəniyyət və musiqi ilə böyüyərsə, sosial və siyasi dönüş anlarında da fərqli mövqe sərgiləyəcək.

BTS-ə təkcə uğurlu musiqi qrupu kimi deyil, mədəni qarşıdurmanın geniş kontekstində baxmaq lazımdır. Bu qrup qlobal hərəkətin rəmzidir. Məqsədi isə yeni nəslin düşüncəsini və zövqünü idarə etməkdir. Qarşısını almaq üçün məntiqi neçəqatlı strategiyaya ehtiyac var. O cümlədən media təcrübəsinin artırılması, yerli dəyərlərə əsaslanan maraqlı əyləncəli məzmun hazırlanması və BTS-in məhsullarında olan gizli pərdələrin açılması kimi strategiyalara ehtiyac var.

Əks halda bir neçə nəsildən sonra, artıq adi müharibə ilə deyil, pop musiqi əsaslı “psixoloji müharibə” nəticəsində mədəni təslimçilik təhlükəsi meydana çıxacaqdır.

Mənbə: Müxtəlif məzhəb və dinlər üzrə araşdırma və təhlil mərkəzi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha