bazar 14 iyun 2026 - 17:10
Pakistanın Lahor şəhərinin tarixi Minare Pakistan meydanında “Ayətullah Seyid Əli Xamnei”nin xatirəsinə  böyük siyasi, dini və kütləvi toplantı keçirilib.

Hövzə / Pakistanın müxtəlif şəhər və bölgələrindən yüz minlərlə insan Lahordakı tarixi Minare Pakistan meydanında keçirilən böyük “ Ümmətin Şəhidi” toplantısında iştirak edərək, şəhid Ayətullah Seyid Əli Xamenei (r) xatirəsini yad etmiş və onun yolunun və ideallarının davam etdirilməsini vurğulamışlar.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Pakistanın Lahor şəhərindəki tarixi Minare Pakistan meydanında “Ümmətin Şəhidi” adlı möhtəşəm toplantı keçirilib. Tədbir Pakistanın şiə təşkilatları və qurumlarının təşəbbüsü ilə baş tutub və cəmiyyətin müxtəlif təbəqələrinin geniş iştirakı ilə müşayiət olunub. Təşkilatçıların bildirdiyinə görə, ölkənin müxtəlif bölgələrindən yüz minlərlə insan bu böyük dini və xalq toplantısında iştirak edib.

Pakistanın Lahor şəhərinin tarixi Minare Pakistan meydanında “Ayətullah Seyid Əli Xamnei”nin xatirəsinə  böyük siyasi, dini və kütləvi toplantı keçirilib.

Mərasimin başlamasından  bir neçə saat əvvəl Pakistanın müxtəlif şəhər və bölgələrindən çoxsaylı insanlar Lahor şəhərinə doğru yola düşmüş və proqram başlamazdan əvvəl tədbirin keçirildiyi məkanda, eləcə də ətraf ərazilərdə böyük insan izdihamı yaranmışdır. Təşkilatçılar bildiriblər ki, Pakistanın dörd əyalətindən, həmçinin Gilgit-Baltistan və Azad Kəşmir bölgələrindən iştirakçılar bu möhtəşəm toplantıya qatılmaq üçün Lahora gəliblər.

Pakistanın Lahor şəhərinin tarixi Minare Pakistan meydanında “Ayətullah Seyid Əli Xamnei”nin xatirəsinə  böyük siyasi, dini və kütləvi toplantı keçirilib.

Bu mərasimdə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri şəhid Ayətullah Seyid Əli Xameneinin (r) xatirəsi ehtiramla yad edilib, onun siyasi, dini və ideoloji xidmətləri yüksək qiymətləndirilib. Həmçinin çıxış edənlər İslam ümmətinin qarşısında duran çağırışlar, regional proseslər və İslam dünyasının gələcəyi ilə bağlı fikirlərini bölüşüblər.

Pakistanın Lahor şəhərinin tarixi Minare Pakistan meydanında “Ayətullah Seyid Əli Xamnei”nin xatirəsinə  böyük siyasi, dini və kütləvi toplantı keçirilib.

Bu möhtəşəm toplantıda iştirak edən tanınmış simalar arasında Pakistan Müsəlmanlarının Vəhdəti Məclisinin sədri və Pakistan Senatında müxalifətin rəhbəri Höccətül-İslam vəl-müslimin Raca Nasir Abbas Cəfəri, Pakistan Ümməti Mustafa Oyanış Hərəkatının rəhbəri Seyid Cavad Nəqəvi, Pakistan Camaati İslamisinin sabiq əmiri Siracülhəqq, eləcə də keçmiş federal nazir və hakim partiyanın yüksək vəzifəli liderlərindən olan Xacə Səd Rəfiq yer alıblar. Bundan əlavə, şiə və əhli-sünnə məzhəblərindən olan bir sıra tanınmış dini və siyasi şəxsiyyətlər də bu toplantıya qatılıblar.

Təşkilatçılar bildiriblər ki, bu toplantının əsas məqsədi milli birliyin möhkəmləndirilməsi, İslam məzhəbləri arasında həmrəyliyin gücləndirilməsi və İslam dünyasının ortaq problemlərinin müzakirəsidir. Həmçinin mərasimin sonunda müzakirə olunan ən mühüm məsələlərlə bağlı birgə bəyanatın yayımlanacağı açıqlanıb.

Müşahidəçilər bu toplantını son illərdə Pakistanda keçirilən ən böyük dini-siyasi tədbirlərdən biri kimi dəyərləndirirlər. Müxtəlif dini və siyasi cərəyanların nümayəndələrinin geniş şəkildə iştirak etdiyi bu tədbir xüsusi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirilir.

Pakistanın Lahor şəhərinin tarixi Minare Pakistan meydanında “Ayətullah Seyid Əli Xamnei”nin xatirəsinə  böyük siyasi, dini və kütləvi toplantı keçirilib.

Zülmə qarşı müqavimətin vacibliyi vurğulanıb 

Mərasimin bir hissəsində Pakistan Milli Assambleyasının üzvü mühəndis Həmid çıxış edərək bildirib: Biz haqqın, ədalətin və müqavimətin davamçılarıyıq. Zülm və haqsızlıq qarşısında təslim olmaq bizim düşüncə məktəbimizdə heç bir yerə malik deyil.

O əlavə edib ki, Şəhid Ayətullah Seyid Əli Xamnei (r) öz mübarizəsi, mətanəti və rəhbərliyi ilə dünyaya göstərdi ki, zalım və təkəbbürlü qüvvələr qarşısında necə izzət və qətiyyətlə dayanmaq, haqq və ədalət uğrunda olan idealları necə müdafiə etmək olar.

Pakistanın Lahor şəhərinin tarixi Minare Pakistan meydanında “Ayətullah Seyid Əli Xamnei”nin xatirəsinə  böyük siyasi, dini və kütləvi toplantı keçirilib.

Müqavimət yolunun davam etdirilməsi və təkəbbürə qarşı dayanmağın vacibliyi vurğulanıb 

Mühəndis Həmid “Ümmətin Şəhidi” adlı möhtəşəm toplantıdakı çıxışının davamında bildirib ki, şəhid Ayətullah Seyid Əli Xamnei (r) öz misilsiz cəsarəti və uzaqgörənliyi ilə müstəmləkəçi və hegemon qüvvələrə meydan oxuyub, sarsılmaz iradəyə və müqavimət məfkurəsinə söykənərək onları məğlubiyyət və rüsvayçılıqla üz-üzə qoyub.

O əlavə edib ki, şəhid Ayətullah Seyid Əli Xameneinin mübarizəsi və fədakarlığı azadlığın, müstəqilliyin və insani dəyərlərin müdafiəsinin parlaq nümunəsidir. Bu yol göstərdi ki, xalqlar iman və iradələrinə güvənərək böyük güclərin təzyiq və təhdidləri qarşısında möhkəm dayana bilərlər.

Pakistan parlamentinin üzvü həmçinin vurğulayıb ki, zülmə, istibdada və təkəbbürə qarşı müqavimət mesajı bu gün də canlıdır və insanlara ilham verməyə davam edir. O qeyd edib ki, haqq və ədalət tərəfdarları da eyni fədakarlıq, mətanət və müqavimət ruhu ilə ilahi və insani dəyərlərin müdafiəsi yolunda addımlamalıdırlar.

Pakistanın Lahor şəhərinin tarixi Minare Pakistan meydanında “Ayətullah Seyid Əli Xamnei”nin xatirəsinə  böyük siyasi, dini və kütləvi toplantı keçirilib.

Bu gün müqavimət cəbhəsinin öndə gedəni İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Xamneidir 

Toplantının digər hissəsində Pakistan Əhli-beyt (r) məktəbinin rəhbəri Höccətül-İslam vəl-müslimin İqbal Behişti çıxış edərək Aşura və  İmam Hüseyn (ə) hərəkatının əbədi mesajına toxunub. O bildirib ki, bu gün müqavimət, mətanət və haqqın müdafiəsi bayrağı İslam İnqilabının Ali Məqamlı Rəhbərinin əlindədir və o, izzət, azadlıqvə zülmə qarşı mübarizə yolunun davamçısıdır.

O, regionda və İslam dünyasında baş verən son hadisələrə işarə edərək deyib: Müqavimət cəbhəsinin əldə etdiyi böyük qələbələr, «Fəthi-Mübin» adlandırılan uğurlar dünya ictimai rəyinə bir çox həqiqətləri aşkar edib və dünyanın müxtəlif bölgələrində daha çox insanın haqq və ədalət ideallarına yönəlməsinə səbəb olub”.

Höccətül-İslam vəl-müslimin İqbal Behişti əlavə edib ki, müqavimət cəbhəsinin rəhbərlərinin və şəhidlərinin fədakarlığı dünya xalqları üçün aydın bir mesaj daşıyır və zülmlə mübarizə, xalqların müstəqilliyinin müdafiəsi və insan ləyaqətinin qorunması istiqamətində praktik bir nümunə təqdim edir.

O vurğulayıb ki, müqavimət şəhidlərinin yolu davam edir və müsəlman xalqlar birliklərini, ayıqlıq və həmrəyliyini qorumaqla qarşıdakı çağırışlara sinə gərə, İslam dünyası üçün daha parlaq gələcək qura bilərlər.

İslam ümmətinin haqq və batil cəbhələrini tanımaqda bəsirətli olmasının vacibliyi vurğulanıb

Höccətül-İslam vəl-müslimin İqbal Behişti çıxışının davamında müasir dünyada İslam ümmətinin üzərinə düşən məsuliyyətlərə toxunaraq bildirib ki, müsəlmanlar Aşura məktəbindən ilham alaraq haqqı batildən ayırd etmək qabiliyyətlərini gücləndirməli və həqiqətlərin təhrif edilməsinə qarşı ayıq olmalıdırlar.

O bildirib ki, bu gün İslam ümmətinin vəzifəsi zamanın Hüseynini və zamanın Yezidini düzgün tanımaq, haqqla batil arasındakı sərhədi aydın və şəffaf şəkildə qorumaqdır. Çünki dövrümüzdə baş verən bir çox fitnə və problemlər məhz bu həqiqətin unudulmasından qaynaqlanır.

Pakistan Əhli-Beyt Məktəbinin rəhbəri regiondakı proseslərə toxunaraq əlavə edib ki, qlobal sionizm cərəyanı daim müsəlman xalqlara qarşı müxtəlif planlar hazırlayıb həyata keçirməyə çalışır. Buna görə də müsəlmanlar bu planların məqsəd və mahiyyətini düzgün dərk etməli, ayıqlıq və məlumatlılıq səviyyələrini artırmalı, İslam ümmətinin ortaq mənafelərinin və müsəlmanların müqəddəslərinin müdafiəsi naminə birlik və həmrəyliklərini qorumalıdırlar.

Zülmə qarşı dayanmağın sirri “Allahu Əkbər” şüarına sarılmaqdadır

Mərasimin davamında Kvetta şəhərinin cümə imamı Höccətül-İslam vəl-müslimin Seyid Haşim Musəvi çıxış edərək İmam Xomeyninin (r) və şəhid Ayətullah Seyid Əli Xameneinin (r) düşüncə və həyat yoluna işarə edib. O bildirib ki, onların bütün hərəkat və mübarizələrinin əsasını Allaha iman və böyük “Allahu Əkbər” şüarına söykənmək təşkil edib.

O bildirib ki, İmam Xomeyni (r) və şəhid Ayətullah Seyid Əli Xamnei (r) Qüdsün azadlığı və zülm və işğalçılığa qarşı mübarizəni məhz bu ilahi inanc əsasında davam etdiriblər və bu yolda böyük fədakarlıqlar və qəhrəmanlıqlar nümayiş etdiriblər.

Höccətül-İslam vəl-müslimin Seyid Haşim Musəvi əlavə edib ki, hegemon güclərə qarşı müqavimət yalnız siyasi mövqe deyil, əksinə iman, etiqad və Allaha təvəkkülə söykənən bir prinsipdir. Bu prinsip tarix boyu azad xalqlara ilham verib.

O, regionun mövcud vəziyyətinə də toxunaraq bildirib: Bu gün İran xalqı da məhz həmin ilahi şüara söykənərək, yüksək müqavimət və dözümlülük ruhu ilə zorakı güclərin təzyiq və təhdidlərinə qarşı dayanır, öz prinsipial mövqelərinə və ideallarına sadiq qalır.

Toplantının digər natiqləri də çıxışlarında İslam birliyinin qorunmasının, məzlum xalqlara dəstəyin, hegemon siyasətlərə qarşı mübarizənin və şəhidlərin yolunun davam etdirilməsinin vacibliyini vurğulayıblar. Onlar İslam dünyasının ortaq problemləri ilə mübarizə aparmaq üçün müsəlman ölkələri arasında həmrəyliyin daha da gücləndirilməsinə çağırıblar.

“Ümmətin Şəhidi” konfransının kənarında mədəniyyət və xidmət köşkləri qurulub

Pakistanın Lahor şəhərinin tarixi Minare Pakistan meydanında “Ayətullah Seyid Əli Xamnei”nin xatirəsinə  böyük siyasi, dini və kütləvi toplantı keçirilib.

“Ümmətin Şəhidi” adlı möhtəşəm toplantının Pakistanın Minare Pakistan meydanında keçirilməsi ilə bərabər, iştirakçıların maarifləndirilməsi və rahatlığının təmin olunması məqsədilə mədəniyyət, təhsil, informasiya və ictimai xidmət sahələrini əhatə edən çoxsaylı köşklər fəaliyyət göstərib.
Bu köşklər toplantının məqsəd və mesajlarının iştirakçılara daha geniş şəkildə çatdırılması, həmçinin onların ehtiyac duyduğu xidmətlərin göstərilməsi üçün təşkil olunub və tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Pakistanın Lahor şəhərinin tarixi Minare Pakistan meydanında “Ayətullah Seyid Əli Xamnei”nin xatirəsinə  böyük siyasi, dini və kütləvi toplantı keçirilib.

İslam ümməti təkəbbür və müstəmləkəçiliyə qarşı birlik və möhkəmlik göstərir 

Pakistan “Vəhdətül-Ümmə” təşkilatının rəhbəri Höccətül-İslam vəl-müslimin Məhəmməd Əmin Şəhidinin “Ümmətin Şəhidi” toplantısında etdiyi çıxışında bu böyük toplantının əsas məqsədinin İslam ümmətinin birlik, müqavimət və mətanət mesajını dünyaya çatdırmaq olduğunu vurğulayıb.

O bildirib ki, bu möhtəşəm toplantı göstərir ki, İslam ümməti tağut qüvvələrinə, qlobal hegemon sistemə və müstəmləkəçi siyasətlərə qarşı birlik içində və möhkəm şəkildə dayanıb və öz ideallarından geri çəkilməyəcək.

“Vəhdətül-Ümmə Pakistan” təşkilatının rəhbəri Pakistanın müxtəlif bölgələrindən geniş xalq iştirakına toxunaraq deyib ki, ölkənin hər yerindən insanların bu coşqulu iştirakı müsəlmanların zülmə, təcavüzə və hegemon siyasətlərə qarşı vahid və ortaq mövqeyə sahib olduğunu açıq şəkildə göstərir.

O həmçinin qeyd edib ki, müsəlmanların birliyi və həmrəyliyi İslam ümmətinin qarşıdakı çətinliklərlə mübarizəsində ən mühüm sərvətdir və müsəlman xalqlar bu birlik sayəsində öz hüquqlarını, dəyərlərini və müqəddəslərini qoruyaraq xarici təzyiq və planlara qarşı müqavimət göstərə bilərlər.

Pakistanın Lahor şəhərinin tarixi Minare Pakistan meydanında “Ayətullah Seyid Əli Xamnei”nin xatirəsinə  böyük siyasi, dini və kütləvi toplantı keçirilib.

Pakistanın Lahor şəhərinin tarixi Minare Pakistan meydanında “Ayətullah Seyid Əli Xamnei”nin xatirəsinə  böyük siyasi, dini və kütləvi toplantı keçirilib.

Pakistanın Lahor şəhərinin tarixi Minare Pakistan meydanında “Ayətullah Seyid Əli Xamnei”nin xatirəsinə  böyük siyasi, dini və kütləvi toplantı keçirilib.

Pakistanın Lahor şəhərinin tarixi Minare Pakistan meydanında “Ayətullah Seyid Əli Xamnei”nin xatirəsinə  böyük siyasi, dini və kütləvi toplantı keçirilib.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha