Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Müqəddəs Nəcəf şəhərinin elmi hövzəsinin tanınmış müəllimi və Bağdad cümə imamı Ayətullah Seyid Yasin əl-Musəvi Azərbaycanın hakimiyyət orqanlarının məktəblərdə hicabın qadağan edilməsi ilə bağlı qərarını tənqid edərək dini azadlıqların qorunmasına çağırıb.
Ayətullah Seyid Yasin əl-Musəvi siyasi xütbəsində bildirib ki, şagirdlərin və müəllimlərin hicab taxmasının qadağan edilməsi dini azadlığın pozulmasıdır. O vurğulayıb ki, Azərbaycan cəmiyyətinin əksəriyyəti dinə və dini ayinlərə qarşı mübarizə aparan kommunist hakimiyyətinin onilliklər boyu davam edən siyasətinə baxmayaraq, öz İslam kimliyinə sadiq qalır.
O, Ayətullah Seyid Əli Sistaninin ofisinin bu məsələnin həllinin zəruriliyi ilə bağlı mövqeyinə toxunaraq vurğulayıb ki, hicab məsələsinə yalnız ayrı-ayrı hallarla bağlı problem kimi deyil, cəmiyyətin mədəniyyəti və kimliyi ilə əlaqəli məsələ kimi yanaşmaq lazımdır.
Ayətullah əl-Musəvi Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edərək alimləri, dini elmi hövzələri, müsəlmanları və başqa dinlərə mənsub olanları belə halları pisləməyə çağırıb.
Rəyiniz