Hövzə Xəbər Agentliyinin məlumatına görə, Livanın Əl-Mənar kanalının istehsalı olan səkkiz bölümlük "Xamenei" sənədli filmi, Əymən Zuğeybin ssenarisi əsasında hazırlanmışdır və İslam İnqilabının Ali Rəhbəri İmam Xameneinin uşaqlıq və gənclik illərini, yaşadığı və böyüdüyü mühiti əks etdirir.
Bu sənədli film, Ali Rəhbərin İraqda, İranda, Həzavə, Təfrəş, Təbriz və Məşhəddəki ata-babalarının həyatı və kökləri haqqında da məlumat verir.
Həmçinin sənəddə onun elmi və dini təhsil yolları, tağut rejiminə qarşı mübarizəsi, həbs və sürgün dövrləri də təsvir olunub.
Bu sənədli filmin ən mühüm hissəsi, İslam İnqilabı və İraqa qarşı müharibə dövrü, o cümlədən onun müxtəlif vəzifələrdə – Prezident, Məclis üzvü, Ali Müdafiə Şurasının rəhbəri və Tehranın imam cüməsi kimi fəaliyyəti barədədir.
"Xamenei" adlı bu səkkiz hissəli sənədli film ərəb dilində hazırlanıb və fars altyazı ilə təqdim olunur. Sənədli film dəfələrlə izlənməyə dəyər.
Sənədli filmi izləmək və yükləmək üçün linklər:
1-ci hissə: https://www.aparat.com/v/h453k7c
2-ci hissə: https://www.aparat.com/v/o26w5fd
3-cü hissə: https://www.aparat.com/v/n75br3m
4-cü hissə: https://www.aparat.com/v/t86abl7
5-ci hissə: https://www.aparat.com/v/PzpK9
6-cı hissə: https://www.aparat.com/v/k5947k5
7-ci hissə: https://www.aparat.com/v/z06t37u
8-ci hissə: https://www.aparat.com/v/o49img8
"Xamenei" sənədli filmi 1398-ci (2019) ildə istehsal olunmuşdur.
Mətnin sonu.
Rəyiniz