çərşənbə 28 may 2025 - 21:46
Son dərəcə səmimiyyət və mənəviyyatla formalaşan sadə bir evlilik

Hövzə/ Uğurlu evliliyin əsas prinsiplərindən və sirrlərindən biri qız və oğlanın bir-birinə uyğun və bərabər olmasıdır. Bəzi insanlar düşünürlər ki, bu uyğunluq yalnız zahiri xüsusiyyətlərə məsələn, irqi mənsubiyyətə, maddi vəziyyətə və sosial rifaha bağlıdır. Lakin bu, düzgün yanaşma deyil. Əslində, uyğunluq tərəflərin ideallarının, istəklərinin və ruhi-psixoloji meyllərinin uyğunluğunda, elmi və dini bilik səviyyəsində, məktəb və məzhəbə əməli bağlılıqda, həmçinin əxlaqi və mədəni dəyərlərə verdikləri önəmdə özünü göstərir. Belə uyğunluq, ailənin möhkəmliyinin və evliliyin uğurunun təməlini təşkil edir.

Hövzə Xəbər Agentliyi: Zilhiccə ayının əvvəli, sadəlik, az əşyalar, səmimiyyət və dərin mənəviyyatla başlayan bir evlilik günüdür. Həzrət Əli (ə) ilə Həzrət Fatimə (s.ə) arasındakı evlilikdən çox mühüm dərslər öyrənirik. Əgər həqiqətən İslamın xoşbəxtliyi və doğru yoluna əməl etmək istəyiriksə, evliliyin ilkin mərhələlərinin düzgün əsaslarla qurulmasına böyük səy göstərməliyik.

Cəmiyyətin bütün sahələrində, xüsusilə evlilikdə sadə həyat tərzi hakim olmalıdır. Əks təqdirdə, qeyri-İslami mədəniyyətin və ya maddi və aristokrat fikirlərin məhsulu olan sosial məhdudiyyətlər, gənclərin və onların valideynlərinin əl-qolunu bağlayır, bu zəncirlər hər gün ağırlaşır, düzgün addımlar atmaq mümkünsüz olur və cəmiyyətin gələcəyi təhlükəyə düşür. Bu da mənəvi böhranları və əxlaqi problemləri artırır.


Həzrət Əli (ə) və Həzrət Fatimə (s.ə) evliliyindən götürüləcək dərslər:

1. Uyğunluq və bərabərlik:
Uğurlu evliliyin əsas prinsiplərindən biri qız və oğlanın bir-birinə uyğun və bərabər olmasıdır. Çünki yalnız eyni səviyyədə olan cütlüklər bir-birini həqiqətən anlaya bilərlər. Qurani Kərim də bu mövzuya böyük önəm verir:
(الْخَبِیثَاتُ لِلْخَبِیثِینَ وَالْخَبِیثُونَ لِلْخَبِیثَاتِ ۖ وَالطَّیِّبَاتُ لِلطَّیِّبِینَ وَالطَّیِّبُونَ لِلطَّیِّبَاتِ ۚ أُولَٰئِکَ مُبَرَّءُونَ مِمَّا یَقُولُونَ ۖ لَهُمْ مَغْفِرَةٌ وَرِزْقٌ کَرِیمٌ) (سوره نور ایه ۲۶)
 (“Pis qadınlar pis kişilərə, pis kişilər də pis qadınlara məxsusdur; yaxşı qadınlar isə yaxşı kişilərə, yaxşı kişilər də yaxşı qadınlara...” (Nur surəsi, 26-cı ayə)

Bəzi insanlar uyğunluğun yalnız zahiri amillərə, məsələn, irq və ya maddi vəziyyətə bağlı olduğunu düşünürlər. Lakin bu, tamamilə səhvdir. Uyğunluq idealların, arzuların və ruhi-psixoloji meyllərin, elmi və dini biliklərin, məzhəbə və inanca əməli bağlılığın, həmçinin əxlaqi və mədəni dəyərlərə verdiyi önəmin birliyidir.

Əgər uyğunluq məsələsi önəmli olmasaydı, Mədinədə çoxlu qızlar Həzrət Əli (ə) ilə evlənmək istəyərdilər, lakin o, heç kimdən evlilik təklifi qəbul etmədi. Həmçinin Həzrət Fatimə (s.ə) üçün bir çox evlilik təklifləri olsa da, həm o, həm də Peyğəmbər (s) bu təklifləri qəbul etmədilər.

Yalnız Həzrət Fatimə (s.ə) və onun ali ruhu Həzrət Əlinin (ə) mənəvi gözəlliyini və dərinliyini anlayırdı. Peyğəmbərimiz (s) buyurub:
 «Əgər Allah Əliyi yaratmasaydı, Fatiməyə uyğun heç kəs olmazdı.»
(Yənabiul müvəddə, səh. 177, 237)

2. Vasitəsiz evlilik təklifi
Evlilik təklifi heç bir rəsmi mərasim və vasitəçi olmadan həyata keçirildi. Həzrət Əli (ə) şəxsən Peyğəmbərimizdən (s) icazə alaraq Həzrət Fatiməyə (s.ə) evlilik təklif etdi.

3. Qızın razılığı şərtdir
Peyğəmbərimiz (s.ə.v) qızı Həzrət Fatimə (s.ə)-nin razılığı olmadan evlilik təklifinə müsbət cavab vermədi.

4. Qaneçilik və qənaət
Evlilik hazırlıqlarında, o dövrün ən zəruri və ilkin həyat tələblərinə diqqət yetirildi. Peyğəmbərimizin (s) həyat tərzindən öyrənirik ki, istehlak vərdişlərimizi yenidən nəzərdən keçirməli, dünyanın keçici və müvəqqəti olduğunu unutmadan, mümkün qədər qənaətlə yaşamalıyıq. Bu yolla həyatın səs-küyündən azad olub, başqalarının əsiri olmamaq mümkündür.

Həzrət Fatimə (s.ə) Peyğəmbərimizin (s) qızı, müsəlmanların misilsiz rəhbəri deyildimi? Bəni Haşim nəslindən ərəb tayfalarının ən şərəfli və nəcib soyundan sayılmazdımı? Anası Həzrət Xədicə (s.ə) öz dövrünün ən varlı qadını deyildimi? Elm və düşüncə baxımından hamıdan üstün deyildimi? Peyğəmbərimiz (s) qızına zəngin və geniş ərzaq və ya əşyalar bağışlaya bilərdi, yoxsa yox?

Bütün bu sualların cavabı bəlidir. Lakin Böyük Peyğəmbərin (s) və onun əziz ailəsinin həyat tərzi sadəlik və təvazökarlıq üzərində qurulmuşdu. Təəssüf ki, bəzi varlı ailələrdə qızların hazırladığı ərzaq bazarı tamamilə daxili və xarici məişət əşyalarının sərgisinə çevrilir və bu, yalnız zahiri gözəllikləri önə çəkir.

5. Gəlin üçün evin hazırlanması

İndi isə baxaq görək, İslamın qəhrəmanı,  Allah və Peyğəmbərin ən yaxınlarından olan Əli ibn Əbu Talib (ə) nə hazırlamışdı. İbn Şəhər Aşub “Mənaqib” kitabında bildirir ki, Həzrət Əli (ə) öz otağını toy üçün belə hazırlamışdı: əvvəlcə otağın döşəməsinə bir az qum səpmiş, otağın iki tərəfinə çubuqlar qoyaraq paltarlarını ora asmış, döşəməyə qoyun dərisi sərmiş və içi xurma lifindən doldurulmuş yastıq qoymuşdu.
(“Həzrət Zəhranın (s.ə) həyatından”, Seyid Haşim Rəsuli Məhalləti, səh. 56)

Əgər kimsə mal-mülk və gözəllik üçün evlənsə, rəvayətə görə, Allah ona mal və gözəllik verə bilər, verə də bilməz. Amma əgər kimsə təqva və əxlaq üçün addım atıb evlənsə, Allah ona həm mal, həm də gözəllik verəcəkdir.
(İslam İnqilabı Rəhbəri, ۱۳ دی ۱۳۷۷ (3 yanvar 1999) tarixli nigah xütbəsi)

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha