bazar ertəsi 30 iyun 2025 - 20:28
Nəcəf alimlərindən olan Ayətullah Hairi: İranın Ali Rəhbərinə qarşı hərhansı bir çirkin addım (təhdid, terror və s.) İslam ümmətinə qarşı atılmış bir addımdır

Hövzə / Müqəddəs Nəcəf alimlərindən olan Ayətullah Seyid Əliəkbər Hüseyni Hairi Amerika prezidentinin və sionist rejimin başçılarının İslam İnqilabının Ali Rəhbərinə və şiə mərcəiyyətinə qarşı təhdidlər səsləndirməsindən sonra bir bəyanat yayımlayıb.

Hövzə Xəbər Agentliyinin beynəlxalq şöbəsinin verdiyi məlumata əsasən
Müqəddəs Nəcəf alimlərindən olan Ayətullah Seyid Əliəkbər Hüseyni Hairi Amerika prezidentinin və sionist rejimin başçılarının İslam İnqilabının Ali Rəhbərinə və şiə mərcəiyyətinə qarşı təhdidlər səsləndirməsindən sonra bir bəyanat yayımlayıb.

Bəyanatın tam mətni belədir:

بسم الله الرحمن الرحیم

وَ مَنْ یَتَوَلَّ اللّهَ وَ رَسُولَهُ وَ الَّذِینَ آمَنُوا فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغالِبُونَ (مائده: ۵۶)

Bağışlayan və Mehriban Allahın adı ilə
Kim Allahı, Peyğəmbərini və iman gətirənləri dost tutarsa, bilsin ki, həqiqətən, qalib gələcək olan məhz Allahın tərəfdarlarıdır. (Maidə surəsi 56)

Son günlərdə Amerikanın İran İslam Respublikasına qarşı hücumlarının artırması zəmnində bu mənfur rejimin müqəddəs İran torpaqlarına qarşı həyata keçirdiyi vəhşi təcavüzləri qəti şəkildə pisləyir və bildiririk ki, bu təcavüzlər təkcə beynəlxalq və İlahi qanunların açıq-aşkar pozulması deyil həm də müsəlman cəmiyyətinin ləyaqətinə qarşı bir təhqir sayılır. Bununla yanaşı İslam və bəşəri dəyərlərə qarşı elan olunmuş bir müharibədir.

Digər tərəfdən isə İran İslam Respublikasının Ali Rəhbərinə yönəlmiş açıq təhdidlərlə bağlı olaraq açıq şəkildə bəyan edirik ki, Ali Rəhbərə qarşı hərhansı bir çirkin addım (təhdid, terror və s.) İslam ümmətinə qarşı atılmış bir addım kimi sayılır. Çünki o şəxs yalnız bir dövlətin siyasi rəhbəri deyil eyni zamanda dini baxımdan İslam ümmətinin müctəhidi, İslam birliyinin və müqavimətin simvolu, və zorakılıq və qlobal istibdada qarşı cihad yolunun rəhbəridir.

Bu səbəblə Amerika Birləşmiş Ştatlarını və sionist rejimi ciddi şəkildə xəbərdar edirik ki, bu təcavüzkar və axmaq siyasətin davamının nəticələri çox ağır olacaqdır. Çünki İslam ümməti heç vaxt öz dini və siyasi mərcəiyyətinin şəxsiyyətinə təcavüz edilməsinə imkan verməyəcəkdir. Kim olursa olsun hansı mövqedə və məqamda dayanırsa dayansın əgər Vilayəti-Fəqihin mövqeyinə zərbə vurmağa cəhd göstərsə İslam ümmətinin cavabı sərt sarsıdıcı və peşmanedicı olacaqdır.

Biz məsuliyyət mövqeyindən çıxış edərək İslam ümmətinin bütün övladlarını və dünyanın bütün azadə insanlarını səmimiyyət və davamlılığla mövqelərini bəyan etməyə çağırırıq. Onlardan istəyirik ki, İmam Xamenei (dəyanəti və qələbəsi davamlı olsun) rəhbərliyində İslam Respublikası tərəfindən izlənilən uca məqamlara çatmaq yolunda bütün imkanlarını səfərbər etsinlər.

Həmçinin İran İslam Respublikasına onun mücahid xalqına və müdrik Rəhbərinə tam və qəti dəstəyimizi bəyan edirik. Bəyan edirik ki, bu böyük şəxsiyyətə qarşı terror niyyəti daşıyan hər kəsin qarşısında bütün gücümüzlə dayanacağıq. Biz inanırıq ki, düşmənin regionun sabitliyini və təhlükəsizliyini pozmağa yönəlmiş bütün səyləri o cümlədən əvvəlki fitnələri necə məğlub oldusa bu dəfə də uğursuzluğa düçar olacaqdır.
Allah-Təala buyurur:

 إِنَّا لَنَنْصُرُ رُسُلَنَا وَ الَّذِینَ آمَنُوا فِی الْحَیَاةِ الدُّنْیَا وَ یَوْمَ یَقُومُ الْأَشْهَادُ

Biz, əlbəttə, peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şahidlik edəcəkləri gündə (qiyamət günü) yardım edəcəyik. (Ğafir surəsi 51)

Allahu Əkbər, İslam düşmənlərinə ölüm olsun!
Zalım və istibdadçılara əbədi lənət olsun!

Həzrət Ayətullah üzma Seyid Əliəkbər Hüseyni Hairinin dəftərxanası

23 iyun 2025

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha