çərşənbə 9 iyul 2025 - 15:16
İslam ölkələrinin böyük alimləri və müftiləri istəyiblər: Tramp və Netanyahu yer üzündə fitnə-fəsad törədən, Allaha və Peyğəmbərinə qarşı vuruşan şəxs kimi mühakimə olunsun / Ayətullah üzma İmam Xameneinin rəhbərliyinə qəti və hərtərəfli dəstək

Hövzə / İslam ölkələrinin böyük alimləri, müftiləri, mütəfəkkirləri və məsul şəxsləri Qurani-Kərimin aydın ayələrinə, peyğəmbər sünnəsinə, İslam fiqhinin qəti prinsiplərinə və beynəlxalq hüququn qəbul olunmuş normalarına əsaslanaraq, yekdilliklə və qətiyyətlə Tramp və Netanyahunun yer üzündə fitnə-fəsad törədən, Allaha və Peyğəmbərinə qarşı vuruşan şəxs kimi mühakimə olunmasını tələb ediblər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, İslam ölkələrinin böyük alimləri, müftiləri, mütəfəkkirləri və rəsmi şəxsləri bəyanat yayımlayıblar. Bəyanatda deyilir, Tramp və Netanyahu yer üzündə fitnə-fəsad törədən, Allaha və Peyğəmbərinə qarşı vuruşan şəxs kimi mühakimə olunmalıdır.

Aşağıda həmin bəyanatın mətnini nəzərinizə çatdırırıq:

Bismillahir-Rəhmanir-Rəhim 

Həmd olsun aləmlərin Rəbbi olan Allaha! Allahın rəhmət və salamı olsun Peyğəmbərimiz Həzrət Məhəmmədə (s), onun pak Əhli-Beytinə və seçilmiş səhabələrinə.

Biz İslam ölkələrinin tanınmış alimləri, müftiləri, mütəfəkkirləri və məsul şəxsləri Qurani-Kərimin açıq-aşkar ayələrinə, peyğəmbər sünnəsinə, İslam hüququnun qəti prinsiplərinə və beynəlxalq hüququn qəbul olunmuş normalarına əsaslanaraq aşağıdakı mövqeləri tam həmrəylik və qətiyyətlə bəyan edirik:

1. Tramp və Netanyahunun yer üzündə fitnə-fəsad törədən, Allaha və Peyğəmbərinə qarşı vuruşan şəxs kimi açıq şəkildə ittiham və mühakimə olunması 

Qurani-Kərimdə buyurulur: Allaha və Peyğəmbərinə qarşı vuruşanların və yer üzündə fitnə-fəsad törətməyə çalışanların cəzası öldürülmək və ya çarmıxa çəkilmək.......

 (Maidə surəsi, 33-cü ayə)

ABŞ Prezidenti Donald Tramp, İsrailin baş naziri Benyamin Netanyahu və sionist işğalçı rejimin digər rəhbərləri mülki əhalinin qanını tökdüklərinə, İslam torpaqlarını işğal etdiklərinə, fələstinli məzlumlara qarşı soyqırımı və insanlıq əleyhinə cinayətlər törətdiklərinə görə Allaha və onun Rəsuluna qarşı çıxan və yer üzündə fəsad törədənlər kimi tanınmalıdır. Onlar həm beynəlxalq, həm də İslam məhkəmələrində hüquqi təqibə məruz qalmalıdırlar.

2. Ayətullah üzma İmam Seyyid Əli Xamenei ( Allah onu qorusun) cənablarının müdrik rəhbərliyinə birmənalı və hərtərəfli dəstək

Həzrət Ayətullah Xamenei İslam ümmətinin oyanışına rəhbərlik edən, İslam izzətinin ön cəbhəsində dayanan böyük bir şəxsiyyət olaraq müdriklik, cəsarət və uzaqgörənliklə İslam ümmətini izzət, müqavimət və birlik yolu ilə aparır. Biz onu İslam ümmətinin qanuni və səlahiyyətli rəhbəri, haqqın müdafiəçisi kimi tanıyırıq və onun rəhbərliyinə tam dəstəyimizi ifadə edirik.

3. İsrail və Amerika ilə hər cür barışığın və münasibətlərin haram, qeyri-qanuni və zərərli olması barədə fiqhi, hüquqi və beynəlxalq qanunlar

İslam şəriətinin qəti prinsiplərinə, xüsusilə “küfr və düşmənlik edən şəxslərlə münasibət və dostluğun qadağa olması” prinsipinə əsasən sionist rejimlə və ABŞ-ın hegemon siyasətləri ilə hər cür barışıq münasibətlərinin normallaşdırılması və əməkdaşlıq şəriət baxımından haram, İslam ümmətinə xəyanət o cümlədən Fələstin xalqının hüquqlarının kobud şəkildə pozulması sayılır. Bu mövqe həm də insan haqları və xalqların öz müqəddəratını təyin etmə hüququna dair beynəlxalq sənədlər ilə də üst-üstə düşür.


4. Sionizmin və imperializmin fitnələrinə qarşı İslam alimləri və müsəlmanlar arasında bir olmağa çağırış

Bu gün İslam ümməti hər zamankından daha çox elm, fikir, iman və siyasi sahələrdə birliyə, həmrəyliyə və qarşılıqlı əməkdaşlığa ehtiyac duyur. Biz İslam dünyasının bütün alimlərini, mütəfəkkirlərini və müsəlmanlarını Amerika, İsrail və onların müttəfiqlərinin fitnə və təxribatlarına qarşı vahid cəbhədə birləşməyə, söz və məqsəd birliyinə çağırırıq.

5. İran İslam Respublikasının İsrail ilə 12 günlük müharibədə əldə etdiyi böyük zəfəri

İran İslam Respublikasının sionist rejimlə apardığı 12 günlük müharibədə əldə etdiyi zəfər imanın gücü, müqavimətin gücü, uzaqgörən rəhbərliyin olması və İslam müqavimət cəbhəsinin əzmliyi ilə mümkün olmuşdur. Bu zəfər təkcə hərbi deyil, həm də siyasi, psixoloji, informasiya və beynəlxalq müstəvidə imperializmi sarsıtmış və ABŞ ilə İsrail hegemonluğunun sonuna bir işarə etmişdir.

6. Sionist havadarları və cinayətkarlar beynəlxalq məhkəmələrdə mühakimə olunmalıdır

Biz Tramp, Netanyahu və İsrailin digər cinayətkar rəhbərləri ilə onların siyasi və maliyyə dəstəkçilərinin təcili şəkildə müstəqil beynəlxalq məhkəmələrdə mühakimə olunmasını tələb edirik. İnsan haqları təşkilatlarını, beynəlxalq məhkəmələri və hüquqi qurumları bu cinayətləri insanlıq və qlobal sülh əleyhinə aktlar kimi qiymətləndirib lazımi cəzanın verilməsinə çağırırıq.


7. Fələstin məsələsi və Qüdsün azadlığı uğrunda İslam ümmətinin yeni əhdi

Fələstin məsələsi və müqəddəs Qüds şəhəri, İslam ümmətinin əsas prioritetləri arasında qalmaqdadır. İslam ümməti, Fələstinin tam azadlığına və sionist rejimin tamamilə yox edilməsinə qədər bu mübarizəni qanuni, ilahi və əzmkar şəkildə davam etdirəcəkdir.

Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır.

Ali İmran surəsi, 126-cı ayə

Bəyanatın PDF versiyası və onu imzalayan İslam ölkələrinin alimlərinin, müftilərinin və məsul şəxslərin adlarını burdan yükləyə bilərsiniz

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha