Hövzə Xəbər Agentliyinin Hörmüzqan vilayəti üzrə müxbirinin verdiyi məlumata görə, Rudan şəhərində yerləşən Nərcisiyyə (s.ə.) İslam Elmləri Mədrəsəsinin mədəniyyət üzrə müavini xanım Zəhra Salehi Məhərrəm ayı münasibətilə başsağlığı verərək bəyan edib:
Müsəlman qadının kimliyinin əsası onun iffətidir və hicab bu iffətin ən möhkəm dayağıdır. Bu gün bəziləri hicabsızlığı müasirlik, sosial sərvət və şəxsiyyət nümunəsi kimi təqdim etməyə çalışırlar. Halbuki qadın üçün ən üstün və ən gözəl hicablı olmasıdır.
O əlavə edib ki, "İffət və Hicab Həftəsi" İslam sivilizasiyasının əsas mənəvi sütunlarından biri olan "iffəti" daxili mənəvi qoruyuculuğu və onun zahiri təzahürü olan "hicabı" bir daha dərin şəkildə dərk etmək üçün mühüm fürsətdir.
Elə bir dövrdə yaşayırıq ki, düşmənin apardığ psixoloji müharibə müsəlman qadının kimliyini hədəfə alıb. Bu səbəbdən, hicab məsələsi təkcə şəxsi və ibadət aid bir məsələ deyil, eyni zamanda mühüm ictimai və mədəni bir vəzifədir deyə o vurğulayıb.
Nərcisiyyə (s.ə.) mədrəsəsinin mədəniyyət üzrə müavini əlavə edib: Hicab yalnız dini bir əməl və şəri məsuliyyət deyil, eyni zamanda insan cəmiyyətləri üçün mühüm ictimai zərurətdir. Hicabın mövcudluğu cəmiyyətə böyük faydalar və təsirlər bəxş edir, onun yoxluğu isə ictimai mədəniyyətdə dərin mənfi nəticələr və dağıdıcı izlər buraxır.
Sonda xanım Salehi qeyd edib ki, Nərcisiyyə (s) İslam Elmləri Mədrəsi bu həftə münasibətilə tələbələrin və hörmətli təbliğatçılarının fəal iştirakı ilə aşağıdakı genişmiqyaslı maarifləndirici və mədəni proqramları həyata keçirir:
Tələbələr və mədəniyyət fəalları üçün "İffət və Hicab" mövzusunda xüsusi seminarlar,
"Müasir dövrdə hicabın çağırışları" mövzusunda elmi müzakirələr və şübhələrin rasional cavablandırılması üzrə ixtisaslaşmış görüşlər,
"Həyadan Hicaba" adlı mədəniyyət yarışı və plakat, foto, şəhidlərin xatirə hekayələri, İran xalqlarının milli geyimləri və bədii əsərlər sahəsində,
Dini və ictimai baxışlardan hicabın önəmini əhatə edən kitab oxu yarışları,
Habelə İslam hicabını mövzu alan sosial media üçün qısa videolar və media məzmunlarının hazırlanması və yayımlanması.
Xəbərin sonu
Rəyiniz