Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, Livan parlamentinin üzvü Yenal Sülh İran İslam Respublikasının Beyrutdakı səfirliyini ziyarət edib və orada İranın Livandakı səfiri Müctəba Əmani ilə görüşüb. O, görüş zamanı sionist rejimin İran İslam Respublikasına qarşı həyata keçirdiyi təcavüz nəticəsində şəhid olan komandirlər, habelə işğala qarşı ayağa qalxaraq öz torpaqlarını və ləyaqətlərini müdafiə edən İran, Livan və Fələstin müqavimət şəhidlərini yad edərək başsağlığı və təbriklərini ifadə edib.
Yenal Sülh İran İslam Respublikasının Livan və Fələstində müqavimətə göstərdiyi strateji dəstəyi yüksək qiymətləndirərək bildirib ki, bu davamlı dəstək, İran İslam İnqilabının qələbəsindən bəri bölgədə müqavimətin təməl daşına və onun müxtəlif təhlükələr qarşısında dayanıqlılığının əsas amilinə çevrilib.
O vurğulayıb ki, Livan və İranda müqavimət yolundan geri çəkilmək həmçinin Fələstinin məzlum xalqına edilən dəstək aksiyası heç bir zaman təxirə düşməyəcəkdir. Onun sözlərinə görə, son sionist-Amerika təcavüzü məhz İranın bu yolda davamlı mövqeyindən qaynaqlanır.
Yenal Sülh əlavə edib ki, Fələstin xalqının və onun müqavimətinin yanında dayanmaq milli, dini və əxlaqi bir vəzifədir.
O, həmçinin İran rəhbərliyinə, Livana və onun xalqına o cümlədən Livan müqavimətinə xüsusilə də bu ölkənin üzləşdiyi çətin böhranlar və davam edən təcavüzlər fonunda göstərilən davamlı və prinsipial dəstəyə görə təşəkkürünü bildirib.
Livan parlamentinin üzvü bəzi Qərb rejimlərinin, ABŞ-ın və bəzi ərəb ölkələrinin mədəni və media sahəsindəki təcavüzkar siyasətləri ilə mübarizənin zəruriliyini vurğulayıb. O, bu siyasətlərin məqsədinin İslam ümmətinin kimliyini zəiflətmək və müqavimət mədəniyyətini məhv etmək olduğunu bildirib və medianın, təhsilin və dürüst mövqelərin gücləndirilməsi vasitəsilə ictimai şüurun və mənsubiyyət hissinin artırılmasına çağırıb.
O, İran İslam Respublikasının ABŞ və sionist rejimlə son qarşıdurmada əldə etdiyi qələbəyə də toxunaraq bildirib:
Bu qələbə təkcə hərbi və ya siyasi üstünlük deyil, həm də İranın öz mövqeyində nə qədər möhkəm dayandığının və ümmətin məsələlərinə, xüsusilə də Fələstin və müqavimət layihəsinə sadiqliyinin bariz nümunəsidir.
O əlavə edib ki, İran bir daha sübut etdi ki, bölgə müstəvisində danılmaz gücdür və azad xalqların səmimi tərəfdaşıdır. Bu qələbə isə birbaşa olaraq Livanda, Fələstində və ümumilikdə bölgədə müqavimət qüvvələrinin dayanıqlığına müsbət təsir göstərib.
Yenal Sülh müqavimət cəbhəsinin formalaşdırılması istiqamətində real və ciddi addımların atıldığını qeyd edib. Onun sözlərinə görə, bu cəbhə, işğalçılığa və onun layihələrinə qarşı birliyə və həmrəyliyə əsaslanaraq, müqavimət yoluna inanan və Livanda Fələstin ideyasını dəstəkləyən hər kəsi əhatə edəcək.
Sonda o bildirib ki, hazırkı mərhələdə müqavimət silahı barədə danışmaq ciddi bir səhv və siyasi təhlükəsizlik vəziyyətinin yanlış qiymətləndirilməsidir. Bu silahlar daxili müzakirə mövzusu ola bilməz. Çünki İsrail hələ də Livan torpaqlarını işğal altında saxlayır, Livanlı əsirləri həbsdə saxlayır, ölkənin suverenliyini pozur və gündəlik təcavüzlərlə infrastruktura ciddi ziyanlar vurur.
Yenal Sülh yekun olaraq bildirib ki, bu məsələ ilə bağlı hər hansı milli müzakirə yalnız sionist rejimin Livanın bütün işğal olunmuş torpaqlarından tam şəkildə çıxmasından, əsirlərin azad olunmasından, bütün təcavüzlərin dayandırılmasından və işğalçılar tərəfindən dağıdılmış infrastrukturun bərpasından sonra başlana bilər.
Rəyiniz