Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Elmi Hövzələrin idarəetmə mərkəzi yayımladığı bəyanatda müqəddəs müdafiə həftəsini ehtiramla yad edib, səkkiz il on iki günlük müqəddəs müdafiə şəhidlərinin və şəhidlərin imamının ruhuna salam göndərib, həmçinin cihad və şəhadət meydanında igidlik, fədakarlıq və qəhrəmanlıq göstərmiş bütün mərd kişilərin, xüsusilə də ruhaniyyət şəhidlərinin xatirəsini uca tutub.
Bəyanatın tam mətni aşağıdaki kimidir:
«وَلَنَبْلُوَنَّکُمْ حَتَّیٰ نَعْلَمَ الْمُجَاهِدِینَ مِنکُمْ وَالصَّابِرِینَ وَنَبْلُوَ أَخْبَارَکُمْ».
Həqiqətən, içinizdən cihad edənləri və səbir edənləri ortaya çıxarana qədər sizi sınayacaq və haqqınızdakı xəbərləri yoxlayacağıq.
Muhəmməd surəsi 31ci ayə.
İndi ki, Bəsi rejiminin (Səddam dövründə İraq ordusunun qüvvələri ) əziz vətənimizə təcavüzünün qırx altıncı ildönümü və müqəddəs müdafiə həftəsi gəlib çatıb, İranın qəhrəman xalqının səkkiz illik mücahidlik, fədakarlıq, igidlik və qəhrəmanlığını ehtiramla yad edirik.
O günlər İran xalqının İslam və Quran bayrağı altında və İslam ölkəsinin sərhədlərini müdafiə yolunda göstərdiyi ən böyük şərəflərin və igidcəsinə fədakarlıqların təcəssümüdür.
Bu il müqəddəs müdafiə həftəsinə daxil olarkən, İslamın and içmiş düşmənləri, xüsusilə cinayətkar ABŞ və onun bölgədə azad buraxdığı sərt qüvvələr, regionu od-alova bürüyüb, onlarla minlərlə günahsız Qəzza sakininin qanını tökmüş, Livan, Suriya və Yəməni hədəfə almış, əziz vətənimizi də hücumların mərkəzinə çevirmiş, komandirlərimizi, alimlərimizi və bir sıra günahsız həmvətənlərimizi şəhid etmişdirlər.
Hərçənd ki, səkkiz illik müqəddəs müdafiənin tarixi hamıya sübut etmişdi ki, İranın mömin gəncləri iman, özünəinam, təşəbbüskarlıq və vilayətə bağlılıq sayəsində elə möhkəmlənmişlər ki, düşmənlər İran xalqının təslim olmasını arzusunu qəbrə aparmalıdırlar, lakin bir tərəfdən qəddar sionist rejiminin çaşqınlığı, digər tərəfdən isə uşaqları qətlə yetirən baş nazirin cinayətkar patronu ABŞ-ın xəyalları onları yenidən İslam vətənimizə hücuma vadar etdi. Təbii ki, bu dəfə də İran xalqının qəti cavabının və İran İslam Respublikasının Silahlı Qüvvələrinin sərt zərbəsinin dadını gördülər və ardıcıl uğursuzluqlar silsiləsinə daha bir məğlubiyyət əlavə etdilər.
Elmi Hövzələrin idarəetmə mərkəzi müqəddəs müdafiə həftəsini ehtiramla yad edir, səkkiz il on iki günlük müqəddəs müdafiə şəhidlərinin və şəhidlərin imamının ruhuna salam göndərir, həmçinin cihad və şəhadət meydanında igidlik, fədakarlıq və qəhrəmanlıq göstərmiş bütün mərd kişilərin, xüsusilə də ruhani şəhidlərinin xatirəsini uca tutur. Həmçinin xatırladır ki, hər kəs üçün vacibdir ki, fədakarlıq və müqavimət mədəniyyətini dərinləşdirərək, İnqilab və İslam şəhidlərinin yolunu davam etdirsin və İmam Xomeyni (r) ideallarına və Ali Rəhbərin (Allah onu qorusun) tövsiyələrinə əməl edərək, dünya boyu zülmə məruz qalmış və məhrum qalmış xalqların ədalət və azadlıq uğrunda irəliləməsinə xidmət etsin.
Elmi Hövzələrin idarəetmə mərkəzi
22/09/2025
Rəyiniz