bazar ertəsi 29 sentyabr 2025 - 15:29
Çili Prezidenti: Netanyahunun törətdiyi soyqırımı cinayətinə görə məsuliyyətə cəlb edilməsi lazımdır.

Hövzə/ Çili Prezidenti vurğulayıb ki, İsrail Baş naziri Binyamin Netanyahunun hər hansı bir hücum nəticəsində öldürülməsini istəmir, lakin onun Fələstin xalqına qarşı soyqırımı cinayətinə görə beynəlxalq məhkəmədə cavab verməsi lazımdır.

Hövzə əbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, Çili Prezidenti Borik Nyu-Yorkda etdiyi çıxışında İsrail hökumətini sərt tənqid edərək bildirib: Minlərlə günahsız insan yalnız Fələstinli olduqları üçün həyatlarını itirir. Qəzza humanitar bir böhran olduğuna görə qlobal bir böhrandır.

O vurğulayıb: Mən Netanyahunun və onun ailəsinin raket hücumu nəticəsində məhv olmasını istəmirəm. İstəyirəm ki, Netanyahu və Fələstin xalqına qarşı soyqırımı cinayəti törədən məsul şəxslər beynəlxalq ədalət məhkəməsində cavab versinlər.

Çili ilə Fələstin arasındakı münasibətlər tarixi köklərə malikdir. Təxminən yarım milyon nəfərlik Fələstin icması ilə Çilidə ərəb diasporası region xaricində ən böyük sayılır. Çili 2011-ci ildən Fələstini tanıyır və onun UNESCO-ya üzv olmasını dəstəkləyir.

2023-cü ilin noyabr ayında Borik Çilinin səfirini Tel-Əvivdən geri çağırsa da, iki ölkə arasındakı diplomatik münasibətlərin rəsmi səviyyədə aşağı salınmadığını qeyd edib.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 2007-ci ildən Həmasın nəzarəti altında olan bölgədə İsrailin hücumları nəticəsində azı 65 062 fələstinli, əsasən mülki şəxslər, həyatını itirib.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha