Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Höccətül-İslam vəl-müslimin Əlirza Pənahiyan 7 oktyabr “Əqsa tufanı” əməliyyatının ildönümü münasibəti ilə yazdığı bəyanatda bildirib:
7 oktyabr hadisəsi və onun nəticələri, inqilabımızın antisiyonist şüarlarının və istiqamətlərinin haqlı olduğunu sübut etdi. Zaman keçdikdən sonra yarım əsr boyunca getdiyimiz yolun doğru olduğunun aydınlaşması çox önəmlidir.
Bir xalq əgər getdiyi yolun səhv olduğunu başa düşsə, ruh düşkünlüyünə və milli özünəinamın itirilməsinə məruz qalır. Amma öz seçim və strategiyalarının doğruluğunu bu cür sübut olunmuş şəkildə görən xalq, öz yolunda daha da möhkəm və qətiyyətli olur.
Baş verənlər göstərdi ki, İsrail məsələsi sadəcə bir ərazi mübahisəsi deyil. Bu rejim İslam dünyasının bütövlüyü və Qərbi Asiyanın həssas bölgəsinə hökmranlıq etmək üçün istənilən cinayəti törətməyə hazırdır. Qərb sivilizasiyasının “insan haqları” və “azadlıq” barədəki bütün şüarları yalan və aldadıcı şüarlardan ibarətdir. Əslində 7 oktyabr qiyamı bir çox ədalətli, lakin Qərbin yalanlarına aldanmış insanları bu saxta iddiaların tələsindən xilas etdi.
İsrail məsələsini yalnız Fələstin sərhədləri və torpaqları ilə məhdudlaşdırmaq olmaz. Regionda müqavimətin tarixi təcrübəsi və nəhayət 7 oktyabrda baş verənlər göstərir ki, hökmranlıq sistemi nə dərəcədə həssasdır və bu qlobal təcavüzkar imperiyanın süqut prosesini sürətləndirdi.
Qəzza təkcə İslam ölkələrinin yükünü daşımır, həm də dünya cəmiyyətini imperializmin hegemoniyasından xilas edir. Necə ki, işğalçı İsrail rejiminin yaranması Qərb sivilizasiyasının İslam dünyası üzərindəki hökmranlığının göstəricisi idi, bu gün müqavimətin bu vəhşi rejimə vurduğu zərbələr tarixi və qlobal bir dönüşü, bir dövrün sona çatmaqda olan hakimiyyətini ifadə edir.
Bu gün aydındır ki, Qəzza mücahidləri müqavimətin ön cəbhəsində dururlar və 7 oktyabr hadisəsi ilə ondan sonra baş verən reaksiyalar göstərdi ki, bu müqavimətin sərhədlərdən kənara çıxan təsir qüvvəsi var. İndi döyüş meydanında fiziki iştirak edə bilməyən hər bir millətin vəzifəsi budur ki, mənəvi informasiya və maddi yardımlarını bu ön cəbhəyə çatdırsın. Qərb və ABŞ hegemoniyasının həssas olduğunu sübut etmək hakimiyyət sisteminin sonu deməkdir. Dünyanı düşünənlər isə artıq qlobal imperializm üçün gələcək perspektivi görmürlər.
Beynəlxalq zülmə qarşı mübarizədə yalnız müsəlmanların gücü ilə kifayətlənmək olmaz. Xristianlar və digər xalqlar da hökmranlıq zülmünə qarşı mübarizə axınına qoşulmalıdırlar. Bu gün Qəzza bu rolu öz üzərinə götürüb və dünyaya həm öz məzlumluğunu, həm də möhkəmliyini göstərib. Əlbəttə, qeyd etmək lazımdır ki, İranın son dövrlərdə sionist rejimə qarşı göstərdiyi qəhrəmancasına müqavimət necə ki, İslam dünyasının oyanışında əsas rol oynayıb və nümunə olub bu gün də Qəzza xalqının cəsarətli addımlarını tamamlayaraq hökmranlıq sisteminin məğlubiyyətinə xidmət edir.
Müqavimət mədəniyyəti və düşüncəsi hər gün daha da qloballaşır və bu, İslamın yeni sivilizasiyasının gerçəkləşəcəyinə dair çoxsaylı həqiqətlərin qəbul olunmasına zəmin yaradır. 7 oktyabr hadisəsinin yaratdığı idrak və onun Livan Hizbullahının müqaviməti, həmçinin Yəmən xalqının möhkəm dayanışı ilə tamamlanması çox geniş və inanılmaz bir hadisədir.Bu 7 oktyabr hadisəsinin ilk və ən mühüm nailiyyətidir. Bu müqavimət nə qədər uzun sürsə və nə qədər çox məzlumluqla qarşılaşsa, onun qlobal təsirləri bir o qədər güclü olacaq.
Əgər Qərb dünyası öz sivilizasiyalı düşüncəsinin haqqını tanıyırdısa, sionist rejimi vəhşilikdən ciddi şəkildə çəkindirər və rejimi müqavimət qarşısında təslim edərdi. Lakin görünür ki, Qərb ölkələri öz sivilizasiyalı düşüncələrinin mövcudluğundan da ümidsizdirlər və nəinki bunu qorumağa çalışmırlar, həm də itirilmiş nüfuzunu bərpa etmək üçün heç bir cəhd göstərmirlər.
Artıq heç kəs sionist rejimi Qərb demokratiyasının bir səhvi kimi görmür, əksinə onu həmin demokratiyanın məntiqi nəticəsi və mənfur məhsulu hesab edir. Sionist rejim Qərb sivilizasiyasını illərlə bəsləyən və düşüncələr üzərində hökmranlıq edən bütün ideyaları məhv etməkdədir. Hər bir şey aydın göründükdən sonra həmçinin müqavimətin nəticələri tam aydın olduqdan sonra məlum olacaq ki, sionist rejimin çırpınışları onun xilası üçün faydasızdır. O andan etibarən insan ləyaqətinə əsaslanan başqa bir düşüncə dünyaya hakim olacaq və zülmün köklərinin birdəfəlik aradan qaldırılmasının zəminləri yaranacaq.
Xəbərin sonu.
Rəyiniz