Hövzə Xəbər Agentliyinin verdiyi məlumatına əsasən, şəhid Mütəhhəri öz əsərlərinin birində “Cahillik və düşmənin ondan məqsədlərinə çatmaq üçün istifadə etməsi” mövzusuna toxunub ki, bu da siz dəyərli oxuculara təqdim olunur.
Hər dəfə cahillər, nadanlar və xəbərsizlər müqəddəslik və təqva nümunəsi kimi tanınsalar və xalq onları əməli müsəlmanlığın simvolu saysa, bu zaman hiyləgər və mənfəətpərəst insanların əlinə çox yaxşı bir vasitə düşür.
Bu hiyləgər insanlar daim onları (yəni cahilləri) öz məqsədlərinə çatmaq üçün bir vasitəyə çevirirlər və onların varlığından istifadə edərək, həqiqi islahatçıların fikirlərinin qarşısında möhkəm bir maneə yaradırlar.
Çox zaman müşahidə olunub ki, İslam əleyhinə olan ünsürlər bu vasitədən açıq şəkildə istifadə ediblər, yəni İslamın öz gücünü İslamın özünə qarşı yönəldiblər.
Qərb imperializmi bu vasitədən istifadə etməkdə çox təcrübəyə malikdir və uyğun vaxtda müsəlmanların hisslərini, xüsusilə də müsəlmanlar arasında parçalanma yaratmaq üçün saxta şəkildə təhrik etməklə faydalanır.
Məsələn, ürəyi din üçün yanan bir müsəlmanın xarici təsiri ölkədən çıxarmağa çalışması və onu xilas etmək istədiyi həmin insanların din və məzhəb adı altında onun qarşısında səddə çevrilməsi nə qədər utancvericidir.
Bəli əgər bu kütlə xalq cahil və xəbərsiz olarsa, münafiqlər öz sığınacağı olan İslamdan istifadə edərlər.
Öz İranımızda, insanlar Əhli‑Beytlə (ə) dostluq və vilayəti ilə fəxr etdiyi halda, münafiqlər müqəddəs Əhli‑Beyt (ə) adından və “Əhli‑Beytə vəfa” adlı müqəddəs sığınacaqdan istifadə edərək, Quran, İslam və Əhli‑Beytə qarşı işğalçı Yəhudilərin xeyrinə bir sədd yaradırlar.
Bu İslama, Qurana, Peyğəmbəri-Əkrəmə (s) və onun əhli-beytinə edilən zülmün ən pis və ən iyrənc növüdür.
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
«انّی ما اخافُ عَلی امَّتِی الْفَقْرَ وَ لکنْ اخافُ عَلَیهِمْ سوءَ التَّدْبیرِ.»
«Mən ümmətimə qarşı yoxsulluq və kasıblığın üz gətirməsindən qorxmuram. Mənim qorxduğum onların yanlış düşüncələridir.»
Fikri yoxsulluğun ümmətimə gətirdiyi zərər, iqtisadi yoxsulluğun gətirdiyi zərərdən çoxdur.
Mənbə: Ustad Mütəhhəri, Cazibə və dafiə Əli (ə) s. 151–152
Rəyiniz