çərşənbə 5 noyabr 2025 - 21:12
Axırzaman dövründə şeytanlar daha çox fəal olacaqlar

Hövzə / Höccətül-İslam vəl-müslimin Ali, axırzaman mövzusuna toxunaraq belə bildirib: Axırzaman dövründə şeytanların fəaliyyəti daha çox artacaqdır. Çünki onlar bilirlər ki, İmam Zamanın (ə.f) zühuru ilə onların hakimiyyət və təsir dövrü sona çatacaq. Buna görə də onlar zühurun gecikməsi üçün cəhd göstərəcəklər ki, möminləri şəkk-şübhə və qəflətə salsınlar.

Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbirinin verdiyi məlumatına görə, elmi hövzə ustadı Höccətül-İslam vəl-müslimin Məsud Ali, Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günləri münasibətilə Həzrət Əbdüləzim Həsəni (ə) hərəminin ziyarətgahında çıxış edərək Həzrət Zəhranın (s.ə) uca məqamı, şeytanların aləmdəki rolu və axırzaman dövründə Dəccal anlayışı barədə danışıb.

O, çıxışının əvvəlində Həzrət Zəhranın (s.ə) uzaqgörənliyinə və mərkəzi mövqeyinə işarə edərək bildirib: “Bütün imamlar (ə) Həzrət Zəhranın (s.ə) məclisinə xüsusi diqqət göstəriblər. Həzrət Əmirəl-möminin (ə) şəxsən bu məclislərdə iştirak edərdi, İmam Həsən (ə) və İmam Hüseyn (ə) də onun yanında əyləşərdilər.”

Hövzə ustadı, “Ənam” surəsinin 112-ci ayəsinə istinad edərək əlavə edib: “Uca Allah buyurur ki, hər bir peyğəmbərə cinlərdən və insanlardan düşmənlər qərar verdik. Cinlərdən olan şeytanların başçısı İblisdir, insanlardan olan şeytanların başında isə yəhudilər dayanır. Bu iki cəbhə tarix boyu peyğəmbərlərin və Allah dostlarının qarşısında durmuşdur.”

Höccətül-İslam Ustad Ali insan olmayan varlıqların mövqeyini izah edərək deyib: “Cinlər xəyali deyil, real varlıqlardır. Qurani-Kərimdə bir çox surələrdə onlardan bəhs olunur. Cinlər yandırıcı oddan yaradılıblar və insandan daha artıq fiziki güclərə malikdirlər. Məsələn, divardan keçmək, sürətlə məkan dəyişmək, dənizin dərinliklərinə enmək kimi bacarıqları var. Lakin bu qabiliyyətlər kamal hesab olunmur, çünki kamillik elm və ağıl vasitəsilə ölçülür, fiziki qüvvə ilə deyil.”

O, daha sonra qeyd edib: “Mömin və müsəlman cinlər belə nə nübüvvət, nə də imamət məqamına çata bilməzlər. Onlar fiqhi və dini suallarını İmamlara (ə) təqdim etmək üçün onların yanına gələrdilər. Buna görə də insanlara, hətta müsəlman cinlərlə də yaxın ünsiyyət qurmaq məsləhət görülmür.”

Ustad Ali axırzamanın vəziyyətinə toxunaraq bildirib: “Axırzaman dövründə şeytanların fəaliyyəti daha da çox artacaqdır. Çünki onlar bilirlər ki, İmam Zamanın (ə.f) zühuru ilə onların hökmranlıq dövrü sona çatacaq. Buna görə çalışırlar ki, zühuru gecikdirsinlər və möminləri şübhəyə və qəflətə salma vasitəsilə azdırsınlar.”

Höccətül-İslam Ali şeytanların şərindən qorunmaq üçün yolları sadalayaraq deyib: “Hər gün beş dəfə "Ayətül-Kürsini oxumaq", gündəlik olaraq "dörd Qul" surəsini (İxlas, Kafirun, Fələq, Nas) tilavət etmək, üzərində kiçik Quran və ya İmam Cavadın (ə) "hirzini" gəzdirmək, evdə uca səslə "azan" demək və "Quran" oxumaq, "sədəqə" vermək xüsusilə İmam Zamanın (ə.f) salamatlığı niyyəti ilə və imkan olsa, bəlaların dəf olunması məqsədilə qurban kəsmək tövsiyə olunur.”

O əlavə edib: “Ayətullah Behcət (r.ə) və Ayətullah Bəhaiddini (r.ə) bu əməlləri çox tövsiyə edirdilər. Lakin bütün bunlardan üstün olan əsas qoruyucu vasitə Allaha təvəkkül və Əhli-Beytə (ə) təvəssüldür.”

Daha sonra hövzə müəllimi Dəccal mövzusuna toxunaraq deyib: “Rəvayətlərdə Dəccal təkgöz bir varlıq kimi təsvir olunur və onun fitnə-fəsadı şərqdən qərbə qədər yayılır. Bəziləri düşünür ki, Dəccal mütləq fiziki cəhətdən qüsurlu bir insandır, lakin şəhid Sədr "Surətul İmam Məhdi (ə.f)" kitabında daha dərin bir izah təqdim edir.”

O vurğulayıb: “Şəhid Sədrin fikrincə, Dəccal zəruri şəkildə fiziki bir şəxs deyil, axırzamanda ortaya çıxacaq fəsadlı, maddiyyatçı bir mədəniyyət axını da ola bilər. Bu mədəniyyətin yalnız maddi gözü var, lakin mənəvi və ilahi gözü kor olub. Müasir Qərb mədəniyyəti, insanı yalnız qarın və şəhvət səviyyəsinə endirən, mənəviyyatı həyatdan uzaqlaşdıran bu mədəni Dəccalın aydın bir nümunəsidir.”

Höccətül-İslam vəl-müslimin Ali sözlərinə davam edərək bildirib:
“Şəhid Sədrin sözlərinə görə, Dəccal yəhudi bir qadından doğulacaqdır. Yəni bu mədəniyyətin kökləri yəhudi və sionist mərkəzlərdə yerləşir. Bu mərkəzlər dünya mədəniyyətinin əsas istehsalçılarıdır. Bu gün dünyanın kino sənayesinin 80 faizi Hollivud tərəfindən təmin olunur və böyük film şirkətlərinin bütün rəhbərləri sionist yəhudilərdir. Onların filmləri iki əsas ünsür yəni şəhvət və zorakılıq vasitəsilə gənc nəslin şüurunu hipnoz vəziyyətinə salır. Hətta uşaqlar üçün hazırlanmış cizgi filmləri və animasiyalarında belə pərdəarxası mənalar mövcuddur.

O, əlavə edib: “Amerika Birləşmiş Ştatlarının sabiq Təhsil Nazirinin müavini Edvard Bermanın mədəniyyət üzərində nəzarət adlı kitabında göstərilir ki, sionist mədəniyyəti xəbər, incəsənət və media istehsal mərkəzlərini necə öz nəzarəti altına alıb.

Höccətül-İslam Ali daha sonra deyib: “Rəvayətlərdə bildirilir ki, Dəccalın qidası dağ böyüklüyündə olacaqdır. Bu o deməkdir ki, bu maddi mədəniyyətin yaşadılması üçün nəhəng sərvətlər sərf olunur. Bu gün bu şirk və maddiyyat dolu mədəniyyət dünyanın həm şərqini, həm də qərbini bürüyüb, hətta müsəlmanların gündəlik həyatına da sirayət edib.”

O əlavə edib: “Bəlkə də İmam Zamanın (ə.f) zühurundan əvvəl zülm bütün dünyanı bürüyəcək deyə buyurulan dəqiq rəvayətin mənalarından biri də məhz budur. Çünki Qurani-Kərimdə buyurulur: "Həqiqətən, şirk böyük bir zülmdür." Deməli, burada nəzərdə tutulan "zülmün yayılması", şirk və maddiyyatçılıqla yoğrulmuş mədəniyyətin dünyanı bürüməsidir.”

Sonda Höccətül-İslam vəl-müslimin Ali vurğulayıb:
“Bu təhlilə əsasən, bizim artıq alın ortasında tək gözü olan bir Dəccalı gözləməyimizə ehtiyac yoxdur. Çünki o, mədəni Dəccal artıq bu gün gəlib və nəsillərin imanını və mənəvi kimliyini məhv edir. Ona qarşı yeganə çıxış yolu imana dönüş, Allaha təvəkkül və Əhli-Beytə (ə) sığınmaqdır.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha