cümə axşamı 20 noyabr 2025 - 22:53
Elmi hövzələrin «Öncül və nümunəvi hövzə» istiqamətində sürətli irəliləyişi / Qum və Məşhəd hövzələri arasında əməkdaşlığın yeni mərhələsi başlanması

Elmi Hövzələrin Ali Şurası ilə Xorasan Hövzəsinin Ali Şurasının birgə iclasında «birgə əməkdaşlıq istiqamətləri» müzakirə olunub və fikir mübadiləsi aparılıb. İcra mexanizmləri, eləcə də birgə iclasların keçirilmə qaydaları araşdırıldıqdan sonra bu istiqamətlərin 2 illik sınaq müddətində həyata keçirilməsi barədə razılıq əldə edilib.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Elmi Hövzələrin Ali Şurasının doqquzuncu çağırışının əlli altıncı iclası Xorasan Elmi Hövzəsinin Ali Şurasının üzvləri ilə birgə, «Öncül və nümunəvi hövzə» mövzusu ətrafında, dünən gecə Qum Elmi Hövzəsi Müəllimlər Cəmiyyətinin iclas salonunda keçirilib.

İclasda Elmi Hövzələrin Ali Şurası ilə Xorasan Elmi Hövzəsinin Ali Şurası arasında «birgə əməkdaşlıq istiqamətləri» və onların icra mexanizmləri müzakirə edilib, fikir mübadiləsi aparılıb və qarşılıqlı razılıq əldə olunub.

Elmi hövzələrin «Öncül və nümunəvi hövzə» istiqamətində sürətli irəliləyişi / Qum və Məşhəd hövzələri arasında əməkdaşlığın yeni mərhələsi başlanması

İslam İnqilabının Ali Rəhbərinin tələblərinin həyata keçirilməsi hövzə qurumlarının sıx əməkdaşlığı ilə mümkündür

Elmi Hövzələrin Ali Şurasının katibi ayətullah Məhəmməd Mehdi Şəbzendəddar İslam İnqilabının Ali Rəhbərinin hövzələrdən gözləntilərinə toxunaraq bildirib ki, müqəddəs məqamın hövzələrdən istədiyi hədəflərə yalnız ölkə üzrə bütün elmi hövzələrin və mövcud müxtəlif şuraların bir-biri ilə yaxın əməkdaşlıq etməsi sayəsində nail olmaq mümkündür.

Şuranın katibi, Xorasan Elmi Hövzəsinin görkəmli alim və böyük şəxsiyyətlərinin xidmətlərini xatırladaraq, bu hövzənin əhəmiyyətinə və xüsusi mövqeyinə diqqət çəkib.

Ali Şuranın məqsədi  hövzənin uğurlu ənənələrinin dirçəldilməsi

Qum Elmi Hövzəsi Müəllimlər Cəmiyyətinin üzvü, Ali Şuranın minillik hövzə fəaliyyətində formalaşmış uğurlu elmi ənənələrin dirçəldilməsini əsas hədəf kimi müəyyən etdiyini qeyd edərək, fiqh və üsul dərslərinin bir hövzə daxilində sərbəst şəkildə tədrisinin bərpasını bu istiqamətdə atılmış addımlardan biri kimi təqdim edib. O əlavə edib ki, “sərbəst hövzə” anlayışı heç bir halda nizamsızlıq və məhdudiyyətsiz azadlıq demək deyil; nəzərdə tutulan planlaşdırmada azadlıqdır və mövcud müxtəlif elmi məktəblərlə yanaşı, qaydaları olan sərbəst hövzənin rəsmi şəkildə tanınmasıdır.

O, sərbəst hövzədə hətta bir müəllim və bir tələbənin belə rəsmi statusa malik olmasının nəzərdə tutulduğunu bildirərək ümid edib ki, bu hövzə daha da inkişaf edəcək və digər elmi məktəblərlə yanaşı öz rolunu oynayacaq.

Şuranın üzvü və Keşikçilər Şurasının fəqihlərindən biri kimi o, tələbələrin elmi hazırlığını tamamlamak və dərinləşdirmək üçün keçirilən rəsmi əlavə dərsləri də hövzə ənənələrinin dirçəldilməsi istiqamətində həyata keçirilmiş digər bir addım kimi dəyərləndirib. Bildirib ki, klassik dərsliklərlə yanaşı, hövzə irsində yer alan digər kitablar da bu proqram çərçivəsində rəsmi tanınacaq.

Elmi Hövzələrin Ali Şurasının katibi ənənələrin dirçəldilməsi istiqamətində həyata keçirilən üçüncü addımı belə izah edib: İstedadlı tələbələr və fiqh-üsul sahəsində ixtisasını daha da dərinləşdirmək istəyən alimlər dərs xaric mərhələsini yalnız ilk 4 ildə deyil, xüsusi qaydalar çərçivəsində əlavə 6 il müddətində də rəsmi şəkildə davam etdirə biləcəklər.

Ali Şuranın katibi vurğuladığı dördüncü məsələ kimi Əhli-beyt (ə) hədislərinə diqqətin artırılmasını, xüsusilə Nəhcül-Bəlağə və Səhifeyi-Səccadiyyəyə xüsusi önəm verilməsini qeyd edib.

Elmi hövzələrin «Öncül və nümunəvi hövzə» istiqamətində sürətli irəliləyişi / Qum və Məşhəd hövzələri arasında əməkdaşlığın yeni mərhələsi başlanması

Elmi Hövzələrin Ali Şurası ilə Xorasan Elmi Hövzəsinin Ali Şurası arasında birgə anlaşma memorandumu

Xorasan Elmi Hövzəsinin Ali Şurasının katibi Höccətül-İslam vəl-müslimin Məhəmməd Baqir Fərzane iclasda bu şuranın yeni üzvlərinin seçilməsindən sonra həyata keçirilmiş tədbirləri izah edərək, Ali Şuranın nizamnaməsinin hazırlanmasını fəaliyyətlərin sistemləşdirilməsində ilk addım kimi qiymətləndirdi.

O, həmçinin Xorasan Ali Şurasının katibliyində məsləhətçi orqan funksiyasını yerinə yetirən komissiyaların yaradılmasına diqqət çəkdi və Elmi Hövzələrin Ali Şurası ilə Xorasan Elmi Hövzəsinin Ali Şurası arasında birgə əməkdaşlıq memorandumu barədə danışaraq bildirdi ki, bu memorandum iki hövzə arasında konstruktiv və genişmiqyaslı qarşılıqlı fəaliyyətin önünü daha da açır.

Birgə əməkdaşlığın dərinləşdirilməsinə vurğu

İclasın davamında həmçinin «Elmi Hövzələrin Ali Şurası ilə Xorasan Elmi Hövzəsinin Ali Şurası arasında birgə əməkdaşlıq istiqamətləri» adlı qərar layihəsinin müddəaları müzakirə olunub və fikir mübadiləsi aparılıb. İcra tələbləri və birgə iclasların keçirilmə qaydaları nəzərdən keçirildikdən sonra bu istiqamətlərin 2 illik sınaq müddətində həyata keçirilməsi hər iki Ali Şura tərəfindən təsdiq edilib.

İclasda həmçinin birgə iclasların keçirilməsinin və Elmi Hövzələrin Ali Şurası ilə Xorasan Elmi Hövzəsinin Ali Şurasının daha sıx əməkdaşlıq etməsinin vacibliyi vurğulanıb. Qərara alınıb ki, birgə komissiya bu əməkdaşlıqların izlənməsi və həyata keçirilməsini təmin etsin.

Qum və Məşhəd hövzələrinin İnqilab Rəhbərinin tələblərinin həyata keçirilməsindəki fəaliyyəti

Daha sonra, Qum və Məşhəd hövzələrində «Öncül və nümunəvi hövzə» mesajında İnqilab Rəhbərinin iradələrini həyata keçirmək istiqamətində görülmüş tədbirlər barədə hesabat hövzə rəhbərləri və katiblik işçiləri tərəfindən təqdim olunub.

Elmi hövzələrin «Öncül və nümunəvi hövzə» istiqamətində sürətli irəliləyişi / Qum və Məşhəd hövzələri arasında əməkdaşlığın yeni mərhələsi başlanması

“Öncül və nümunəvi hövzə” istiqamətində sürətli irəliləyiş

Ölkə Elmi Hövzələrinin rəhbəri ayətullah Əlirza Ərafi «Öncül və nümunəvi hövzə» mesajı ilə bağlı görülmüş tədbirlərə toxunaraq bildirib ki, ali Rəhbərin bu mesajdakı baxışları son 30 ildəki çıxışları nəzərə alınaraq analitik şəkildə hazırlanıb və hazırda çap üçün hazır vəziyyətdədir.

Elmi Hövzələrin Ali Şurasının üzvü əlavə edib ki, həmçinin, son 30 il ərzində İslam İnqilabının Ali Rəhbərinin bütün çıxışları və tələblərindən təxminən 350 tövsiyyəni əhatə edən kiçik bir kitabça hazırlanıb və hər bir tövsiyənin qismən həyata keçirilməsi araşdırılıb.

Ayətullah Ərafi qeyd edib ki, çıxarılan əsas istiqamətlər hazırda Elmi Hövzələrin İdarəetmə Mərkəzi və Ali Şura katibliyi tərəfindən birgə şəkildə nəzərdən keçirilir.

Ölkə Elmi Hövzələrinin rəhbəri əlavə edib: Hövzələrin idarə olunmasında fəaliyyət göstərən təxminən 30 bölmənin hər birinə bildirilib ki, özlərini «Öncül və nümunəvi hövzə» mesajının ünvanı hesab etsinlər və özlərinə aid əsas istiqamətləri müəyyən etsinlər. Nəticədə, əgər müəyyən məsələlərdə Ali Şuraya təsdiq üçün layihələr təqdim etmək lazım olsa, tədbir görüləcək.

İslam İnqilabının Ali Rəhbərinin mesajı əsasında ikinci beşillik proqramın hazırlanması

Ayətullah Ərafi, hövzələrin birinci beşillik proqramının başa çatdığını qeyd edərək bildirib ki, Ali Rəhbərin tələblərindən çıxarılan əsas istiqamətlər ikinci beşillik proqramın hazırlanmasında nəzərə alınacaq.

Müəllim və tələbə rəyinin toplanması

Ali Şura və İdarəetmə Mərkəzi tərəfindən müəllim və tələbələrin rəyini toplamaq məqsədilə bir sıra görüşlər təşkil edilib. Həmçinin, İnqilabın ikinci mərhələ mesajı və «Öncül və nümunəvi hövzə» mesajının təşviqi üçün dialoq mərkəzi, fəaliyyət qərargahı və hövzələrdə islahatların həyata keçirilməsi üçün düşüncə mərkəzi yaradılıb. Bu tədbirlər ayətullah Ərafinin iclasda təqdim etdiyi hesabatın əsas istiqamətlərini təşkil edib.

Elmi hövzələrin «Öncül və nümunəvi hövzə» istiqamətində sürətli irəliləyişi / Qum və Məşhəd hövzələri arasında əməkdaşlığın yeni mərhələsi başlanması

Xorasan Elmi Hövzələrində “Öncül və nümunəvi hövzə” mesajının təhlili

Xorasan Elmi Hövzəsinin rəhbəri Höccətül-İslam vəl-müslimin Əli Xəyyat iclasda bildirib ki, bu mesaj Qum Elmi Hövzəsinin yenidən təsisinin 100 illiyi münasibətilə verildiyi gündən etibarən bütün elmi məktəblərdə və bütün səviyyələrdə çoxsaylı iclaslar təşkil edilib və tələbələrə «Öncül və nümunəvi hövzə» mesajını öyrənmək və təhlil etmək tapşırılıb. Nəticədə, bu təhlillər və irəli sürülən təkliflərin yekunu Xorasan Ali Şurasına təqdim olunub.

O əlavə edib ki, bu istiqamətdə həyata keçirilən digər tədbirlərdən biri də hövzə sahəsində istedadlı tələbələrlə müntəzəm görüşlərin təşkili olub. Hər iki həftədən bir tələbələrin müxtəlif qrupları ilə görüşlər keçirilib və bu görüşlərin nəticələri mövcud problemlər və təkliflər toplusu şəklində hazırlanıb.

Höccətül-İslam Əli Xəyyat bildirib ki, həmçinin 3-cü və 4-cü səviyyə üzrə dissertasiya mövzuları seçilərək, bu mövzularda daha dərindən araşdırma aparmaq üçün imkan yaradılıb.

Xorasan Ali Şurasının üzvlərinin hövzə məktəblərində tələbələrə “Öncül və nümunəvi hövzə” mesajını izah etmək məqsədilə iştirakı, ən yaxşı təkliflərin mükafatlandırılması üçün müsabiqələrin keçirilməsi və mövcud problemlər və həll yollarını araşdırmaq üçün komissiyaların yaradılması da Xorasan Elmi Hövzəsinin rəhbərinin bu iclasda təqdim etdiyi hesabatın digər əsas istiqamətlərini təşkil edib.

Elmi hövzələrin «Öncül və nümunəvi hövzə» istiqamətində sürətli irəliləyişi / Qum və Məşhəd hövzələri arasında əməkdaşlığın yeni mərhələsi başlanması

Xorasan Ali Şurasında təbliğ siyasət sənədinin hazırlanması

Xorasan Elmi Hövzəsinin Ali Şurasının katibliyinin məsul şəxsi Höccətül-İslam vəl-müslimin Məhdi Kəraməti bildirib ki, hövzə alimlərinin dəstəklənməsi üçün təbliğ və əməli proqramların izlənməsi üzrə siyasət sənədi hazırlanıb. Həmçinin, “Öncül və nümunəvi hövzə” mesajının həyata keçirilməsi üçün işçi qrupları yaradılıb və əməli proqramlar prioritetlərinə uyğun olaraq təbliğ və mesaj istiqamətində yenidən qurulub. Bu tədbirlər, İnqilab Rəhbərinin hövzələrdən gözləntilərinin həyata keçirilməsi istiqamətində görülmüş əsas addımlar arasında yer alır.

Elmi hövzələrin «Öncül və nümunəvi hövzə» istiqamətində sürətli irəliləyişi / Qum və Məşhəd hövzələri arasında əməkdaşlığın yeni mərhələsi başlanması

“Öncül və nümunəvi hövzə”nin həyata keçirilməsi üçün ciddi qərarlılıq

Elmi Hövzələrin Ali Şurasının katibliyinin məsul şəxsi Höccətül-İslam vəl-müslimin Əhməd Fərx-Fal iclasda bildirib ki, «Öncül və nümunəvi hövzə» mesajının verilməsindən dərhal sonra Strateji Tədqiqatlar Mərkəzi və Ali Şura komissiyaları birgə şəkildə mesajın təhlili və əməli tədbirlər planının hazırlanması işinə başlayıblar.

O,  İslam İnqilabının Ali Rəhbərinin hövzə sənədlərinin sistemləşdirilməsi ilə bağlı tələblərinə toxunaraq bildirib: Sənədlərin təşkili ilə bağlı Ali Şura 3 iclas keçirib, Ali Rəhbərin narahatlığının necə həll olunacağını müəyyən edib. Hazırda bu istiqamətdə layihələr Elmi Hövzələrin İdarəetmə Mərkəzinin iştirakı ilə hazırlanıb və tezliklə Ali Şura plenar iclasında müzakirəyə çıxarılacaq”

“Bəlağ Mubin” layihəsinin hazırlanması

Höccətül-İslam Əhməd Fərx-Fal, Ali Rəhbərin təbliğlə bağlı tələblərinin həyata keçirilməsi üçün “Bəlağ Mubin” layihəsini həyata keçirilmiş tədbirlərdən biri kimi təqdim edib. O əlavə edib ki, bu transformativ təbliğ layihəsi hazırdır və 24 dekabr tarixində Ali Şura tərəfindən bir günlük geniş iclasda müzakirə olunacaq.

İxtisaslaşmış fənlərin yenidən dizaynı

Qum Elmi Hövzəsi Müəllimlər Cəmiyyətinin üzvü, Ali Rəhbərin hövzə ixtisas sahələri ilə bağlı narahatlığını xatırladaraq bildirib ki, ixtisaslaşmış fənlərin yenidən dizaynı Ali Rəhbərin tələbləri nəzərə alınmaqla Ali Şura və İdarəetmə Mərkəzi tərəfindən nəzərdən keçirilir.

Mətnin sonu: 313/3

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha