Hövzə Xəbər Agentliyinin məlumatına görə, Ayətullah Cavadi Amuli Həzrət Zəhranın (s.ə) ibadət mövqeyinə diqqət çəkərək bildirib: Həzrət Zəhra (s.ə) namaz zamanı Allahın əzəməti qarşısında o qədər dərin bir həzzə qərq olurdu və İlahi cəlal içində o qədər batırdı ki, nəfəsi sayılacaq qədər azalırdı. (و کانَت فاطِمةُ علیهاالسلام تنهج فی الصَّلاة مِن خِیفَةِ اللّه تعالی[۱]). [1]
Peyğəmbərimiz (s) Həzrət Zəhranın (s.ə) ibadəti haqqında belə buyurmuşdur: "Zəhra ibadət mehrabında dayandıqda, sanki səmadakı mələklər üçün bir ulduz kimi parlayır. Allah mələklərinə buyurur: Ey mələklər! Mənim ən yaxşı bəndəmə, Fatiməyə baxın. O, mənim qarşımda dayanmış və mənim qorxumdan bütün varlığı titrəyir, bütün diqqəti ilə isə Mənim üçün ibadət edir." [2]
İstinadlar:
[1] Biharül-ənvar, cild 67, səh. 400
[2] Biharül-ənvar, cild 43, səh. 172;
Fatimə ə.s. Osveye Bəşər (Bəşərin Ülgüsü), səh. 70
Rəyiniz