Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, həzrət Ayətullah Məkarim Şirazi müqəddəs ziyarətgahların və mübarək məkanların rəhbərləri ilə görüşündə ziyarət yerlərini cəmiyyət üçün “maddi və mənəvi nemət” adlandırıb. Bu məkanlarda əsas proqramların gücləndirilməsinin vacibliyini vurğulayıb.
O, mübarək hərəmlərin mənəvi roluna toxunaraq bildirib: Çoxsaylı insanlar məhz bu məkanlarda tövbə edir, Əhli-beyt(ə) maarifi ilə tanış olur və həyat yollarını islah edirlər. Bu da həmin məkanların dərin mədəni təsirinin göstəricisidir.
Davam edərək əlavə edib: Elə bir gün olmamalıdır ki, bu məkanlarda bir xətib olmasın. Hərəmlər xalq üçün təsirli mədəniyyət ocaqları və mənəvi problemlərlə üzləşən şəxslər üçün bir sığınacaqdır. Bu ziyarətgahlar həmçinin xeyriyyəçilərin iştirakına, vəqflərin yaradılmasına və ehtiyac sahiblərinə geniş yardım göstərilməsinə zəmin yaradan mərkəzlərdir.
Həzrət Ayətullah Məkarim Şirazi zəvvarların geniş iştirakını mühüm təsirlərə malik hesab edərək belə vurğuladı: Bu iştirak, şiə məzhəbinin mövqeyinin sərhədlərdən kənarda tanıdılmasında böyük rol oynayır.
O, İmam Rzanın (ə) hərəmi, həzrət Məsumənin hərəmi (s.ə), Cəmkəran məscidi və həzrət Əbdüləzimin ziyarətgahı (ə) kimi müqəddəs məkanlara bağlı kitabxanaları mədəni baxımdan “böyük bir təbliğatçı yer” adlandıraraq qeyd edib: Bu imkanlardan düzgün istifadə etmək həmin məkanların məsullarının öhdəsinə düşür.
O bildirib ki, bu gün dünyada əsas rolu sosial media oynayır. Buna görə də zəvvarların statistikası, proqramlar və müqəddəs məkanların fəaliyyətləri barədə geniş məlumatlandırma aparılmasını istədi və əlavə etdi: Xalq bilməlidir ki, hərəmlərdə nə baş verir. Bu məlumatlandırma özü çox mühüm bir təbliğ vasitəsidir.
Həzrət Ayətullah Məkarim Şirazi hərəmlərin radio və televiziya ilə sıx əməkdaşlığını zəruri hesab edərək qeyd etdi: Proqramların, imkanların və müqəddəs məkanların fəaliyyətlərinin yayımlanması insanların daha çox məlumatlanmasına və ziyarət mədəniyyətinin güclənməsinə səbəb ola bilər.
Sonda o, bu müqəddəs məkanlarda xidmət göstərməyi “davamlı bir ibadət” adlandıraraq, məsullar üçün daha çox uğur və müvəffəqiyyət arzulayıb.
Xəbərin sonu.

Rəyiniz