çərşənbə 10 dekabr 2025 - 18:25
Təbliğ — hövzə alimlərinin ilk və əsas missiyasıdır

Hövzə / Ayətullah üzma Nuri Həmədani belə qeyd edib: Möhtərəm hövzə alimlərinin birinci və başlıca vəzifəsi təbliğ işini yerinə yetirməkdir. Bütün səy və çalışmaların nəticəsi məhz bu məsələdədir. Yəni hövzəyə daxil olunduğu ilk gündən tutmuş son ana qədər, hövzənin bütün mərhələlərində təbliğ missiyası insanın üzərindən götürülmür.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Ayətullah üzma Nuri Həmədani təbliğat sahəsində yeniliklərə həsr olunmuş “Cənnət” festivalının bağlanış mərasiminə göndərdiyi mesajda təbliğ fəaliyyətlərinin genişləndirilməsi, bu sahənin hövzə daxilində mövqeyinin yüksəldilməsi, eləcə də təbliğçilərin motivasiyası və istedadların aşkarlanması zərurətini vurğulayıblar.

Mesajın tam mətni belədir:
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِینَ وَ الصَّلَاةُ وَ السَّلَامُ عَلَی سَیِّدِنا وَ نَبِیِّنَا أَبِی ‌الْقَاسِمِ المصطفی مُحَمَّد وَ عَلَی أهلِ بَیتِهِ الطَّیِّبِینَ الطَّاهِرِینَ سیَّما بَقیَّهَ اللهِ فِی الأرَضینَ و لعنة الله علی أعدائهم أجمعین إلی یوم الدین.

الَّذِینَ یُبَلِّغُونَ رِسَالَاتِ اللَّهِ وَیَخْشَوْنَهُ وَلَا یَخْشَوْنَ أَحَدًا إِلَّا اللَّهَ وَکَفَی بِاللَّهِ حَسِیبًا 
Həmd olsun aləmlərin Rəbbinə.
Səlat və salam olsun ağamız və peyğəmbərimiz, seçilmiş Əbəl Qasim Məhəmmədə (s) və onun pak, pakizə Əhli-beytinə, xüsusilə də yer üzündə Allahın hüccətinə. Allah-Təalanın lənəti Qiyamət gününə qədər onların düşmənlərinin üzərinə olsun.

Həmin dəyərli heyətin üzvlərinə salam və ehtiramlarımı bildirirəm.

Bu gün hövzə elminin ən mühüm missiyalarından biri təbliğdir və bəlkə də hövzə alimlərinin ilk əsas vəzifəsi məhz təbliğ işini yerinə yetirməkdən ibarətdir. Bütün səylərin bəhrəsi də bu mövzuda cəmlənir. Yəni hövzəyə qədəm qoyulan ilk gündən son nəfəsə qədər, hövzənin bütün mərhələ və dərəcələrində təbliğ missiyası insanın boynundan götürülmür.

Bu baxımdan, bu mühüm vəzifənin daha səmərəli olması üçün hansı addımların atılmalı olduğunu da nəzərə almaq lazımdır. Mən dövrün tələblərini, sosial medianın inkişafını, təbliğin üsullarında baş verən dəyişiklikləri və yeni təbliğ platformalarının yaranmasını nəzərə alsam da, hələ də ənənəvi təbliği — yəni üzbəüz, minbər vasitəsilə edilən təbliği əvəzsiz və təsirli hesab edirəm.

Bu prinsipə inanıram ki, heç bir metod bu ənənəvi təbliğ qədər təsirli ola bilməz. Bununla yanaşı, müasir təbliğ vasitələrinin sosial mediada fəaliyyət, videoçarxların hazırlanması, cəlbedici vizual proqramların istehsalı və sair böyük təsir gücünə malik olduğunu da inkar etmirəm. Çünki cəmiyyətin bugünkü durumu bu cür metodların təsirini açıq şəkildə göstərir. Lakin virtual təbliğin geniş təsir dairəsi qəlibləşmiş ənənəvi təbliğ mühitinin zəifləməsi ilə bağlıdır. Bu məsələ bu sahənin mütəxəssisləri tərəfindən ciddi şəkildə araşdırılmalıdır.

Hörmətli dostlar bilməlidirlər ki, təbliğ təkcə geniş bilik tələb edən bir sahə deyil, həm də böyük bir sənətdir. Bu gün bəzilərinin nəzərində təbliğ ən asan iş kimi görünür, halbuki təbliğ, xitabət və minbər ən çətin və əziyyətli vəzifələrdəndir. Əgər təsir yaratmaq istəyiriksə, bu iş ən ağır peşələrdən birinə çevrilir.

Təsirli bir təbliğçi müxtəlif elmlərin, xüsusilə fars və ərəb ədəbiyyatının yüksək səviyyədə dərkində mükəmməl olmalıdır. Təbliğçi tərbiyəli və zamanın tələblərinə bələd olmalı, dinləyici psixologiyasını xitabətin ön sırasına qoymalı, yalnız etibarlı mənbələrdən istifadə etməli, əsassız məlumatlardan çəkinməli və dinləyicilərin vaxtını uydurma xəbərlərlə israf etməməlidir. Eyni zamanda, Əhli-beyt (ə) mövqeyinə uyğun gəlməyən bəzi rəvayətləri hətta başqa mənbələrdə yer alsa belə  nəql etməkdən uzaq durmalıdır. Cəmiyyətdə yaranan şübhələri izləməli və aydın ifadə ilə, mötəbər dəlillərlə cavablandırmalıdır. Ənənəvi təbliğə bağlanmaq bəhanəsi ilə cəmiyyətin aktual mədəni, siyasi və iqtisadi məsələlərindən qafil qalmaq olmaz. Əksinə, təbliğçi insanların problemləri barədə səsləri çatdıran bir tribuna olmalıdır.

Diqqət edilməli başqa bir məqam budur ki, təbliğ işi vahid bir mərkəzdən idarə olunmalıdır. Təəssüf ki, bu gün həm əlaqəli, həm də əlaqəsiz qurumlar təbliğ sahəsinə müdaxilə edir və bu, ciddi bir problemdir. Təbliğ xüsusi bir sahədir və mütləq şəkildə bir mərkəz tərəfindən idarə olunmalı, mövcud pərakəndəlik aradan qaldırılmalıdır.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha