Hövzə Xəbər Agentliyinin məlumatına görə, bu gün həzrət Zəhranın (s) mübarək mövludu münasibətilə İran İslam Respublikasının xalqı sevinc və fərəh içindədir. Eyni münasibətlə İmam Xomeyni (r) adına hüseyniyyəsində də, İnqilab Rəhbərinin və minlərlə Əhli-Beyt (ə) sevərlərin iştirakı ilə həzrət Fatimənin (s) mövludu münasibətilə coşqulu məddahlıq, şeir və mövlud mərasimi keçirildi.
Həzrət Ayətullah Xamenei təxminən üç saat davam edən bu mərasimdə həzrət Fatimənin (s) mövludunu təbrik edərək bildirib: İran xalqı milli müqaviməti ilə düşmənin bu millətin “dini, tarixi və mədəni kimliyini” dəyişmək yönündəki davamlı səylərini boşa çıxarıb. Bu gün də düşmənin “ağıl, qəlb və inanclara” yönəlmiş təbliğat və mediaya əsaslanan hücumları qarşısında düzgün müdafiə və hücum strategiyasının qurulmasının zəruriliyi ilə yanaşı, mövcud çətinliklərə və çatışmazlıqlara baxmayaraq İran öz irəliləyiş yolunu davam etdirir.
İnqilab Rəhbəri İmam Xomeyni (r) ilə Həzrət Zəhranın (s) mövludunun eyni günə təsadüf etməsini yüksək dəyərləndirərək, iki aləmin xanımının fəzilət və məqamlarının insan idrakını aşdığını vurğulayaraq əlavə etdi: Bütün bunlara baxmayaraq, fədakarcasına həzrət Fatimənin (s.ə) yolunu davam etdirmək, o böyük xanımın dinə bağlılıq, ədalətsevərlik, təbliğ və izah cihadı, ailədaxili davranış, övlad tərbiyəsi və digər sahələrdəki örnəyini izləmək lazımdır.
O həzrət məddahlığı son dərəcə təsirli bir fenomen adlandıraraq bildirib: Bu heyrətamiz fenomenin müxtəlif cəhətlərini dərindən araşdırmaq, problemlərini tanımaq və onu gücləndirib inkişaf etdirəcək yolları müəyyənləşdirmək üçün tədqiqat aparmaq zəruridir.
Ayətullah Xamenei məddahlığın əvvəlki dövrlərlə müqayisədə irəliləyişini qeyd edərək, onu müqavimət ədəbiyyatının mühüm dayaqlarından biri adlandırdılar və əlavə etdi: Hər bir fikir və hərəkat uyğun ədəbiyyata malik olmadıqda yavaş-yavaş zəifləyib sıradan çıxır. Bu gün məddahlıq və dini heyətlər müqavimət ədəbiyyatını tərtib və yaymaqla bu mühüm ehtiyacı möhkəmləndirir.
İnqilab Rəhbəri “milli müqaviməti” “təhakküm sahiblərinin müxtəlif təzyiqləri qarşısında dözümlülük və möhkəm dayanmaq” kimi səciyyələndirərək qeyd etdi: Bəzən bu təzyiq hərbi xarakter daşıyır. Necə ki, xalqımız bunu düşmənin son təxribat xarakterli hücumunda gördü, son aylarda yeniyetmə və gənclər də buna şahid oldular. Bəzən də iqtisadi, media, mədəni və siyasi təzyiq şəklində ortaya çıxır.
Ali Rəhbər Qərbin media qurumları və siyasi hərbi rəsmilərinin “hay-küy və psixoloji təzyiq yaratmaq” fəaliyyətini düşmənin təbliğat yönümlü hücumunun göstəricisi kimi qiymətləndirərək dedi: Hakimiyyət sisteminin müxtəlif təzyiqlərlə xalqlara, xüsusən də İran xalqına yönəlmiş hücumlarının hədəfi bəzən ərazi genişləndirməkdir. Necə ki, bu gün ABŞ hökumətinin Latın Amerikasındakı fəaliyyəti bunu göstərir.
O, əlavə etdi: Bəzən məqsəd yeraltı sərvətlərə nəzarəti ələ keçirmək olur. Bəzi hallarda isə həyat tərzinin dəyişdirilməsi və ondan da mühümü “kimlik dəyişdirilməsi” təzyiqlərin əsas məqsədinə çevrilir.
Həzrət Ayətullah Xamenei qlobal zorakılıq mərkəzlərinin İran xalqının “dini, tarixi və mədəni kimliyini” dəyişdirmək üçün yüz ildən də çox müddətdə göstərdiyi səylərə işarə edərək bildirdi: İslam İnqilabı bütün bu cəhdləri nəticəsiz qoydu və son onilliklərdə də xalq öz təslimolmazlığı, möhkəm duruşu və davam edən geniş təzyiqlərə qarşı müqaviməti ilə düşmənlərin planlarını puça çıxarıb.
O həzrət müqavimət anlayışının və onun ədəbiyyatının İrandan bölgə ölkələrinə və bəzi digər ölkələrə yayılmasını reallıq kimi dəyərləndirərək əlavə etdi: Düşmənin İran və İran xalqı ilə etdiyi işləri başqa bir ölkə və xalqa etsəydi, həmin ölkə və millət darmadağın olardı.
İnqilab Rəhbəri qəlblərə toxunan məddahlığın şəhidlərin xatirəsinin yaşadılmasında, eləcə də ölkədə müqavimət məfhumunun dərinləşməsi və genişlənməsindəki təsirinə toxunaraq qeyd etdi: Bu gün biz yalnız hərbi münaqişə olmadan bunun şahidiolduq ki, geniş düşmən cəbhəsinin yaratdığı “təbliğat və media savaşının mərkəzində” yerləşirik. Çünki düşmən anlayıb ki, bu ilahi və mənəvi torpaq və ölkə hərbi təzyiqlə nə təslim, nə də ələ keçirilə bilər.
O həzrət əlavə etdi: Bəzi şəxslər mütəmadi olaraq hərbi toqquşmanın təkrarlanması ehtimalından danışır, bəziləri isə bilərəkdən bu mövzunu qabardır ki, xalqı tərəddüddə saxlasınlar və vahimə yaratsınlar. İnşallah buna nail ola bilməyəcəklər.
Həzrət Ayətullah Xamenei düşmənin “xəttini, təhlükəsini və hədəfini” “İnqilabın izlərinin, məqsədlərinin və məfhumlarının aradan qaldırılması və İmam Xomeyninin (r) xatirəsinin unudulması” kimi səciyyələndirərək bildi: Bu geniş və aktiv cəbhənin mərkəzində ABŞ dayanır, bəzi Avropa ölkələri onun ətrafında mövqe tutur və Avropada özlərinə çıxış yolu axtaran muzdurlar, satqınlar və vətənsizlər də bu cəbhənin kənarında yer alırlar.
O həzrət düşmənin hədəflərini və “təşkilatlanma və düzülüşünü” tanımağın zəruriliyini vurğulayaraq dedi: Hərbi cəbhədə olduğu kimi, bu təbliğat və media mübarizəsində də öz duruşumuzu və planımızı düşmənin nizamına və hədəfinə uyğun təyin etməli, onun hədəf aldığı nöqtələrə yəni “İslami, Şiə və İnqilabi maarifə” cəmlənməliyik.
İnqilab Rəhbəri Qərbin təbliğat və media savaşına qarşı durmağı çətin, lakin tamamilə mümkün hesab edərək bildirdi: Bu yolda məddah heyətləri inqilab dəyərlərinə bağlılığın mərkəzinə çevirməli və gənc nəslin məddahlığa və dini heyətlərə göstərdiyi marağı yüksək qiymətləndirərək bu dəyərli gənc nəsli imkanlı, inadkar və hiyləgər düşmənin hədəflərinə qarşı qorumağa çalışmalıdırlar.
İnqilab Rəhbəri sözlərini tamamladyaraq məddahlara br neçə mühüm tövsiyələr etdi: Bütün İmamların (ə) həyatına istinad etməklə dini və cihadi-maarifi izah etmək;
Düşmənin yaratdığı şübhələr qarşısında təsirli müdafiə ilə paralel olaraq onun zəif nöqtələrinə hücum etmək. Quran məfhumlarını “şəxsi, ictimai, siyasi və düşmənlə qarşıdurma” sahələrində izah və təbliğ etmək.
O həzrət bəzən bir yaxşı qurulmuş, məzmunlu növhənin bir neçə minbər və çıxışdan daha çox təsirli olduğunu bildirərək əlavə etdilər: Məddahlar diqqətli olsunlar ki, tağut dövrünün musiqi və mədəniyyəti onların məclislərinə yol tapmasın.
Həzrət Ayətullah Xamenei çıxışının sonunda məddahlardan birinin Xuzistanda toz-duman problemi ilə bağlı dediklərinə toxunaraq bildirdi: Bu, ən kiçik problemlərdən biridir. Ölkənin hər yerində çatışmazlıqlar və çətinliklər çoxdur. Lakin xalq hər gün öz sədaqəti, təmizliyi, ədalətsevərliyi və müqaviməti ilə həm İslam, həm də İran üçün nüfuz və güc yaradır və Allahın lütfü ilə ölkə hərəkət, fəaliyyət və inkişaf yolunda irəliləyir.
Görüşün əvvəlində on bir nəfər Əhli-Beyt(ə) mədhçiləri şeir və məddahlıq icra etdilər.
Rəyiniz