Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Həzrət Ayətullah Cavadi Amuli valideynlərə hörmətin zərurəti və dəyəri barədə qeyd edərək deyib: Ata və ana arasında, ata üçün ev, dolanışıq və geyim təmin etmək az və ya çox zəhmət tələb etsə də, hamiləlik, südvermə və körpəyə baxmaq qadın üçün son dərəcə yorucu və ağır bir əziyyətdir. Bu isə ona görə xatırladılır ki, oğlanlar bu zəhmətlərin qədrini bilsinlər və qızlar da başa düşsünlər ki, gələcəkdə eyni yolu dözməli olacaqlar.
Mübarək “Loğman” surəsində də valideynlərə hörmət mövzusu gələndə, xüsusilə ananın çəkdiyi əziyyət vurğulanır. “Loğman” surəsinin 14-cü ayəsi belədir:
«وَ وَصَّیْنَا الْإِنسَانَ بِوَالِدَیْهِ»
“Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik.” Ardınca isə ananın əziyyəti qeyd olunur:
«حَمَلَتْهُ أُمُّهُ وَهْناً عَلَی وَهْنٍ وَ فِصَالُهُ فِی عَامَیْنِ أَنِ اشْکُرْ لِی وَ لِوَالِدَیْکَ»
Anası onu çətinliklərə dözərək bətnində daşımışdır. Onun süddən kəsilməsi də iki il ərzində olur. Mənə şükür et və ata-anana təşəkkür et!
Bu həm oğlanların ana dəyərini bilməsi, həm də qızların analıq yolunun nə olduğunu bu ayədən öyrənməsi üçündür.
Təfsir dərsi – 18 aprel 2016-cı il
Rəyiniz