çərşənbə 17 dekabr 2025 - 21:12
Namazın mühümlüyünün təbliği əmr və göstərişlə həyata keçirilmir

Hövzə / Həzrət Ayətullah Nuri Həmədani təhsil mühiti və ailədən başlayaraq mədəniyyətin formalaşdırılmasının zəruriliyini vurğulayaraq bildiriblər: Namazın mühümlüyünün təbliği əmr və göstərişlə, sərəncam və yazılı təlimatlarla həyata keçirilmir. Əgər mədəniyyət quruculuğu aparılarsa və bu ilahi vacib ibadət qeyd olunan xüsusiyyətlərlə təqdim edilsə, şübhəsiz ki, onun mənəvi nuru təsirli olacaqdır.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumatına əsasən, Həzrət Ayətullah Nuri Həmədaninin qadınlara məxsus elmi hövzələrin idarəetmə mərkəzinin Ayətullah Şərii (r) zalında bu gün çərşənbə günü, 17 dekabr 2025-ci il tarixində keçirilən namazın onuncu əyalət iclasına ünvanladığı mesajın tam mətni aşağıdakı kimidir:

Bismillahir-Rəhmanir-Rəhim

Hörmətli və dəyərli iclas iştirakçıları sizin hər birinizi səmimi qəlbdən salamlayıram

Namaz Allah-Taalanın xüsusi olaraq vurğuladığı ən mühüm və vacib əmrlərindən biridir. Diqqətəlayiq məqam budur ki, Allah-Təala “namazı qılın” deyə əmr etdiyi zaman, onun təsir və faydalarını da bir çox ayələrdə xatırladır.

Diqqət etmək lazımdır ki, bu vurğular nəyə görədir və namazın təsirləri necə zahir olacaqdır. Şübhəsiz ki, bu xüsusiyyətlər yalnız namazın zahiri düzgünlüyü üçün deyil. Çünki hamımız namazı düzgün şəkildə qılmalıyıq.

Qəbul olunan namaz o namazdır ki, onun təsirləri insanın fərdi və ictimai həyatında özünü göstərsin. Yəni namaz qılan şəxs

«ان الصَّلاةَ تَنْهی‌ عَنِ الْفَحْشاءِ وَ الْمُنْکَرِ»

«Həqiqətən namaz insanı çirkin və pis əməllərdən çəkindirir»

ayəsinin bəhrəsindən faydalansın və namaz onun üçün bir merac olsun. Əks halda, bu namaz «Vay olsun o namaz qılanlara» ayəsinin nümunəsinə çevrilər.

Diqqət yetirilməlidir ki, hər bir səadətə çatmağın və günahdan, asi olmaqdan qorunmağın yolu, qeyd etdiyimiz xüsusiyyətlərə malik şəkildə namaz qılmaqdır. Allaha daha çox yaxınlaşma namaz vasitəsilə mümkündür.

Mən inanıram ki, Qurani-Kərimin göstərişlərinə əməl etmək və Əhli-beytə (ə) məhəbbətlə yoğrulmuş namaz, namaz qılanı ucaldar və onu ilahi məqama yüksəldər.

Bu gün bu ilahi vacibatın yerinə yetirilməsinə təşviq etmək çox təsirli və faydalıdır. Lakin əsas mədəniyyət quruculuğu təhsil mühitindən və ailədən başlamalı, bu ibadətlə qəlbi bağ yaradılmalıdır. Nəzərə almaq lazımdır ki, namazın mühümlüyünün təbliği əmr və göstərişlə, sərəncam və təlimatlarla formalaşmaz. Əgər mədəniyyət quruculuğu aparılarsa və bu ilahi vacib qeyd edilən xüsusiyyətlərlə təqdim olunarsa, şübhəsiz ki, onun mənəvi nuru təsirli olacaqdır.

İnşallah bu mühüm sahədə fəaliyyət göstərən bütün əzizlər, xüsusilə də ömrünü bu ilahi göstərişlərin təbliğinə sərf etmiş Höccətül-İslam vəl-müslimin Qiraəti müvəffəq olarlar. Hamı üçün uca Allahdan müvəffəqiyyət diləyirəm.

Hüseyn Nuri Həmədani

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha