çərşənbə axşamı 23 dekabr 2025 - 20:50
Məhdəviyyət mövzuları (27) | Peyğəmbərlərin, imamların və həqiqi möminlərin rəcəti

Hövzə / Hədislərə əsasən, peyğəmbərlər, məsum imamlar (ə) və həqiqi möminlər rəcət (qayıdış) dövründə dünyaya yenidən qayıdacaqlar.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, “ideal cəmiyyətə doğru” adlı məhdəviyyət mövzuları, İmam Zaman (ə.f) ilə bağlı bilgi və maarifin yayılması məqsədilə siz dəyərli oxuculara təqdim olunur.

Rəvayətlərə əsasən, peyğəmbərlər, məsum imamlar (ə), eləcə də həqiqi möminlər rəcət zamanı bu dünyaya qayıdan şəxslər sırasında olacaqlar.

Bu rəvayətləri dörd əsas qrupa bölmək mümkündür:

a) Ümumi şəkildə peyğəmbərlərin və imamların (ə) qayıdışından bəhs edən rəvayətlər:

İmam Sadiq (ə) aşağıdakı ayənin təfsirində buyurur:

 «إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَالَّذِینَ آمَنُوا فِی الْحَیاةِ الدُّنْیا وَیوْمَ یقُومُ الْأَشْهَادُ»

Biz, əlbəttə, peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şahidlik edəcəkləri gündə yardım edəcəyik.
(Ğafir surəsi, 51-ci ayə)

«ذلک والله فی الرجعة، أما علمت أن أنبیاء کثیرة لم ینصروا فی الدنیا وقتلوا والائمة بعدهم قتلوا ولم ینصروا، ذلک فی الرجعة.»
(معجم احادیث‌الامام‌المهدی علیه‌السلام، ج ۵، ص ۳۸۴)

(Mucəm əhadisil İmam Məhdi (ə.f), c.5, s.384

Allaha and olsun ki, bu ayənin təcəssümü rəcət dövründə baş verəcəkdir. Məgər bilmirsinizmi ki, bir çox peyğəmbərlər (ə) dünya həyatında yardım görmədilər və qətlə yetirildilər, onlardan sonra gələn imamlar da (ə) öldürüldülər və kömək olunmadılar? Lakin bu ilahi yardım və qələbə rəcət zamanı gerçəkləşəcəkdir.

b) Peyğəmbərlərin rəcətini say göstərməklə xatırladan rəvayətlər

İmam Sadiq (ə) buyurur:+

«ویقبل الحسین فی أصحابه الذین قتلوا معه ومعه، سبعون نبیا، کما بعثوا مع موسی بن عمران.»
(معجم احادیث‌الامام‌المهدی علیه‌السلام، ج ۴، ص ۸۹)


İmam Hüseyn (ə) şəhid edilmiş səhabələri ilə birlikdə rəcət etdikdə, onunla bərabər yetmiş peyğəmbər də geri dünyaya dönəcəkdir. Necə ki, Musa ibn İmran (əleyhis-səlam) ilə birlikdə yetmiş nəfər göndərilmişdi.

(Mucəm əhadisil İmam Məhdi (ə.f) c.4, s.89

c) Bəzi peyğəmbər və imamların adları çəkilməklə rəcətindən bəhs edən rəvayətlər

İmam Baqir (ə) buyurur:

 «وَ إِنَّ دَانِیَالَ وَ یُوشَعَ یَخْرُجَانِ إِلَی أَمِیرِ اَلْمُؤْمِنِینَ یَقُولاَنِ صَدَقَ اَللَّهُ وَ رَسُولُهُ.»
(بحارالانوار، ج ۵۳، ص ۶۲)

Həqiqətən də Danyal, Yuşə (əleyhiməs-səlam) və  Əmirəl-mömininin (əleyhis-səlam) rəcət zamanı dünyaya qayıdacaq və “Allah və onun peyğəmbəri doğru buyurmuşdur” deyəcəklər.
(Biharul-ənvar, c.53, s.62

İmam Zeynalabdin (ə) buyurur:

«یرجع إلیکم نبیکم صلی الله علیه وآله وأمیرالمؤمنین علیه‌السلام والائمة علیهم‌السلام.»
(معجم احادیث‌الامام‌المهدی علیه‌السلام، ج ۵، ص ۳۲۷)


Allahın Peyğəmbəri (s), İmam Əli (ə) və bütün məsum imamlar (ə) yenidən sizin yanınıza qayıdacaqlar.

(Mucəm əhadisil İmam Məhdi (ə.f) c.5, s.327

Həmçinin İmam Sadiq (ə) buyurur:

 «أَوَّلُ مَنْ یَرْجِعُ إِلَی اَلدُّنْیَا اَلْحُسَیْنُ بْنُ عَلِیٍّ عَلَیْهِ السَّلاَمُ.»
(بحارالانوار، ج ۵۳، ص ۴۶)

Dünyaya ilk qayıdan şəxs Hüseyn ibn Əli (ə) olacaqdır.
(Biharul-ənvar, c. 53, s. 46)

d) Keçmiş ümmətlərdən və İslam ümmətindən olan saleh şəxslərin rəcətinə dair rəvayətlər

İmam Sadiq (ə) buyurur:

«یَخْرُجُ اَلْقَائِمُ مِنْ ظَهْرِ اَلْکَعْبَةِ مَعَ سَبْعَةٍ وَ عِشْرِینَ رَجُلاً خَمْسَةَ عَشَرَ مِنْ قَوْمِ مُوسَی عَلَیْهِ السَّلاَمُ اَلَّذِینَ کَانُوا یَهْدُونَ بِالْحَقِّ وَ بِهِ یَعْدِلُونَ وَ سَبْعَةٌ مِنْ أَهْلِ اَلْکَهْفِ وَ یُوشَعُ بْنُ نُونٍ وَ سَلْمَانُ وَ أَبُو دُجَانَةَ اَلْأَنْصَارِیُّ وَ اَلْمِقْدَادُ وَ مَالِکٌ اَلْأَشْتَرُ فَیَکُونُونَ بَیْنَ یَدَیْهِ أَنْصَاراً أَوْ حُکَّاماً.»
(روضةالواعظین، ج ۲، ص ۲۶۶)

Qaim (əleyhis-səlam) Kəbənin yanından iyirmi yeddi nəfərlə birlikdə zühur edəcəkdir. Onlardan on beş nəfər Musa (əleyhis-səlam) qövmündəndir. Yəni haqqa doğru hidayət edən və haqq əsasında hökm verən şəxslərdir. Həmçinin Əshabi-Kəhfdən yeddi nəfər, Yuşə ibn Nun, Salman, Əbu Ducanə Ənsari, Miqdad və Malik Əştər də onunla birlikdə olacaqlar. Onlar Qaimin (əleyhis-səlam) qarşısında onun yardımçıları və ya hökmdarları olacaqlar.

(Rövzətil vaziin, c. 2, s.266)

Bu müzakirələrin ardı var....

Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha