şənbə 27 dekabr 2025 - 13:36
Qadınlar İslam sivilizasiyasının quruculuğunda inqilabın əsasıdır

Höccətül-İslam vəl-müslimin Sülhmirzayi "Sivilizasiya qurucu kimliyin təqdimatı” adlı elmi iclasda inqilabın nümunəvi qadınının beş əsas vəzifəsini izah edərək vurğuladı: Bu qadınlar İslam İnqilabının “missiya mərhələlərini” tanımaqla və əsas siyasətləri nəzərə almaqla fərdi, ailə mühitində, ictimai, sivilizasiya və tarixi sahələrdə fəal rol oynamalıdırlar.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, paytaxt Tehran üzrə Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü Höccətül-İslam vəl-müslimin Səid Sülhmirzayi və " Cihade təbyin" kitabının müəllifi, “Sivilizasiya qurucu kimliyin təqdimatı” adlı elmi iclasda “İslam İnqilabının nümunəvi qadınının" vəzifələrini geniş şəkildə izah etdi.

O, İslam və İnqilab tarixinin qadın şəhidlərinə hörmətini bildirərək vurğuladı: Nümunəvi inqilabçı qadınının vəzifələrini araşdırmaq üçün əvvəlcə İslam İnqilabının mahiyyətini anlamaq lazımdır. İslam İnqilabı ani partlayan partlayıcı deyil, davamlı bir proses və “missiya mərhələsidir” bu mərhələ insanları “müasir cahiliyyətdən” çıxarıb “Zühur dövrünə” aparmaq üçün peyğəmbərlərin və imamların yolunun davamı hesab olunur.

İslam İnqilabının beş mərhələsi

Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü İnqilabın beş əsas mərhələsinə o cümlədən tağutu devirməkdən tutmuş yeni İslam sivilizasiyasının qurulması mərhələsinə qədər işarə edərək bildirdi: Bu prosesin əsas məqsədi İmam Zamanın (ə.f) Zühuruna zəmin hazırlamaqdır, elə ki, İmam Xomeyni (r) də vəsiyyətində buna xüsusi diqqət yetirmişdir. Nümunəvi inqilabçı qadın isə bu mərhələləri tanımaqla bu yolda maksimum rol oynamalıdır.

Birinci hissə: Fərdi vəzifələr,psixoloji sağlamlıqdan əxlaq dəyərlərinin qazanılmasına qədər

Höccətül-İslam vəl-müslimin Sülhmirzayi fərdi sahəni ilk məsuliyyət mərhələsi kimi göstərərək deyib: İnqilabın nümunəvi qadını hər şeydən əvvəl öz bədən və ruh sağlamlığına diqqət etməli, batil inancların tələsinə düşməkdən çəkinməlidir. Təqva qazanmaq, qəlbdə imanı çoxaltmaq və mənfi əxlaq xüsusiyyətlərini yaxşı əxlaq xüsusiyyətləri ilə əvəz etmək bu sahənin əsas sütunlarıdır.

İkinci hissə: Ailə vəzifələri: Tərbiyə mərkəzini və ailədə idarəetməni gücləndirmək

O, ikinci və ən əsas məsuliyyət sahəsini ailə mühiti kimi göstərərək vurğuladı: İnqilabın nümunəvi qadını öz prioritetini ilk növbədə ailəyə verməlidir. Ana və həyat yoldaşı vəzifələrini elə yerinə yetirməlidir ki, həm həyat yoldaşının, həm də uşaqların emosional ehtiyacları tam təmin olunsun. Analar düzgün tərbiyə və evdə mənəvi dayaq yaratmaqla gələcək nəsilin qorunmasında və cəmiyyətin möhkəmləndirilməsində əvəzsiz rol oynayırlar.

Üçüncü hissə: Sosial vəzifə, çərçivələrə riayət edərək səmərəli fəaliyyət

Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü, üçüncü sahəni cinsiyyətə uyğun və dini qaydalara riayət edilərək sosial fəaliyyət kimi təqdim etdi. O, bəzi qadın fəalların qarşılıqlı əlaqələrdə İslami prinsiplərə əməl etməməsini tənqid edərək dedi: Nümunəvi qadın, düzgün prioritetləşdirmə əsasında cəmiyyətin real boşluqlarını aradan qaldırmalı və təsirini özünə xas ortaq dəyərlər vasitəsilə artırmalıdır.

Dördüncü hissə: Mədəni vəzifə: İslamın yeni müasir sivilizasiyasının yaradılmasında iştirak

Höccətül-islam vəl-müslimin Sülhmirzayi dördüncü sahəni sivilizasiyanın qurulması prosesinin iştirakı kimi təqdim edərək bildirib: Qadınlar ixtisaslaşmış xalq qruplarında iştirak edərək, “Cihade təbyin”, “əmr-be-məruf və nəhy-əz-münkər” fəaliyyətlərini səmərəli yerinə yetirərək və bölgələrində prinsipial şəkildə tələbkarlıq edərək, bu sivilizasiyanın təməlini möhkəm qura bilərlər.

Beşinci hissə: Tarixi missiya, qlobal üfüqdə maarifləndirmə və əsas rolun icrası

O, nəhayət beşinci sahəni nümunəvi qadının gələcəyə qarşı tarixi məsuliyyəti kimi qiymətləndirərək deyib: Qadınlar, inqilab diskursunu və müqavimət nəzəriyyəsini milli və beynəlxalq səviyyədə inkişaf etdirərək, İslamın

inqilab diskursunu və müqavimət nəzəriyyəsini inkişaf etdirməklə İslam idarəçiliyinə təqdim olunmasında və imperialist cəbhənin zəiflədilməsində fəal rol oynamalıdırlar.

İnqilab xətti ilə uyğunlaşmanın zəruriliyi

“Cihade təbyin” kitabının müəllifi sonunda belə deyib: Nümunəvi inqilabçı qadının əqidəsi, qayğıları və təhlilləri inqilabın və rəhbərliyin ümumi xətti ilə uyğun olmalıdır.Əks halda, Ali Rəhbərin dediyi kimi, güllə düşmənə deyil, öz tərəfinə tuşlana bilər.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha