bazar 28 dekabr 2025 - 13:35
Müasir dünyanın ən əsas ehtiyacı, İslam dəyərlərinə söykənən ədalətli milli və beynəlxalq idarəçilik quruluşunun formalaşdırılmasıdır

İslam İnqilabının Rəhbəri, Avropada fəaliyyət göstərən İslam Tələbə Birlikləri İttifaqının illik toplantısına ünvanladığı rəsmi müraciətində bildirmişdir ki, müasir dünyanın ən əsas ehtiyacı, İslam dəyərlərinə söykənən ədalətli milli və beynəlxalq idarəçilik quruluşunun formalaşdırılmasıdır.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, həzrət Ayətullah Xamenei Avropada fəaliyyət göstərən İslam Tələbə Birlikləri İttifaqının 59-cu illiyi toplantısına ünvanladığı müraciətdə İran İslam Respublikasının gənclərinin təşəbbüskarlıq və fədakarlığı sayəsində ABŞ ordusunun genişmiqyaslı hücumunun və onun ardınca ortaya çıxan biabırçı strukturun İran İslam Respublikasının gənclərinin təşəbbüsü və fədakarlığı nəticəsində uğursuzluğa düçar olmasına toxunaraq vurğulamışdır ki, fəsad törədən və zorakılığa əsaslanan güclərin əsas narahatlığının səbəbi nüvə məsələsi deyil. İran İslam Respublikası tərəfindən dünyada ədalətsiz nizama və hegemonluq sisteminin diktəsinə qarşı mübarizə bayrağının qaldırılması və ədalətə əsaslanan milli və beynəlxalq İslam dövlətinə yönəlmiş planın seçilməsidir.
İslam İnqilabının Ali Rəhbərinin müraciətinin mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə 

Əziz gənclər!
Bu il sizin ölkəniz iman, birlik və özünəinamın bərəkəti sayəsində dünyada yeni bir nüfuz və çəkicilik qazanmışdır. ABŞ ordusunun ağır hərbi hücumu və onun bu bölgədəki rüsvayçı törəməsi İran İslam Respublikasının gənclərinin təşəbbüskarlıq və fədakarlığı qarşısında məğlubiyyətə uğradı. Sübut olundu ki, İran xalqı öz imkanlarından faydalanmaqla, iman və saleh əməl sayəsində, fəsad törədən və zalım hegemon qüvvələrlə üz-üzə dayanaraq müqavimət göstərə və İslam dəyərlərinə əsaslanan çağırışı dünyaya hər zamankından daha qətiyyətli səslə çatdıra bilər.
Bir sıra alimlərin, sərkərdələrin və əziz xalqımızdan olan insanların şəhadəti ilə bağlı dərin hüzn nə bu gün, nə də gələcəkdə yüksək iradəli İran gənclərini yolundan döndərə bilməyəcəkdir. Həmin şəhidlərin ailələri özləri bu hərəkatın ön sıralarında yer alırlar.
Məsələ nüvə müzakirələri və buna bənzər mövzular deyil. Söhbət mövcud dünyada ədalətsiz nizama və hegemonluq sisteminin zorakı hökmranlığına qarşı durmaqdan, həmçinin ədalətə əsaslanan milli və beynəlxalq İslam sisteminə yönəlməkdən gedir. İran İslam Respublikası tərəfindən qaldırılan bu bayraq fəsadçı və zorakı qüvvələri təşvişə salmışdır.
Siz tələbələr, xüsusilə də ölkə xaricində təhsil alanlar bu böyük vəzifənin yerinə yetirilməsində xüsusi məsuliyyətiniz var. Qəlblərinizi Allaha tapşırın, öz qabiliyyətlərinizi tanıyın və tələbə cəmiyyətlərini bu istiqamətdə hərəkətə gətirin.
Allah sizinlədir və tam qələbə, inşallah, sizi gözləyir.


Seyid Əli Xamenei

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha