çərşənbə axşamı 30 dekabr 2025 - 08:01
Şeyx Zəkzaki: Afrikanın parçalanması ssenarisi yeni formada icra olunmaqdadır

Hövzə / Bu müraciət pul və hakimiyyət naminə öz xalqını qətlə yetirən hakimlərə ünvanlanıb. Bilin ki, vəzifəniz başa çatdıqda sizi bu yola sövq edənlər özləri də sizi aradan götürəcəklər. Necə ki, Səddam və Qəddafi ilə rəftar etdilər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən Afrika mediası Nigeriyadakı son hadisələr və ABŞ-ın Afrika, xüsusilə Nigeriya işlərinə müdaxiləsi fonunda, Şeyx Zəkzakinin 25 Rəcəb 1435 (24 may 2014) tarixində “Şəhidlər günü” mərasimində, Zariya şəhərində on minlərlə müsəlman qardaş və bacıların iştirakı ilə söylədiyi çıxışı yenidən yayımlayıb.
Tarixi çıxışın mətnindən bəzi əsas məqamlar belədir: İndi ölkəmizdə yeni bir hadisə ilə üzləşmişik. Daha əvvəl dəfələrlə xəbərdarlıq etmişdim ki, bir məsələ yolundadır. Yeni bir şey baş verir və bu, Afrika qitəsinin yenidən işğalıdır.
Qlobal güclər illər əvvəl elan etmişdilər ki, gələcək əsr Afrika əsri olacaq. Niyə? Çünki onların hesablamalarına görə, Afrika dünyadakı sərvətlərin təxminən iki  və ya üçünü sahibidir. Bu səbəbdən qitəni yenidən ələ keçirməyə qərar verdilər. Bu dəfə isə özləri yeni bir üsulla bunu Afrikanın ikinci paylaşım hücumu adlandırıblar.
Afrikanın ilk paylaşım mərhələsində Avropa gücləri, İngiltərə, Fransa, Almaniya, İtaliya, Portuqaliya və Belçika, Berlin Konfransında toplanaraq qitəni aralarında bölüşdürmüşdülər. İndi isə eyni ssenari, lakin yeni simada təkrarlanır.
ABŞ açıq şəkildə bəyan edib ki, Afrika qitəsini yenidən işğal etmək üçün terrorizm alətlərində istifadə edəcək. Bu gün gördüklərimiz məhz həmin planın icrasıdır.
Bu proses Liviya ilə başladı. Ərəb xalqlarının oyanışı və Misirdə xalq üsyanları Qərbi qorxutdu, Liviyanı məhv etdilər, Qəzzafini öldürdülər və ölkədə yalnız qırğın, qəbilə münaqişələri və qan tökülməsi qaldı. Onlar isə sərvətləri talayırdılar.
Liviya və Nigeriya hər ikisi yüksək keyfiyyətli neftə  “Sweet Crude” neftinə sahibdir. Liviya nefti artıq praktik olaraq onların nəzarətindədir. Nigeriya nefti isə illərdir ələ keçirilib. Onlar yalnız bir neçə əhəmiyyətsiz fiqur,  qulluğa alınmış prezident, müavin, qubernator və ya nazir təyin edir, ölkənin sərvətlərini talayırlar.
İndi yeni bir üsulla ölkələri işğal edirlər. Məsələn, Mali işğal edilib. Kidal və Qao şəhərlərində qarşıdurmalar baş verir. Silahlı şəxslər qəfildən peyda olur, məqsədsiz atəş açırlar və sonra deyilir ki, "İslam yolunun cihadçıları" olub.

Həqiqət isə odur ki, Malidə nəhəng qızıl ehtiyatları aşkar edilmişdir. Həmin qızıl qədim zamanlardan bəzən əfsanələrlə, bəzən tarixi mənbələrlə yad edilir və onun mənsub olduğu dövr, Malinin tarixi hökmdarı Mansa Musanın zənginliyi ilə yadda qalmışdır ki, bu zənginlik öz dövrünün tarixini formalaşdırmışdır.

Bu sərvət aşkarlandıqdan sonra Malinin işğalı üçün ssenari hazırlandı. Bildirdilər ki, Əlcəzairdən gələn qruplar Malinin yarıdan çoxunu ələ keçirib və “Azavad” adlı bir qurum yaradıblar. Ardınca Fransa müdaxilə etdi və guya terrorizmlə mübarizə apardığını iddia etdi, halbuki əsas məqsəd qızıl yataqlarının talan edilməsi idi.
Mərkəzi Afrikada da mənşəyi və real kimliyi bəlli olmayan “Seleka” adlı silahlı qruplar arasında qarşıdurma bəhanəsi ilə geniş qırğınlar törədildi. Daha sonra xristian mənşəli “Anti-Balaka” silahlı dəstələri təşkil olundu və müsəlmanlara, xüsusilə Fulani çobanlarına qarşı kütləvi qətllər həyata keçirildi. Burada da əsas hədəf almaz yataqları idi.
Mərkəzi Afrika ilə bağlı iddia etdilər ki, hərbi çevriliş guya “Maykl Odofiya” adlı “müsəlman lider” tərəfindən həyata keçirilib. Heç indiyədək “Maykl” adlı müsəlman eşitmisinizmi? Bu açıq yalanlar yalnız hərbi mövcudluğu və müsəlmanların qətliamını əsaslandırmaq məqsədi daşıyırdı.
Eyni model Cənubi Sudanda tayfa ixtilaflarının qızışdırılması yolu ilə, Nigeriyada isə “Boko Haram” adlı layihə vasitəsilə tətbiq olundu. Hətta bir çox amerikalı analitiklər də etiraf ediblər ki, bu layihə Qərb təhlükəsizlik strukturları tərəfindən formalaşdırılıb.
Məktəbdən qızların oğurlanması məsələsi də dövlət layihəsi idi. Ailələr övladlarını kimin apardığını yaxşı bilirlər. Conatan hökuməti bu hadisəyə birbaşa cavabdehdir. Etirazların mənası yoxdur. Əgər bu dövlətdirsə, dövlətdən soruşun. Əgər Boko idisə, bəs o haradadır? O da dövlətin hərbi bazalarının nəzarətindədir.
Boko Haram real mövcudluğu olmayan bir anlayışdır və böyük bir yalandır. Əgər məqsədiniz ticarətdirsə, bizimlə ticarət edin. Lakin dinimizi alətə çevirməyin və guya bizi xilas etməyə gəldiyinizi iddia etməyin. Siz talan üçün gəlmisiniz.
Bu gün səhnəyə çıxan əsl terrorizm Amerikadır. Əfqanıstan və İraqda tətbiq olunan model burada da həyata keçirilir. Bin Laden və kütləvi qırğın silahları bəhanəsi ilə ölkələr dağıdıldı və onların sərvətləri talandı.
Nigeriyada da eyni plan icra olunur, Zamfara, Birnin-Qovari, Zariya, Sokoto və Bornoda qızıl, uran və digər qiymətli metallara görə.
Bizim müraciətimiz pul və vəzifə naminə öz xalqını qətlə yetirən hakimlərədir. Bilin ki, işiniz bitəndə sizi bu yola sövq edənlər özləri də sizi aradan götürəcəklər. Necə ki, Səddam və Qəddafi ilə etdilər.
Bu böhran birbaşa bizi hədəfə alıb. Ona qarşı dayanmaq dini bir vəzifədir. Bu yolda öldürülən hər kəs şəhid sayılır. Bizim silahımız iman, agahlıq və müqavimətdir.
Allahdan diləyirik ki, bizi növbəti şəhidlər gününə qədər qorusun, bizə yardım etsin və düşmənlərimiz üzərində qələbə nəsib etsin.

وَصَلَّی اللَّهُ عَلَیٰ مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِینَ، وَالسَّلَامُ عَلَیْکُمْ وَرَحْمَةُ اللَّهِ وَبَرَکَاتُهُ.»

“Allahın Salamı Məhəmmədə və onun pak Əhli-beytinə olsun.  Sizə Allahın salamı, rəhməti və bərəkəti olsun.
Mənbə: Şeyx İbrahim Zəkzakinin Əsərlərinin Nəşri Mərkəzi (Allah onu qorusun)

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha