Hövzə Xəbər Agentliyinin məlumatına görə, Ayətullah Məkarim Şirazi Etikaf Mərkəzi Şurasının sədri Höccətül-İslam vəl-müsəlminin Təkiyəyi və şuranın bir qrup üzvü ilə görüşündə bu il etikaf mərasimlərinin həm kəmiyyət, həm də keyfiyyət baxımından artmasıyla bağlı sevincini ifadə edərək, bunu böyük bir sevinc mənbəyi və ölkəyə ümid verən bir hadisənin göstəricisi adlandırmışdır.
O, etikafın bizim üçün mühüm mənəvi sərvət olduğunu vurğulayaraq əlavə etmişdir: Şükürlər olsun ki, bu gün gənclərin buna daha çox maraq göstərməsi mənəviyyatın ölkədə çoxalmasına və etikaf saxlayanların sayının artması ilə fəaliyyət göstərən məscidlərin genişlənməsinin cəmiyyətdə din və məzhəbin inkişafına dair aydın göstəricisi olduğunu göstərir.
Ayətullah Məkarim Şirazi etikaf şurasının məsul şəxslərinə müraciət edərək etikafın mənəvi mühitinin qorunmasına və proqramların yaxşı və uğurlu olmasına diqqət yetirmələrini tövsiyə etmişdir. O, bunun gələcəkdə bütün ölkəyə müsbət təsir göstərəcəyinə əmin olduğunu ifadə etmişdir.
Görüşün sonunda Ayətullah Məkarim Şirazi bütün etikaf iştirakçılarını, xüsusən gəncləri yenidən təbrik edərək demişdir: “Mən həqiqətən hər biriniz üçün dua edirəm və ümidvaram ki, problemləriniz Allahın köməyi və bu ibadətin vasitəsilə ilə aradan qaldırılacaq.
Etikaf Mərkəzi Şurasının sədri Höccətül-İslam vəl-müsəlmin Təkiyəyi bu görüşdə etikaf mərasimlərinin təşkili, bu peyğəmbər ənənəsinin ölkə üzrə mənəviyyat və əxlaqın yayılmasına təsirləri barədə hesabat vermiş və Ayətullah Məkarim Şirazinin etikafın əhəmiyyəti, iman və özünüinkişafdakı rolu barədə tövsiyələrindən faydalanmışdır.
Rəyiniz