çərşənbə 21 yanvar 2026 - 11:15
İnqilabın Ali Məqamlı Rəhbərinə qarşı istənilən təhdid və ya təcavüz müharib hökmündədir / Bu məsələdə sakit qalan nüfuzlu şəxslərin nə düşündüyü mənə aydın deyil

Həzrət Ayətullah Nuri Həmədani vurğulamışdır: Amerika Birləşmiş Ştatlarının prezidenti bilməlidir ki, İnqilabın Ali Məqamlı Rəhbərinə qarşı hər hansı təcavüzə cəhd göstərən şəxs «müharib» hökmündədir. Biz bunun fiqhi dəlillərini daha əvvəl də bəyan etmişik. Biz Ali Məqamlı Rəhbəri müdafiə etməyi şəri vəzifə hesab edirik.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumatına görə, həzrət Ayətullah Nuri Həmədani paytaxt Tehranın bir qrup camaat imamı ilə görüşündə alimlərin vəzifəsini son dərəcə vacib və mühüm hesab edərək bildirib: Biz xüsusi bir dövrdə yaşayırıq və bu gün düşmən virtual məkanda bütün hücumlarını ruhaniliyə qarşı yönəltmişdir. Buna görə də ruhanilər də meydanda olmalıdır. Bu gün məscid imamlarının əsas vəzifəsi yalnız əbasını geyinib namaz qılmaq və insanların vəziyyətinə biganə qalmaq deyil. Ruhanilər meydanı boş buraxmamalıdır.

Ayətullah Nuri Həmədani fitnələr zamanı nüfuzlu şəxslərin səssizliyini həmçinin gecikmiş açıqlama və mövqe nümayiş etdirmələrini kəskin tənqid edərək deyib: Bilmirəm bunlar nə düşünürlər? Doğrudanmı elə hesab edirlər İran İslam Respublikası süqut etsə, düşmən imkan verəcək ki, din azad olsun? Doğrudanmı bunlar elə hesab edirlər düşmən din, Qurani-Kərim və Əhli-beytdən (ə) hər hansı bir iz qalmasına imkan verəcək? Hamımız son fitnə hadisələri zamanı insanların, məscidlərin və hüseyniyyələrin başına nələr gətirildiyini gördük. Qurani-Kərimi necə yandırdıqlarına şahid olduq.

Ayətullah Nuri Həmədani sözlərinə davam edərək bildirib: Doğrudanmı bütün bunlar iqtisadi məsələlərə görə idi? Şübhəsiz ki, xalq çətin yaşayış şəraiti ilə üz-üzədir, lakin insanları qətlə yetirən və hər yeri odlara bürüyən cinayətkarlar xalqdan deyildilər.

Ayətullah Nuri Həmədani əlavə edərək bildirib: Amerika Birləşmiş Ştatlarının prezidenti açıq şəkildə çıxış edərək iğtişaş törədənlərə dəstək verir və son vaxtlar İnqilabın Ali Məqamlı Rəhbərini də təhdid edir. Əlbəttə, o cavablandırılmağa layiq deyil, lakin bilməlidir ki, Ayətullah Xamenei bir fəqih və ümmətin rəhbəri kimi, ona qarşı hər hansı təcavüzə cəhd göstərən şəxs İslam düşməni (müharib) hökmündədir. Biz bunu daha əvvəl də bildirmiş, bu hökmün fiqhi dəlillərini də açıqlamışıq. Gözləntimiz budur ki, bütün alimlər meydana çıxsın və Ali Məqamlı Rəhbəri dəstəkləsinlər. Biz Ali Məqamlı Rəhbərin müdafiəsini yalnız siyasi məsələ hesab etmirik, onu dini vəzifə sayırıq.

Ayətullah Nuri Həmədani vurğulayıb: Şübhəmiz yoxdur ki, ölkədə birlik və həmrəylik olmalı, ixtilaflara yol verilməməli və hamı vahid mövqedən çıxış etməlidir. Lakin bu, bəzi şəxslərin istədikləri hər cür hərəkəti etmələri və digərlərinin də susması, yaxud nəzarətçi orqanın nəzarət həyata keçirməməsi və “biz birlik yaratmaq istəyirik” deyərək məsuliyyətdən yayınması üçün əsas ola bilməz.

Həzrət Ayətullah Nuri Həmədani son olaraq vurğulayıb: Birlik və həmrəylik dedikdə, xalqın problemlərinin həllinə kömək göstərmək nəzərdə tutulur. İslam İnqilabının Ali Məqamlı Rəhbəri buyurmuşdur ki, “məsul şəxslər ikiqat çalışmalıdırlar.” Yəni üzərlərinə düşən vəzifələr çərçivəsində səylərini daha da artırmalıdırlar, o cümlədən məhkəmə hakimiyyəti işlərin və cinayət işlərinin araşdırılmasında, Milli Məclis nəzarət funksiyasının icrasında, icra hakimiyyəti isə xalqın problemlərinin həlli istiqamətində ciddi şəkildə fəaliyyət göstərməlidir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha