Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, həzrət Ayətullah Cavadi Amuli çıxışlarının birində “ölkənin izzəti və möhkəmliyinin Quran və Əhli-beytin (ə) sayəsində olması” məsələsinə toxunmuşdur. Bu çıxışı siz dəyərli ziyalılara təqdim edirik.
Ölkə yalnız İslam prinsiplərinə söykəndikdə qüdrətli ola bilər. Əgər Allah eləməsin, İslamın bu dəyərlərini aradan aparsanız, yerdə yalnız əhəmiyyətsiz və dəyərsiz şeylər qalacaq.
Hələ də müttəfiq qüvvələrin İrana daxil olmasını xatırlayanlar var
Rza Xan qaçdıqdan sonra şimalda keçmiş Sovet komandoları, mərkəz və cənubda isə İngilis və digər Avropa qüvvələri hökm sürürdü. O zaman İran tamamilə xarici qüvvələrin təsiri altında idi. Biz yadellilərin əsarəti altında yaşayırdıq, o günün ölkəsi, məhz bu günün inkişaf etmiş ölkəsidir.
Pəhləvinin oğlu belə demişdi: “Mən sizə xidmət edəcəm, sizi qaz, neft ilə təmin edəcəyəm, regionun jandarmı olacağam.
İmam Xomeyni (r) qiyam edərək xalqı zülmdən, ölkəni isə köləlikdən qurtardı.
Məhz Əmirəl-möminin İmam Əli (ə) buyurduğu kimi: İndi mən bu ümmətin rəhbərliyini öz üzərimə götürmüşəm. Onlar bizim məhv etdiyimiz cahiliyyət ənənələrini bərpa etməyə çalışırlar.
«یُحْیُونَ بِدْعَةً قَدْ أُمِیتَتْ».
«Onlar öldürülmüş bir bidəti yenidən dirildirlər.»” (Nəhcül-Bəlağə 22-ci xütbə)
O vurğulamışdır ki, ölkə heç bir halda müqəddəslərə qarşı edilən hörmətsizliyi qəbul etməyəcək. Keçmişdə müttəfiq qüvvələrin təhqirlərinə məruz qalan İranın bugünkü nüfuzunu müqayisə etmək kifayətdir ki, onun artıq bütün dünyada necə böyük bir nüfuza sahib olduğunu görə biləsən.
Biz Quran və Əhli‑beyt (ə) ilə yaşayırıq.
«إنّی تارکٌ فیکم الثقلین»
Mən özümdən sonra sizin aranızda iki əmanət qoyuram!
Mənbə: Cümə namazı xütbələri
4 fevral 2000-ci il (15 bəhmən 1378-ci il)
Rəyiniz