çərşənbə axşamı 17 fevral 2026 - 22:42
Ali Məqamlı Rəhbər deyib: Hərbi gəmidən daha təhlükəli olan onu məhv edən silahlardır

Hövzə / Ali Məqamlı Rəhbər ABŞ-ın təhdidlərinə reaksiya olaraq deyib: Hərbi gəmidən daha təhlükəli olan onu məhv edən silahlardır.

Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbirinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün səhər saatlarında Təbriz və Şərqi Azərbaycan əhalisi ilə görüşdə bu ili qeyri-adi və hadisələrlə zəngin il adlandıraraq, « son 12 günlük baş vermiş müharibədə xalqın qələbəsi», o cümlədən «(dey) yanvar ayındakı mühüm və ağır fitnənin yatırılması» və «12 yanvar (22 dey )və 11 fevral (22 bəhmən) tarixlərində keçirilən iki böyük yürüşdə xalqın təntənəli iştirakını» dəyərli İran xalqının qüdrət və əzəmətinin göstəricisi kimi hesab edib, və «hazırlıq, ayıq-sayıqlıq və milli birliyin» qorunub gücləndirilməsinin vacibliyini vurğulayaraq əlavə edib: Liderlər və düşmənlə əlaqəli təxribatçı ünsürlər istisna olmaqla, iğtişaşlarda həlak olanların hamısını o cümlədən «cəmiyyətin təhlükəsizliyini və asayişini müdafiə edən qüvvələr», «günahsız insanlar» həmçinin «sadəlövhlük və qəzəb səbəbindən fitnəyə aldanaraq qoşulmuş şəxsləri» öz övladlarımız hesab edir, onların hamısının dərdinə şərik olur və matəmini saxlayırıq.

Həzrət Ayətullah Xamenei dövlət rəsmilərinin problemlərin həlli, inflyasiyanın cilovlanması və milli valyutanın dəyərinin qorunması istiqamətində fəaliyyətlərini ikiqat artırmalarını vurğulayıb və çıxışlarının digər hissəsində Amerikanın rəsmiləri və media qurumlarının İrana hücumla bağlı yersiz müdaxilələri və həyasız təhdidlərinə toxunaraq deyib: Özləri də bilirlər ki, bu söz və əməllərə tab gətirmək gücündə deyillər və «özünü dünyanın ən güclü ordusu hesab edən ordu» elə bir sarsıdıcı zərbə ala bilər ki, yerindən qalxa bilməz. Bununla yanaşı, təhdidlərə qarşı mübarizəyə cavabdeh qurumlar zəruri hazırlığa malikdir və xalq arxayınlıq və əminliklə iş və gündəlik həyatına davam etməlidir.

Həzrət Ayətullah Xamenei, 18 fevral 1978-ci il (29 bəhmən 1356 şəmsi) Təbriz qiyamının ildönümü ərəfəsində keçirilən bu görüşdə «vaxtı düzgün dəyərləndirmə, vaxtında addım atma və fədakarlıq» xüsusiyyətlərini həmin qiyamın səciyyəvi cəhətləri kimi qiymətləndirərək, Azərbaycan gənc nəslinin müxtəlif meydanlardakı müjdələyici iştirakını təqdir edərək bildirib: Təbriz əhalisinin 11 fevral (22 bəhmən) yürüşündə ikiqat iştirakı göstərdi ki, təbrizlilər bütün İran xalqı kimi canlı və ruh yüksəkliyinə malikdirlər və belə bir xalq heç vaxt siyasi oyunlara və düşmənin hiylələrinə aldanmaz.

İslam İnqilabın Ali Məqamlı Rəhbəri bu ili «İran xalqının əzəmətinin, iradəsinin, qətiyyətinin və digər bacarıqlarının bir daha nümayiş olunduğu il» adlandıraraq əlavə edib: Xalq dəfələrlə öz gücünü nümayiş etdirərək və möhkəm dayanaraq İranı başıuca və əziz edib və bu günlərdə xarici səfərlərə gedən məsul şəxslər həmin ölkələrin rəsmiləri ilə görüşlərdə xalqın xüsusi üstünlüyünü aydın şəkildə hiss edirlər.

Həzrət Ayətullah Xamenei yanvar ayı fitnəsinin mahiyyət və miqyasının «fikir və təhlil əhli» tərəfindən izah olunmasını zəruri sayaraq deyib: Baş verən hadisə yalnız bir qrup qəzəbli gəncin iğtişaşı deyil, İran xalqının ayaqları altında əzilmiş «əvvəlcədən planlaşdırılmış bir çevriliş» idi.

Həzrət Ayətullah Xamenei bu reallığın izahında əlavə edərək bildirib: ABŞ-ın və sionist rejimin kəşfiyyat və casusluq orqanları, eləcə də bəzi digər ölkələrin kəşfiyyat strukturlarının köməyi ilə bir qrup şər niyyətli və ya bu cür meyillərə malik şəxsləri cəlb etmiş, onları xaricdə təlim, maliyyə və silahla təmin etmiş, həmçinin hərbi və dövlət mərkəzlərinə qarşı təxribat və hücumlar törətmək üçün ölkə daxilinə göndərmişdilər ki, münasib fürsətdə meydana çıxsınlar. Həmin fürsət isə yanvar (dey) ayının ortalarında onların əlinə keçdi.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri “təcrübəsiz və sadəlövh insanları təsir altına salmaq və qəzəbləndirməyi” fitnə təşkilatçılarının və icraçıların növbəti addımı kimi qiymətləndirərək bildirib ki, təlim keçmiş ünsürlər belə insanları önə çəkmiş, özləri isə müxtəlif silahlarla, həmçinin “zorakı və düşüncəsiz hərəkət” siyasəti ilə meydana çıxmış İŞİD qruplaşmasının vasitəsilə “yandırmaq, öldürmək və dağıtmaq” əməliyyatlarını həyata keçirmişlər.

O, bu hərəkətlərin əsas məqsədini sistemin əsaslarını sarsıtmaq adlandıraraq  əlavə edib: Hərçənd polis, Bəsic, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) o cümlədən İran xalqı iğtişaşçılara qarşı durdu. Beləliklə “çevriliş” bütün hazırlıqlara və böyük maliyyətlərə baxmayaraq açıq şəkildə məğlub oldu və xalq meydanda qələbə qazandı.

Həzrət Ayətullah Xamenei 12 yanvar və 11 fevral (22 dey və 22 bəhmən) tarixlərində keçirilən möhtəşəm yürüşləri ilahi nişanələr kimi qiymətləndirərək  vurğulayıb: Əziz xalq, düşmənin təxribatlarına və fitnələrinə qarşı bu cür qələbə əldə etdiyiniz üçün, hazırlıqlı, ayıq-sayıq olmaq və milli birliyi qoruyaraq bu aşkar ilahi neməti qoruyub saxlamaq lazımdır.

O, iğtişaşlarda tökülən qanlara dair bildirib: Bəzi şəxslər fitnənin başçıları və çevriliş törədənlər qrupuna aid idi və onların cəzası yalnız Allah yanındadır. Lakin digər üç kateqoriyadakı həlak olanları öz övladlarımız hesab edirik və hamısının matəmini saxlayırıq.

Ali Məqamlı Rəhbər birinci kateqoriyadakı həlak olan “polis, Bəsic, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onlarla birlikdə olan insanlar” o cümlədən cəmiyyətin təhlükəsizliyi, asayişi və dövlətin qorunması naminə canlarından keçən şəxsləri şəhid adlandırdı. İkinci kateqoriyadakı həlak olanlar, yəni günahsız insanlar da şəhid hesab olunurlar. Çünki onlar düşmənin törətdiyi fitnədə öldürülüblər.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri əlavə edib: Üçüncü kateqoriyadakı həlak olanlar aldanmış və sadəlövh olduqları üçün fitnəçilərə qoşulanlardır.
Onlar da bizim övladlarımızdır, biz onların matəmini saxlayırıq və bütün həlak olanlar üçün Allahdan rəhmət və bağışlanma diləyirik.

O əlavə edərək bildirib: Bu aldanmışlardan bəziləri həbs olunmayıb, lakin mənə məktub yazaraq peşmançılıqlarını bildirib, bağışlanma istəyiblər.

Həzrət Ayətullah Xamenei Amerikalıların İŞİD-in yaranmasını etiraf etməsinə işarə edərək bildirib: İŞİD nisbətən məhv olsa da, bunlar “yeni İŞİD-çillərdir” və bütün məsul şəxslər və xalq bu məsələdə diqqətli olmalıdır. Xüsusilə gənclər diqqətli və ayıq olmalı, kiminsə onlara nə dediyini və hansı işi təklif etdiyini yaxşı qiymətləndirməlidirlər.

Ali Məqamlı Rəhbər vurğuladı: Xalq iğtişaşçılardan əsas qrupun təqib və cəzalandırılmasını tələb edir və məhkəmə və təhlükəsizlik orqanları bu şəxsləri məhkəməyə çıxarıb cəzalandırmalı, “söz, təhlil və əməliyyatla” düşmənlə əməkdaşlıq edənlərə qarşı ədalətli hüquqi tədbir görməlidirlər.

O əlavə edib: Çox güman ki, ABŞ-ın İslam Respublikasına qarşı növbəti planı da eyni üsul və bu tip əməliyyatlardan ibarət olacaq. Lakin şübhəsiz ki, Allahın köməyi və xalqın fədakarlığı sayəsində belə hərəkətlər xalq tərəfindən qətiyyətlə dəf ediləcək.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri çıxışlarının digər bir hissəsində bildirib ki, ABŞ-ın çoxsaylı iqtisadi, siyasi və sosial problemləri Amerika imperiyasının süqut və yox olma prosesinin göstəriciləridir. O əlavə edərək bildirib: ABŞ-ın bizimlə problemi ondadır ki, onlar İranı məğlub etmək istəyir, lakin İran xalqı və İslam Respublikası onların bu məqsədinin reallaşmasına mane olur.

O, ABŞ prezidentinin təhdid dolu çıxışlarını İran xalqı üzərində hakimiyyət qurmaq arzularının ifadəsi kimi qiymətləndirərək  əlavə edib: İran xalqı öz İslam və şiə məzhəbinin maarifini dərindən yiyələnib və hansı zamanda hansı addımı atmalı olduğunu yaxşı anlayır.

Həzrət Ayətullah Xamenei İmam Hüseynin (ə) tarixi bir sözünə istinad edərək xatırladıb, “mən Yezid kimi biri ilə beyət etmərəm”. İran xalqı da deyir ki, mədəniyyət, tarix və yüksək biliklərə malik bir xalq olaraq, belə fəsadçı şəxslərlə, o cümlədən ABŞ-da hakimiyyətdə olan korrupsiyalılarla razılaşmayacaq.

O, “məşhur adanın” hadisəsində ortaya çıxan heyrətamiz korrupsiyaları Qərb sivilizasiyası və liberal demokratiyanın reallığını göstərən nümunə adlandıraraq qeyd edib: Qərb liderlərinin korrupsiyası barədə eşitdiklərimiz bir tərəfdirsə, bu adadakı vəziyyət tamam başqa bir tərəfdir. Bu yalnız onların saysız-hesabsız korrupsiyalarından bir nümunədir və məxfi bir sirr olduğu halda bu ortaya çıxmışdır. Bundan sonra da digər sirlər ortaya çıxacaq.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri ABŞ hökuməti və Amerika ərazisində fəaliyyət göstərən sionist media qurumlarının ölkəmizə qarşı bütün təhdid və bəyanatlarının tamamilə təhdid atmosferi yaratdığını qeyd edərək bildirib: Siz, Təbriz xalqı və İran xalqı 11 fevral (22 bəhmən ) yürüşündə onların boş və mənasız təhdidlərinə cavab verərək bir daha göstərdiniz ki, olunan təhdidlər nəinki nəticəsiz qalır, eyni zamanda xalqın motivasiyasını artırır.

Ayətullah Xamenei təkidlə vurğulayıb ki, ABŞ təhdid etməsinə baxmayaraq, siyasi, iqtisadi problemləri və beynəlxalq nüfuz, etibarının itirilməsi səbəbindən bu sözlərə tab gətirə bilmir. Onlar bilirlər ki, bir səhv etsələr, qarşıdakı gələcək necə olacaq.

Həzrət Ayətullah Xamenei ABŞ-ın düşmən və korrupsiyalı imperiyasının süqutunun digər göstəricisi kimi onların məntiqsizliyini qeyd edərək bildirib ki, onların məntiqsizliyinin nümunəsi İran məsələlərinə, xüsusilə də mühüm məsələlərimizdən biri olan silah məsələsinə müdaxiləsidir.

Ayətullah Xamenei xalqın müdafiə məqsədli silahlara malik olmasını vacib və zəruri sayaraq əlavə edib: Hər hansı bir ölkə əgər müdafiə silahlarına malik deyilsə, düşmənlərin ayağı altında əzilər. Lakin ABŞ müdaxilə edərək deyir ki, siz müəyyən məsafəyə malik raketə sahib olmamalısınız. Halbuki bu məsələ yalnız İran xalqına aiddir və onlara heç bir aidiyyəti yoxdur.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri ABŞ-ın İran İslam Respublikasının sülh məqsədli nüvə sənayesinə o cümlədən, idarəetmə, tibb, kənd təsərrüfatı və enerji ehtiyacları üçün olunan müdaxiləsini də məntiqsiz davranış adlandırıb və Amerikanı qınayaraq bildirib: Bu məsələ yalnız İran xalqına aiddir, sizə nə aidiyyəti var?

Ali Məqamlı Rəhbər xalqın “nüvə enerjisi bizim haqqımızdır” şüarına istinad edərək qeyd edib: Nüvə obyektləri və zənginləşdirmə hüququ beynəlxalq Atom Enerjisi Agentliyinin müqavilə və qaydalarında bütün ölkələr üçün tanınır və ABŞ-ın milli hüquqlara müdaxiləsi onların bugünkü və keçmiş rəhbərlərinin nizamsız düşüncəsini göstərir.

Həzrət Ayətullah Xamenei ABŞ-ın məntiqsizliyini onların danışıqlara dəvətindəki yanaşma ilə izah edərək qeyd edib: Onlar deyirlər ki, gəlin nüvə enerjisi məsələsini müzakirə edək, amma müzakirənin nəticəsi belə olmalıdır ki, siz nüvə enerjisinə sahib olmayasınız!

Həzrət Ayətullah Xamenei vurğulayıb ki, əgər müzakirə aparılacaqsa, nəticəni əvvəldən müəyyən etmək yanlış və axmaq bir hərəkətdir. Bu axmaqlığı ABŞ hökuməti, prezident və bəzi senatorlar həyata keçirir və düşünmürlər ki, bu yol onların üçün çıxılmaz vəziyyətdir.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri ABŞ prezidentinin dünyada ən güclü orduya sahib olduqlarına dair təhdidlərini xatırladaraq bildirib: Dünyanın ən güclü ordusu da bəzən elə bir zərbə ala bilər ki, yerindən qalxa bilməsin.

Ayətullah Xamenei ABŞ-ın digər təhdid və hərəkətinə və həmçinin İran istiqamətində döyüş gəmisi göndərməsinə toxunaraq deyib: Hərbi gəmi əlbəttə təhlükəli bir vasitədir, amma ondan daha təhlükəli olan silah, həmin gəmini məhv edən silahlardır.

Həzrət Ayətullah Xamenei ABŞ prezidentinin İslam Respublikasını məhv etməkdə 47 ildən sonra belə aciz olduğunu etiraf etməsinə işarə edərək bildirib: Bu etiraf müsbət bir haldır. O əlavə edib: Əlbəttə deyirəm ki, sən də bunu edə bilməyəcəksən. Çünki İran İslam Respublikası xalqdan ayrılmayan bir hökumətdir. Bu hökumət canlı, möhkəm, həmçinin inkişaf edən və çalışan bir millət üzərində qurulub. Bu 47 il ərzində xalq zəhmət çəkib və çalışıbdır.

O, düşmənin inqilabın ilk günlərində İslam Respublikasının zəif filizini yerindən tərpədə bilmədiyini xatırladaraq əlavə edib: Bu gün, şükürlər olsun ki, İran İslam Respublikası böyük, yüksək və inkişaf etmiş bir ölkəyə çevrilib. Ölkə isə geniş imkanlara malikdir. Dövlətin hörmətli vəzifəli şəxsləri bu imkanlardan istifadə edərək işlərini ikiqat artırmalı, hazırkı inflyasiya və milli valyutanın dəyərinin düşməsini aradan qaldırmalıdırlar. İnşallah bu da öz növbəsində gerçəkləşəcək.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri başladılmış işlərin ciddi, dəqiq və bütün aspektləri nəzərə alınaraq davam etdirilməsini, problemlərin həllini və iş mühitinin sakitləşdirilməsini əsas vəzifə hesab edərək bildirib: Əgər təhdid varsa, onu neytrallaşdıracaq qurumlar da var. Buna görə xalq narahat olmadan işinə, təhsilinə, işgüzar fəaliyyətinə və ticarətinə davam edə bilər.

O, ölkədə sakitliyin və özünəinamın hökm sürməsini vacib sayıb və ümidvar olduğunu bildirib ki, Allah əziz xalqımızın qəlbinə əminlik və rahatlıq nəsib etsin və vəzifəli şəxsləri öz öhdəliklərini yerinə yetirməkdə müvəffəq eləsin.

Ali Məqamlı Rəhbərin nitqindən əvvəl, Şərqi Azərbaycan vilayəti üzrə Ali Məqamlı Rəhbərin nümayəndəsi, həmçinin Təbriz vilayətinin cümə imamı höccətül-islam vəl-müsəlmin Mütəhhəri çıxış edərək bildirib ki, bu vilayətin hərbi qüvvələri və xalqı sionist rejiminin təcavüzkar müharibəsinə qarşı fəal müqavimət göstərib, həmçinin 12 yanvar və 11 fevral (22 dey və 22 bəhmən) tarixlərində böyük yürüşlərdə geniş iştirak edib. O vurğulayıb: Azərbaycan xalqı öz dini və milli vəzifələrini yerinə yetirmək üçün həmişə hazırdırlar.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha