çərşənbə 11 mart 2026 - 08:58
Yəmənin Ənsarullah hərəkatı Ayətullah Seyid Müctəba Xameneinin seçilməsi münasibətilə təbrik edib

Hövzə | Yəmənin Ənsarullah hərəkatı Ayətullah Seyid Müctəba Xameneinin bu həssas və taleyüklü şəraitdə İslam İnqilabının üçüncü rəhbəri seçilməsi münasibətilə İran İslam Respublikasına səmimi təbriklərini çatdırıb.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Yəmənin Ənsarullah hərəkatı Ayətullah Seyid Müctəba Xameneinin bu həssas və taleyüklü şəraitdə İslam İnqilabının üçüncü rəhbəri seçilməsi münasibətilə İran İslam Respublikasına səmimi təbriklərini çatdırıb.

Yayımlanan bəyanatda Ənsarullah bildirib ki, Ayətullah Seyid Müctəba Xameneinin İslam İnqilabının rəhbəri seçilməsi ilə İran İslam Respublikasının inqilabın əsil yolunu və hegemonluq, zülm və qlobal təkəbbürə qarşı mübarizə əsasında formalaşmış sabit və prinsipial ideallarını qətiyyətlə davam etdirəcəyinə tam etimad bəsləyir.

Bəyanatın tam mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə 

Biz, Ayətullah Seyid Müctəba Xameneinin bu həssas və taleyüklü şəraitdə İslam İnqilabının üçüncü rəhbəri seçilməsi münasibətilə İran İslam Respublikasına, eləcə də xalqına öz səmimi təbriklərimizi çatdırırıq. Bu hadisə İranın rəhbərlik, xalq və dövlət  səviyyəsində milli yetkinlik və vəhdətin bariz təzahürüdür.

Ayətullah Seyid Müctəba Xameneinin bu həssas tarixi dönəmdə onun rəhbər seçilməsi İslam İnqilabı üçün yeni bir qələbə, eləcə də İran İslam Respublikasının, həmçinin bütün İslam ümmətinin mənfur düşmənlərinə vurulan ağır zərbə hesab olunur. Bu seçim həmçinin bir daha göstərir ki, İslam İnqilabının əsas yolu və onun hegemonluq, zülm və qlobal təkəbbürə qarşı qurulmuş əsas prinsiplərinə sədaqət qətiyyətlə davam edir.

Biz əminik ki, İran İslam Respublikası həzrət Ayətullah Seyid Müctəba Xameneinin rəhbərliyi və ilahi yardım sayəsində böyük qələbənin gerçəkləşməsi və İslam ümmətinin izzət və ləyaqətinin qlobal təkəbbür və azğınlıq qarşısında bərqərar olması istiqamətində irəliləməyə davam edəcək.

Bu münasibətlə biz İslam ümmətini və dünyanın azad insanlarını ABŞ-ın törətdiyi çirkin təxribatlarına qarşı, eləcə də qlobal sui‑qəsdlə üzləşən İran xalqı ilə həmrəyliyi daha da gücləndirməyə çağırırıq. Çünki İran İslam Respublikası təxminən yarım əsrdir ki, öz prinsipləri, rəhbərliyi və mövqeyi ilə məzlumların dayağı, haqq və ədalətin səsi olmuş, Allah yolunda və İslam ümmətinin, xüsusilə Fələstin məsələsinin müdafiəsi naminə böyük fədakarlıqlar göstərmişdir.

Sonda dua edirik ki, uca Allah İran İslam Respublikasının yeni rəhbərliyi dönəmində onları birlik, qüdrət, sabitlik və qələbə ilə müvəffəq etsin.


10 mart 2026-ci il
20 Ramazan 1447-ci il

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha