Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, dərin kədər və qəm-qüssə ilə dolu bir qəlblə ziyalılar, alimlər, tələbələr və bütün möminlər İslam inqilabının müdrik və uzaqgörən Ali Məqamlı Rəhbəri Ayətullah üzma Seyid Əli Xameneinin şəhadətini həzrət İmam Zamana (ə.f), o cümlədən böyük təqlid mərcələrinə, İranın əziz xalqına və İslam ümmətinə başsağlığı verirlər.
O, zülm və azğınlığın qlobal tufanı içində hidayət çırağı idi. O, müdrik və uzaqgörənliyi ilə İslam dininin bayrağını daim uca saxladı.
Onun mübarizələrinin və müdrik rəhbərliyinin bəhrəsi İranın izzəti, İslam ümmətinin birliyi və yeni İslam sivilizasiyası hərəkatının başlanğıcı oldu. O dahi şəxsiyyətin xatirəsi və yolu həmişə xalqın qəlbində əbədi yaşayacaqdır.
Uca Allahın dərgahından diləyirik ki, o saleh bəndənin uca ruhunu əzəmətli Peyğəmbər (s) və ilahi övliyalarla birlikdə məhşur etsin və İran xalqını vilayət yolunda daim sabitqədəm etsin.
İndi isə xalqın həmin rəhbərin yoxluğunda xalqın möhtərəm nümayəndələri bu məqam üçün layiqli olan başqa bir rəhbər və imam seçdikdən sonra biz ölkə üzrə bütün elmi hövzələrin tələbələri və ruhaniləri tarixi və ilahi missiyamıza əsasən özümüzə vacib bilirik ki, «İslam inqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei (Allah qorusun) ilə yeni bir əhd və peyman bağlayaq. Biz inanırıq ki, vilayət xəttinin davamı müasir dünyada İslamın möhkəmliyinin və davamlılığının eləcə də dinin qorunmasının, millətin istiqlalının və İslamın izzətinin təminatçısıdır. Vilayəti fəqihə itaət bu məqsədlərin əsasıdır. Elmi hövzələr inqilabi idealların və İslam sivilizasiyasının həyata keçirilməsində öncül olmalıdırlar.
Buna görə də bu əhd və sadiq andda aşağıdakı öhdəlikləri üzərimizə götürürük:
1. Elm, mənəvi tərbiyə və ilahi maarifin yayılması yolunda ali rəhbərin göstəriş və tövsiyələrinə əməl edəcəyik.
2. Bəsirət və fəal iştirakla mədəni, ictimai və siyasi sahələrdə inqilabın fikr və mənəvi irsini qoruyub saxlayacağıq.
3. Elmi hövzəni birliyin və xalqa səmimi xidmətin mərkəzinə çevirəcəyik.
4. İslam və vilayətə qarşı qlobal hücumlar qarşısında ağıllı, təmkinli və imanlı şəkildə ayağa qalxacağıq.
5. İslam inqilabının yeni Ali Məqamlı Rəhbəri ilə bağladığımız bu əhd iman, vəzifə və Allaha məhəbbət mahiyyətli bir əhd sayılır. Zamanın sahibi olan İmam Məhdinin (ə.f) zühuruna qədər vilayət mehvəri üzərində qurulmuş pak bir peymandır. Siz hörmətli hövzə üzvləri də aşağıdakı keçidə daxil olmaqla bu əhdnaməni təsdiq edə bilərsiniz.
Hövzə üzvləri aşağıdakı keçidə daxil olmaqla əhdnaməni təsdiq edə bilərlər.
https://search.eitaa.com/?url=https://survey.porsline.ir/s/V0HsdV0b

Rəyiniz