Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Əl-Əzhər Universitetinin son bəyanatına cavab olaraq, İranın ölkə üzrə Elmi hövzələrinin redaktoru Ayətullah Ərafi ərəb dilində bir bəyanat yayıb. Bu bəyanatda o, hazırkı qarşıdurmanı tarixi və mədəni kontekstində qiymətləndirməyin vacibliyini vurğulamış və qeyd etmişdir ki, İran İslam Respublikası münaqişənin başlanğıcını yaratmayıb, lakin təkrarlanan təcavüzlərdən sonra öz xalqının suverenliyi və şərəfi uğrunda müdafiə aparır.
Bəyanatın tərcüməsi aşağıdakı kimidir:
بسم الله الرحمن الرحیم
{أُذِنَ لِلَّذِینَ یُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا وَإِنَّ اللَّهَ عَلَیٰ نَصْرِهِمْ لَقَدِیرٌ} [حج: 39]
Bağışlayan və mehriban Allahın adı ilə
Düşmən hücumuna məruz qalanlara (möminlərə) zülmə uğradıqları üçün (döyüşməyə) izin verilmişdir. Şübhəsiz ki, Allah onlara yardım etməyə qadirdir. (Həcc: 39)
Hörmətli Misir dini təhsil və İslam elmləri universitetinin rəhbəri Dr. Əhməd Əl-Tayyib (Allah onu qorusun)
Allahın Salam və rəhməti sizin üzərinizə olsun
Din və əxlaq cəhətdən məsuliyyət hər birimizi Allah və onun Peyğəmbəri (s), müsəlman rəhbər və həmçinin ümmət üçün xeyirxahlıq etməyə məcbur edir. Eyni zamanda, əsrlər boyu parlaq yanaşmanın simvolu olmuş, ümməti vahid söz ətrafında birləşdirmiş Əl-Əzhər qurumuna sevgi və hörmət naminə bir neçə nüansı sizin ünvanınıza təqdim edirik.
Biz bugünə kimi sizin ümmətin taleyini həll edən məsələlərdəki uzaqgörən və şüurlu mövqelərinizi qiymətləndirir və alqışlayırıq. Biz yaxşı bilirik ki, siz Fələstin ideallarına dəstək, zülm görmüş Fələstin xalqının hüquqlarının müdafiə, İslam ümmətinin sıralarının birləşdirilmə, məzhəblərin yaxınlaşdırılma və qardaşlıq dəyərlərinin möhkəmləndirilməsi istiqamətində nə qədər xeyirxah səylər göstərmisiniz. Bu şərəfli mövqeləriniz bizi Əl-Əzhər Universitetinin regionda baş verən hazırkı dəyişikliklərə dair son bəyanatı qarşısında daha ətraflı düşünməyə vadar edir və sizə səmimi olaraq çağırış edirik ki, heç bir şəriət, siyasi və ya əxlaq hökmünün gözardı edə bilməyəcəyi böyük həqiqətlərin işığında onu yenidən nəzərdən keçirəsiniz. Buna görə diqqətinizi aşağıdakı bir neçə məsələyə cəlb edirik:
Birinci: Bu gün baş verən münaqişəni düzgün anlamaq, onun tarixi və mədəni kontekstini nəzərə almadan və strateji planları ümumi mənzərədən ayırmadan mümkün deyil. Regionda baş verənlər, uzun müddətdir Qərb və Amerika kolonial layihəsi tərəfindən ümmətin güclərini zəiflətmək, kiçik qarşıdurmalar yaratmaq və əsas münaqişə mərkəzindən yayındırmaq məqsədilə həyata keçirilən mədəni münaqişələrin bir zənciridir. Bu layihənin əsas hədəfi İslam ümmətinin sərvətləri və müqəddəs yerləri üzərində hökmranlıq etmək və Sionist rejimi İslam dünyasının mərkəzində bu layihənin öncü gücü kimi qorumaqdır.
İkinci: Bizim inamımıza görə, Fələstin məsələsi hələ də ümmətin əsas məsələsidir. Fələstin xalqının səksən illik zülm, işğal, didərginlik, yəhudiləşdirmə və müqəddəs yerlərin məskunlaşdırılması əzabı ümmətin vicdanını sızladır. Hadisələrin hər hansı bir şərhi bu həqiqəti nəzərə almasa, səbəbi görmədən nəticəyə fokuslanmış olur. Çünki bəzi Əl-Əzhər Universitetinin son bəyanatında müdafiə olunması üçün çağırış edən bəzi şəxslər, bölgədə sionizm tərəfindən həyata keçirilən hökmranlıqda iştirak edir, Netanyahu ilə birlikdə ümmətin övladlarının qırğınına dəstək verirlər və bu yolda sionist rejimə qarşı müqavimət mərkəzini və Fələstin ideallarının son müdafiə xəttini görməzdən gəlmişlər. Bu baxımdan bəyanat sahibləri istəsə də, istəməsə də ümmətin düşmənlərinə həmçinin Fələstin ideallarını müdafiə edənlərə qarşı əlavə imkan yaradır.
Üçüncü: Hörmətli Dr. Əhməd və bütün İslam ümmətinə açıq şəkildə bildiririk ki, İran İslam Respublikasının ümmətin birliy, qardaşlığ və onun müxtəlif hissələri arasında böyük həmrəyliyə dair möhkəm inamı şüar xarakteri daşımır, əksinə illərdir əməl etdiyimiz siyasətlərin və praktiki proqramların əsasıdır və biz hələ də buna sadiqik. Məqsədimiz qarşıdurma və parçalanma deyil, yaxınlaşma və həmrəylikdir. Bu həqiqətləri, liderlərimiz meydanlarda, alimlərimiz və mötəbər dini rəhbərlərimiz Nəcəf və Qumun müqəddəs dini mərkəzlərində, eləcə də bütün intelektual və dini mərkəzlərdə həyata keçirib təcəssüm etdiriblər. İmam Xomeyni (r) müasir İslam hərəkatının əsas prinsiplərində buna söykənmişdir. Allahdan diləyirik ki, bu ümmət üçün böyük şəxsiyyətlər bəxş etsin və onların söz və əməllərini bu müqəddəs yolda uyğunlaşdırsın.
Dördüncü: Heç bir yaxın və uzaq tarix göstərmir ki, İran İslam Respublikası hər hansı bir müharibə və ya müsəlmanlar arasında qarşıdurmanın başlanğıcında olmuş olsun. Biz həmişə qonşuluqda yaxşı münasibətlər və təcavüzdən uzaq durma prinsipinə sadiq olmuşuq. Əksinə, davamlı şəkildə alovları söndürmək və ərəb və İslam ölkələri ilə münasibətlərdə sakitlik və dözümlülük siyasətini həyata keçirməyə çalışmışıq. Buna baxmayaraq, İran İslam Respublikası ən böyük insanlıq cinayətlər, müharibələr, fitnələr, terror əməliyyatları və münaqişələrdə geniş dağıntılara məruz qalmışdır ki, bir sıra Körfəz ölkələri bu proseslərin birbaşa dəstəkçisi olmuşdur. Xüsusilə maliyyələşdirilmiş dağıdıcı müharibələrdə bu strategiya davam etdirilmişdir. Lakin bu dəfə Körfəz qonşu ölkələrdə açıq və gizli şəkildə olan Amerika və İsrail bazalarından kəskin təcavüz və aydın zülmə məruz qalmışıq. Bu həqiqət, bölgənin strateji realığını bilən heç bir ağıllı şəxs tərəfindən inkar edilə bilməz.
Dünya şahiddir ki, İran İslam Respublikası bu ümumi müharibənin başlanğıcında olmayıb. Hətta məsələlərin sülh yolu ilə həlli üçün danışıqlara daxil olduğu halda, bu müharibə ona qarşı zorla tətbiq olunmuşdur. Bu gün İran öz xalqının suverenliyini və şərəfini, həmçinin düşmən tərəflərin kolonial iradəyə tabe etmək istədiyi regional imkanları qorumaq üçün müdafiə aparır. Təəssüf ki, bir çox İslam ölkələri bu açıq həqiqəti görməzdən gəlir və bu aydın zülmə qarşı etik, insan və dini baxımdan qısa münasibət göstərir, bəzən isə hər hansı bir şəkildə təcavüzkarların yanında yer alırlar.
Beşinci: Keçmiş onilliklərin təcrübəsi yaxşı göstərir ki, İran İslam Respublikasının region ölkələrinə və xalqlara münasibəti ən çətin şəraitdə də sevgi, qardaşlıq və dostluq prinsiplərinə əsaslanıb. Biz hər kəsə əməkdaşlıq və yaxşı niyyət əlimizi uzatmışıq və böyük, ağır xərclər ödəyərək, qlobal iqtisadi cinayətlərdən əziyyət çəkməyə razı olmuşuq, halbuki bəzi Körfəz ölkələri eyni zamanda işğalçılar və kolonialistlərlə geniş əlaqələr qurmuş və rifah axtarışında olmuşlar. Bu ölkələr, İsrail və ABŞ-ın təhriki ilə xalqımıza və təhlükəsizliyimizə qarşı məkrli planlarda istifadə olunan ən təhlükəli ön xətt bazalarını öz ərazilərində yerləşdirirlər. Buna baxmayaraq, bizim dialoq və əməkdaşlığa qapılarımız açıq idi və xalqımız İslam və insan prinsiplərinə sadiq qaldı. Biz heç vaxt düşünmədik ki, İsrail və ABŞ-ın bizim əleyhimizə müharibəsi zamanı, Fələstin və regionun ərəb xalqlarını müdafiə etmək üçün mövqeyimizə sadiqliyimizə görə əleyhimizdə səslər qaldırılacaq və bizim çətin və mürəkkəb mübarizəmiz gözardı ediləcək. Heç vaxt gözləmirdik ki, müharibənin əsl səbəbləri və başlanğıc tərəfləri nəzərə alınmadan xəyanət və ədalətsizlik şahidi olacağıq və İsrail və Amerika kimi təcavüzkar ölkələrin yanında durulacaq.
Altıncı: Təcavüzə məruz qalan tərəfə qarşı inkar edilən məlumatlar, bizim itirdiyimiz dəyərli şəxsiyyətlər və həmçinin siyasi nökdeyi nəzərdən sizin qonşunuz olan İran İslam Respublikasının müsəlman xalqına qarşı həyata keçirilən dəhşətli cinayətləri nəzərə almır. Bunlara planlı şəkildə baş vermiş infrastruktur dağıntılar, minlərlə mülki obyektin hədəfə alınması, alimlərin və əsas liderlərin şəhid edilməsi daxildir. Bütün bunların başında isə Ayətullah Seyid Əli Xameneinin terroru durur. Elə bir böyük şəxsiyyət ki, o, vaxtilə dövlətin əvvəlki səngərində işğal və zorakılığa qarşı dayanmış, millətin fəal rəhbəri və birliy, həmrəyliyini təşviq edən ən böyük dəstəkçisi olmuşdur.
Amerika və İsrail işğalçı və zülmkar qüvvələrinin bu təcavüzü geniş və dəhşətli dağıntılarla başladığını görməzdən gəlmək təəssüf doğurur və bu, ən sadə ədalət və haqq prinsiplərindən uzaqlaşmanın ən açıq sübutudur. Bu qüvvələr on minlərlə iranlı vətəndaşın sülh içində olan evlərini dağıtmış, minlərlə müdafiəsiz uşaq, qadın və kişini şəhid etmiş və yaralamışdır.
Biz keçmiş onilliklər ərzində dünyanın maddi və ya qeyri-maddi üstünlüyü qarşısında qorxu və suaqunluqlarına görə, bəzi elita və dini qurumların açıq və utancverici səssizliyini dərk etmiş və yene də başa düşürük. Lakin heç vaxt düşünməzdik ki, gün gələcək və bu qurumların bəziləri vəhşi qatilin yanında dayanacağının şahidi olacağıq. Eləcədə həmişə məzlumların yanlnda olan və həmçinin Fələstin və Qəzzadakı açıq soyqırım cinayətlərinə qarşı sükut etməyən, müqavimət göstərən və fədakarlıq edən İran İslam Respublikası qarşısında susacaqlar. Bu, həqiqətən unudulmazdır.
Bir tərəfdən İran xalqına qarşı dəhşətli cinayətlər görməzdən gəlinir, digər tərəfdən isə İranın müdafiə reaksiyası qınanılır. Bu reaksiya düşmən bazalarını bəzi ölkələrdə hədəfə aldı. Həmin ölkələr qonşuluq qaydalarına əməl etmədi və İran xalqının hüquqlarını görməzdən gəldi. Bu davranış, sadəcə ədalətsizlik və şəriət normalarının pozulmasından başqa bir şey deyil.
Şəriət və dini vəzifə tələb edir ki, ümmət ümumi hökm çıxarmazdan əvvəl, bu böyük hadisələr qarşısında düşünərək və sorğu-sual edərək qiymətləndirsin.
Biz Əl-Əzhər Universitetinin bəyanatındakı bəzi sözlərə (müharibəni və qan tökülməsini dayandırmaq niyyətini ifadə edən hissələrə ) görə təşəkkür etsək də, bu bəyanat yalnız nəticələrə və qarşıdurmaların təsirlərinə toxunmuş, lakin bu fəlakətin əsas səbəblərini görməzdən gəlmiş, təcavüzün əsasını nəzərə almamış və minlərlə günahsız mülki vətəndaşın bombardman və dağıntı altında şəhid olduğunu unutmuşdur. İslam şəriəti ədalət və haqqı tələb edir, buna görə də hər kəsə vacibdir ki, təcavüzə məruz qalmış, xüsusilə də haqqı tapdanmış və ümmətin ideallarına görə böyük qurbanlar verən tərəfin yanında dayansın, onun reaksiyasını qiymətləndirmədən əvvəl ədalətlə davranmış olsun.
Nəhayət: Ümmətin qarşılaşdığı çətinliklər və hər birimizin müdrik və görkəmli mövqe nümayiş etdirməsini tələb edən vəziyyət nəzərə alınaraq, bu yekun çağırışa ehtiyac vardır. Buna görə sizə tövsiyə edirik ki, Əl-Əzhər Universiteti olarsq bu məsələdə öncülük edilsin və ümmətin alimləri arasında, xüsusilə Nəcəf və Qum alimləri ilə Əl-Əzhər Universiteti arasında, geniş və dərin əməkdaşlıq əlaqələri yaradılsın. Çünki elmi, ədalətli və düşüncəli dialoq ümumi yanaşmaların və praktiki mexanizmlərin formalaşmasına yol açar, ümmətimizi bu fəlakətin içindən çıxarar, tərəqqi və inkişaf yoluna yönəldər və regionu dağıdıcı müharibələrin bəlasından xilas edər.
Allahdan diləyirik ki, Əl-Əzhər Universitetini elm və ədalətin simvolu olaraq qorusun, hər kəsi doğru yola yönəltsin və ümməti haqq üzərində birləşdirsin. Allah Təala özü bu işin sahibidir və buna qadirdir.
Allahın rəhmət və bərəkəti üzərinizə olsun.
Ölkə üzrə Elmi hövzələrin rektoru
Əlirza Ərafi
Qeyd: Əl-Əzhər Universitetinin 16 mart 2026-ci il tarixində yayımladığı bəyanatda İranın ABŞ və İsrail hücumlarına qarşı hərbi reaksiyasını qınamış, İranı “ərəb və İslam ölkələrinə qarşı əsassız təcavüzlərini” dərhal dayandırmağa çağırmış və bunun regional təhlükəsizlik və mülki vətəndaşlar üçün təhlükəli nəticələrinə diqqət çəkmişdir.
Ərəb dilində mətni oxumaq üçün Hövzə xəbər agentliyinin müvafiq ərəb dili bölməsinə baxa bilərsiniz.
Rəyiniz