çərşənbə axşamı 7 aprel 2026 - 14:25
Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin şəhid Sərdar Seyid Məcid Xadiminin şəhadəti ilə bağlı verdiyi başsağlığı bəyanatı

Hövzə | Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei şəhid Sərdar Seyid Məcid Xadiminin şəhadəti ilə bağlı başsağlığı bəyanatı yayıb.

Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbirinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei General Seyid Məcid Xadiminin şəhadəti ilə bağlı başsağlığı bəyanatı yayıb.

Gizli general, səssiz mücahid

مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ ۖ فَمِنْهُمْ مَنْ قَضَىٰ نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَظِرُ ۖ وَمَا بَدَّلُوا تَبْدِيلًا

Bağışlayan və mehriban Allahın adı ilə

Möminlərin arasında elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də (şəhidliyi) gözləyir. Onlar verdikləri sözü qətiyyən dəyişdirmədilər. (Əhzab surəsi, 23-cü ayə)

ABŞ və İsrail bir daha İran İslam Respublikası xalqına və igid döyüşçülərinə qarşı tətbiq etdiyi məcburi müharibədə, həmçinin öz məkrli planlarında ardıcıl məğlubiyyətlərlə üzləşdiyi üçün ənənəvi vasitəsi olan sionist terrora əl ataraq ölkənin təhlükəsizlik və kəşfiyyat generallarından birini hədəfə alıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Seyid Məcid Xadimi on illərdir ki, ölkənin təhlükəsizlik, kəşfiyyat və müdafiə sahələrində geniş və gizli fəaliyyət göstərib. Nəhayət vətən və xalq uğrunda şəhid olub. Lakin İran İslam Respublikasında haqq və həqiqət yolunda mübarizə aparan mücahidlərin və canından keçən silahlı qüvvələrin sırası o qədər möhkəm və sarsılmazdır ki, terror və cinayət onların cihad amalına heç bir xələl gətirə bilməz.

Rəşadətli generalın şəhadəti ilə bağlı onun hörmətli ailəsinə, silahdaşlarına və İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat komandir və əməkdaşlarına böyük hüznlə başsağlığı verir, uca Allahdan rəhmət diləyirəm.

Seyid Müctəba Hüseyni Xamenei

6 aprel 2026

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha