Məhdəviyyət mövzuları (60) | Azğın cərəyanların nəticələri və onlarla mübarizə yolları

Hövzə/ Dini təlimlərə qarşı çoxsaylı düşmənçiliklərə baxmayaraq, məhdəviyyət inancına maraq günbəgün artmaqdadır. Bu sahəyə olan artan diqqət və həm əqli, həm də mənəvi ehtiyac hissi, şübhəsiz ki, çox dəyərli və sevindirici bir haldır. Lakin bununla yanaşı, həqiqi və geniş məhdəviyyət təlimlərinin kənarında müxtəlif azğın və8 yanlış cərəyanların da meydana çıxmasına zəmin yaranmışdır. Bu cərəyanlar müəyyən müddət ərzində bəzi sadəlövh və ya qərəzli insanları öz ətrafına cəlb etməyə müvəffəq olmuşdur.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “İdeal cəmiyyətə doğru” adlı silsiləvi məhdəviyyət mövzları İmam Zaman (ə.f) ilə bağlı təlim və maarifin yayılması məqsədilə siz dəyərli oxuculara təqdim olunur.

Məhdəviyyət mövzusunda azğın cərəyanların nəticələri və onlarla mübarizə yolları

Dini təlimlərə qarşı çoxsaylı düşmənçiliklərə baxmayaraq, məhdəviyyət inancına maraq gündən-günə artmaqdadır. İntellektual və mənəviyyat sahələrində bu inanca olan ehtiyacın və marağın yüksəlməsi böyük bir nemət və sevindirici haldır. Lakin bununla yanaşı, həqiqi və geniş məhdəviyyət maarifinin kənarında müxtəlif azğın və yanlış cərəyanlar da meydana çıxmış, müəyyən müddət ərzində bəzi sadəlövh və ya qərəzli insanları öz təsiri altına ala bilmişdir.

Təəssüf ki, bu azğın cərəyanlar bir sıra mənfi nəticələrə səbəb olur ki, onların ən mühümləri bunlardır:

Dini etiqadlarda sarsıntının yaranması

Hazırda, bu azğınlıqların ən təhlükəli nəticəsi insanların din və məzhəbi etiqadlarında tərəddüd və sarsıntı yaradır. Bu isə böyük və bağışlanmaz bir günah sayılır və Qurani-Kərimdə buyurulan «یَصُدُّونَ عَنْ سَبِیلِ اللَّهِ» (Allah yolundan döndərən, (Hud surəsi (19)) ifadəsinin açıq nümunələrindəndir.

Təfəkkür potensialının itirilməsi

Şübhəsiz ki, bu gün Əhli-Beyt (ə) məktəbi hər zamankından daha çox müxtəlif sahələrdə fəaliyyət göstərən düşüncə və elm adamlarına ehtiyac duyur. Belə insanların azğın cərəyanlara qoşularaq öz elmi və təfəkkür imkanlarını itirmələri böyük bir zərər və əvəzolunmaz itkidir.

Azğın cərəyanlarla necə mübarizə aparmaq olar?

1. Elmi yanaşma

Etibarlı biliklərdən istifadə

Elm və bilik hər bir davranışın başlanğıcıdır. Məhdəviyyatin həqiqi və düzgün maarifindən xəbərsiz olmaq azğın cərəyanların yaranmasının əsas səbəblərindən biridir. Buna görə də bu cərəyanlardan qorunmağın ilk addımı etibarlı və düzgün məlumatların əldə edilməsidir.

Bu istiqamətdə ən mühüm mənbələr Qurani-Kərimin ayələri və məsumların (ə) mötəbər hədisləridir. Buna görə də alimlər və bu sahənin məsul şəxsləri elmi, düşünülmüş və mütəxəssis yanaşması ilə meydana çıxmalı, öz vəzifələrini layiqincə yerinə yetirməlidirlər.

Bu maarifin cəmiyyətə çatdırılması iki əsas istiqamətdə həyata keçirilməlidir:

- Düzgün və etibarlı məhdəviyyət maarifinin tanıdılması;
- Azğın cərəyanların,  eləcədə onların xüsusiyyətlərinin və mənfi nəticələrinin tanıdılması.

Məhdəviyyət üzrə vahid və geniş proqramın hazırlanması

Şübhəsiz ki, dini mədəniyyətin müxtəlif elementləri arasında uyğunsuzluq və əlaqəsizlik azğınlıqların yayılması üçün zəmin yaradır. Məhdəviyyət mövzularına səthi, birtərəfli və pərakəndə yanaşma da bu cərəyanların formalaşmasının əsas səbəblərindən biridir.

Ruhanilər, müəllimlər və digər mədəniyyət sahəsinin məsul şəxsləri tərəfindən vahid, geniş və sistemli proqram əsasında məhdəviyyət maarifinin təqdim olunması bu cür azğın cərəyanların yaranması və yayılması qarşısında möhkəm bir sədd ola bilər.

2. Praktik yollar

Azğın cərəyanların ifşası və ictimai həssaslığın artırılması

Bu cərəyanların doğurduğu ağır nəticələr hər cür səhlənkarlıq və laqeydliyə yer qoymur. Çünki bu azmalar narkotik maddələrdən də təhlükəlidir. Narkotik insanın cismini məhv etdiyi halda, bu cərəyanlar onun ruhunu və etiqadını məhv edir.

Necə ki, heç kəs gəncləri narkotikə sürükləyən şəxslərə qarşı laqeyd qalmır, eləcə də cəmiyyətin ziyalı təbəqəsi və bütün məsul şəxslər mövcud imkanlardan istifadə edərək bu azğın cərəyanları ifşa etməli, xüsusilə gəncləri onların təhlükəsindən xəbərdar etməlidirlər.

Azğınlığın kökünün kəsilməsi

Nəsihət və xeyirxahlıq təsir göstərmədiyi hallarda ən doğru yol azğın cərəyanlarla qəti şəkildə qarşılaşmaq və onların fəaliyyət imkanlarını aradan qaldırmaqdır.

Bu mövzuların ardı var...

“Dərsnamei Məhdəviyyət ” kitabından müəyyən dəyişiklərlə...

Müəllif: Xudamurad Səlimiyan


---

1. «الَّذِینَ یَصُدُّونَ عَنْ سَبِیلِ اللَّهِ وَیَبْغُونَهَا عِوَجًا وَهُمْ بِالْآخِرَةِ هُمْ کَافِرُونَ»

“Onlar (insanları) Allah yolundan döndərən və onu (haqq yolu) əyri göstərmək istəyən kəslərdir. Məhz onlar axirəti inkar edənlərdir.” (Hud surəsi, ayə 19)

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha