Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbirinin verdiyi məlumata görə, Ekspertlər Məclisinin Rəyasət Heyətinin bir qrup üzvü İslam İnqilabının Ali Məqamlı Rəhbərinin (Allah onu qorusun) yolgöstərən müraciəti və son hadisələrlə əlaqədar İran İslam Respublikasının uzaqgörən və inqilabçı xalqına ünvanlanmış 10 bəndlik bəyanat yayıb. Bəyanatda deyilir:
Bağışlayan və mehriban Allahın adı ilə
Uzaqgörən və inqilabçı İran İslam Respublikasının xalqı!
Şəhidlərin ağası həzrət İmam Hüseynin (ə) və onun vəfalı səhabələrinin matəm günləri münasibətilə başsağlığı verir, İslam İnqilabının Ali Məqamlı Rəhbərinə (Allah onu qorusun) cansağlığı və izzətli ömür, fədakar döyüşçülərə qəti qələbə, meydanlarda olan İran xalqına isə daha böyük izzət və ucalıq arzulayırıq. İslam İnqilabının Ali Məqamlı Rəhbərinin (Allah onu qorusun) yolgöstərən müraciəti və son hadisələrlə bağlı aşağıdakı məqamları diqqətinizə çatdırırıq:
1. Məsul şəxslərə, xüsusilə də hörmətli danışıqlar heyətinə təşəkkürümüzü bildiririk. Ali Məqamlı Rəhbərin də vurğuladığı kimi, onlar İran xalqının və müqavimət cəbhəsinin hüquqlarının təmin olunması üçün xeyirxahlıq və xoş niyyətlə çalışırlar. Gözləntimiz budur ki, keçmişdə ölkəyə zərər vurmuş danışıqların təcrübəsini nəzərə alaraq, hiyləgər və etibarsız düşmənin qurduğu tələlərə qarşı tam ayıq olsunlar. Həmçinin bilməlidirlər ki, Ali Məqamlı Rəhbərin müəyyən etdiyi qırmızı xətlərin qorunması şəri vəzifədir və onlardan hər hansı şəkildə kənara çıxmaq qətiyyən yolverilməzdir.
2. Ramazan ayında baş vermiş son məcburi müharibə zamanı törədilmiş misli görünməmiş cinayətlərin təcavüzkarlarının müəyyənləşdirilməsi, xüsusilə ABŞ-ın cinayətkar prezidenti və sionist rejimin rəzil baş nazirinin mürtəd və qanı halal elan olunması, onların cəzalandırılması və şəhid Ayətullah SeyidƏliXameneinin (Allahın ona rəhmət eləsin) qanının intiqamının alınması məsələsi heç bir halda diqqətdən kənarda qalmamalıdır. Həmin cinayətkarlara çıxışı olan hər bir mükəlləfin onları cəzalandırması şəri vəzifədir.
3. Hörmətli məsul şəxslərin Ali Məqamlı Rəhbərə və xalqa verdiyi öhdəliyə uyğun olaraq, anlaşma memorandumunun hər hansı şəkildə pozulmasına və ya öhdəliklərin yerinə yetirilməməsinə dərhal cavab verilməsi gözlənilir. Bu baxımdan, sionist rejimin Livandakı təcavüz və cinayətlərini davam etdirməsi, eləcə də işğal olunmuş ərazilərdən geri çəkilməməsi memorandumun birinci bəndinin açıq şəkildə pozulması hesab olunur. Belə bir şəraitdə Hörmüz boğazının yenidən açılması məsul şəxslərin öhdəliklərinə ziddir, strateji səhv sayılır və düşməni öhdəliklərini pozmaqda daha da cəsarətləndirəcək.
4. Bir daha xatırladırıq ki, Ali Məqamlı Rəhbərin icrası vacib olan göstərişinə əsasən, ölkənin nüvə hüquqları heç bir müzakirə və mübahisə mövzusu olmamalı, danışıqların gündəliyindən tamamilə çıxarılmalıdır.
5. Hörmüz boğazı üzərində idarəçiliyin möhkəmləndirilməsi, vurulmuş zərərlərə görə təzminatın alınması, dondurulmuş İran aktivlərinin geri qaytarılması, sanksiyaların ləğv edilməsi və ABŞ-ın regiondan çıxarılması Ali Məqamlı Rəhbərin və xalqın dəyişdirilməsi mümkün olmayan tələblərindəndir. Bu məsələlər İran xalqının izzət və ləyaqəti qorunmaqla qətiyyətlə davam etdirilməlidir. Bu istiqamətdə hər hansı səhlənkarlıq xalqın qəti reaksiyası ilə qarşılaşacaq.
6. Məsul şəxslər düşməni cəsarətləndirən, ölkənin zəifliyi və xalqın müqavimətsizliyi barədə təsəvvür yaradan hər cür açıqlamadan çəkinməlidirlər. Bu gün fədakar döyüşçülərimizin qəhrəmancasına müqaviməti təkəbbürlü Amerikanı çıxılmaz vəziyyətə saldığı halda, ölkənin zəif və aciz olduğu təəssüratını yaradan fikirlərin səsləndirilməsi yolverilməzdir.
7. Hər kəs, xüsusilə də məsul şəxslər yaxşı bilirlər ki, vilayət-fəqih sistemində Ali Məqamlı Rəhbərin mövqeyi son və həlledici sözdür. Ali Məqamlı Rəhbərin qəti mövqeyi bəlli olduqdan sonra heç bir məsul şəxs onun göstərişinə zidd addım ata bilməz və atmamalıdır.
8. Çoxsaylı dəlillər göstərir ki, düşmən yenidən güc toplamaq və xüsusilə qarşıdan gələn seçkilər də daxil olmaqla bəzi planlarını həyata keçirmək üçün vaxt qazanmağa çalışır. Bundan sonra yeni hücum ehtimalı da yüksəkdir. Buna görə də anlaşma memorandumunda qaldırılan məsələlər üzrə 30 və 60 günlük müəyyən edilmiş müddətlər ərzində yekun qərar qəbul edilməli, danışıqların uzanmasına qətiyyən yol verilməməlidir.
9. Əziz xalqımızdan xahiş edirik ki, əvvəlki kimi ayıq-sayıq və qətiyyətli şəkildə meydanda olmağa davam etsin, birliyi qorusun, bu birliyə xələl gətirə biləcək hərəkətlərdən çəkinsin və bu ilahi dirçəlişi məhdudlaşdırmağa çalışan bəzi məlumatsız şəxslərin təfriqə yaradan çağırışlarına əhəmiyyət verməsin. Xalqın meydandakı iştirakı Ali Məqamlı Rəhbər (Allah onu qorusun) bunu zəruri bildiyi müddət ərzində həlledici əhəmiyyət daşıyır.
10. Ekspertlər Məclisinin Rəyasət Heyətinin üzvləri də xalqın bir hissəsi kimi Ali Məqamlı Rəhbərin və İran xalqının yanında olduqlarını bildirir, hörmətli məsul şəxslərə uğurlar arzulayır, verilən vədlərin və irəli sürülən şərtlərin həyata keçirilməsini gözləyir və həmçinin zərurət yaranacağı təqdirdə öz şəri vəzifələrini yerinə yetirəcəklərini bəyan edirlər.
Allahın Rəhmət və bərəkəti üzərinizə olsun.
Bəyanatı İmza edənlərin əlifba sırası ilə adları:
Ayətullah və Höccətül-İslam vəl-müsliminlər:
- Möhsün İbrahimi
- Əbdülcavad İbrahimifər
- Əlirza Ərafi
- Əli İslami
- Möhsün Əraki
- Məhəmməd Hüseyn Bəyati
- Əhməd Beheşti
- Mamosta İqbal Bəhməni
- Seyid Sadiq Pişnamazi
- Məhəmməd Təqi Purməhəmmədi
- Əli Abbasi
- Mamosta Faiq Rüstəmi
- Hüseyn Rəfii
- Mahmud Rəcəbi
- Hüseyn Rədai
- Rza Rəməzani
- Mövləvi Əbdürrəhman Arifi
- Məhəmmədrza Fəllah Təfti
- Qulamrza Fəyyazi
- Seyid Əli Əkbər Qureşi
- Əli Əkbər Kələntəri
- Abdullah Keyvani Həfşəcani
- Əli Kazımi Gilani
- Seyid Şərəfuddin Məlik Hüseyni
- Əli Mələkuti
- Seyid Mustafa Musəvi Fəraz
- Seyid Məhəmməd Əli Musəvi Cəzairi
- Əli Möminpur
- Qulamrza Misbahi Müqəddəm
- Qulamrza Muğisə
- Mustafa Həsənati
- Seyid Müctəba Hüseyni
- Seyid Səid Hüseyni
- Möhsün Heydəri Əl Kəsir
- Əmirrza Hidayi
- Seyid Əbülhəsən Həsənzadə
- Seyid Əbülhəsən Məhdəvi
- Məhəmmədrza Nasiri Kuçə Biyuk
- Əman Nərimani
- Seyid Baqir Seyyidi Bənabi
- Yədullah Səfəri
- Qulaməli Səfai Buşehri
- Həbibullah Şəbani
- Əhməd Şeyx Bəhayi
- Cavad Cəfəri
- Seyid Rəhim Təvəkkül
- Qurbanəli Dəri Nəcəfabadi
- Əhməd Daneşzadə Mömin
- Lütfullah Dejkam
- Kamal Qəravi
- Əsgər Dirbaz
- Məhəmməd Baqir Məhəmmədi Laini
- Məhəmməd Hüseyn Bəyati
- Mövləvi Əli Əhməd Salami
- Vəd Murad Bəyi
- Hüseyn Müzəffəri
- Seyid Həsən Amili
- Seyid Əhməd Ələmülhüda
- Şeyx Həsən Aləmi
- Əmanullah Əlimuradi
- Cavad Hacızadə Kəlcahi
- Seyid Məhəmməd Məhdi Mirbaqiri
- Mahmud Rəcəbi
06.04.1405 (26 iyun 2026)
Rəyiniz