Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Prezident Məsud Pezeşkian bu gün (28 iyun 2026-cı il) Quma səfəri çərçivəsində Ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi ilə görüşüb.
Prezident görüşdə hökumətin ölkədə vəziyyətin idarə olunması, təhsil və səhiyyədə ədalətin inkişafı, bölgə əsaslı idarəetmədə məscidlərin rolunun gücləndirilməsi və son diplomatik proseslərlə bağlı həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Məsud Pezeşkian bildirib ki, ölkənin çətin şəraitdən çıxması ilahi lütf, rəhbərliyin göstərişləri və xalqın həmrəyliyi sayəsində mümkün olub. O vurğulayıb ki, hökumət bu müddət ərzində ölkədə sabitlik və asayişi qorumaq, əhaliyə xidmətlərin fasiləsiz davam etməsini təmin etmək və bütün idarəetmə imkanlarından istifadə etməklə böhranlı vəziyyəti aradan qaldırmağa çalışıb.
Ayətullah Əlirza Ərafi isə görüşdə şəhid Ayətullah Seyid Əli Xameneinin şəhadəti və İmam Hüseynnın (ə) matəm günləri münasibətilə başsağlığı verərək, milli birlik, həmrəylik və ölkənin qüdrətinin qorunub möhkəmləndirilməsinin, eləcə də inqilabçı xalqın xidmətlərinin yüksək qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Bildirilib ki, görüşün geniş təfərrüatları daha sonra açıqlanacaq.



Rəyiniz