çərşənbə axşamı 7 iyul 2026 - 00:32
Qum şəhərində şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida və dəfn mərasimi – anbaan reportaj

Şəhid Ayətullah Seyid Əli Xameneinin müqəddəs Cəmkəran məscidinə sonuncu dəfə qonaq olmasının və İslam ümmətinin həzrət Məsumənin (s.ə) hərəminə öz ağası ilə son görüşünün vaxtı yetişdi. Bu anlar hamı üçün son dərəcə acıdır. Lakin bu ürəkdağlayan və yandırıb-yaxan ayrılıq, eyni zamanda inqilabçı qəhrəmanlıq ruhu, böyük kədər,ş və həmçinin intiqam hissi ilə müşayiət olunur.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, bu dəfə də İslam dünyasının gözü, həzrət Məsumənin (s.ə) hərəmi, elm, ictihad, inqilab qeyrəti və vilayətə sədaqətin paytaxtı olan müqəddəs Qum şəhəri daha bir möhtəşəm səhnəyə şahid olacaq.

Hər şey həzrət Ayətullah Seyid  Əli Xameneinin misilsiz yolasalma mərasiminə hazırdır

Şəhid Ayətullah Seyid Əli Xameneinin misilsiz şəkildə yolasalma mərasimi üçün bütün hazırlıqlar başa çatıb. Möhtəşəm İslam İnqilabının beşiyi olan bu şəhər, Elmi hövzənin igid, hikmətli və ləyaqətli övladını son mənzilə yola salmaq və tarixi qarşılamaq üçün matəm libasına bürünüb.

Baxın:

Qum əhalisinin şəhid Ayətullah Seyid Əli Xameneinin yolasalma və dəfn mərasimində yaratdığı qəhrəmanlıqdan foto-reportajlar

Nəhayət, Şəşəhid Ayətullah Seyid Əli Xameneinin Müqəddəs Cəmkəran Məscidinə sonuncu ziyarətinin və İslam ümmətinin həzrət Məsumənin (s.ə) diyarında öz Ağası ilə son görüşünün vəd olunmuş anı yetişdi. Bu anlar hamı üçün son dərəcə acıdır. Lakin bu dərin və yandırıcı hüzn eyni zamanda inqilab qəhrəmanlığı, qəzəb, intiqam və qisas hissi ilə müşayiət olunur.

> Sənin matəmində bütün aləm başına torpaq tökər,
Bu dərdi qanlı göz yaşları ilə təzələyər.

127 günlük həsrətin sonu. İranın hər yerindən, hətta digər ölkələrdən gələn minlərlə hüzünlü insan şəhid Ayətullah Seyid Əli Xamenei ilə son görüş və vida üçün Qum və müqəddəs Cəmkəran Məscidinə axışıb ki, ürəklərindəki dərdi göz yaşları ilə dindirsin və Rəbərləri üçün matəm saxlasın.

Ey Zamanın Sahibi (ə.f)! Biz atamızı itirmişik,
Bizim qəlbimiz qırılıb, bizim üçün dua et.

Baxın:

Qum şəhərinin əhalisinin şəhid Ayətullah Seyid Əli Xameneiə ehtiram göstərərkən tarix yazdığı anlardan video və kliplər

Zühur Muntəzirlərinin qərargahında tarixi gecə

Şəhid Ayətullah Seyid Əli Xameneinin pak cənazəsi üzərində cənazə namazının qılınmasına hələ təxminən 7 saat qalsa da, müqəddəs Cəmkəran Məscidi və onun həyətləri artıq vilayətsevər insanların və aşiqlərin izdihamı ilə dolub. Həyətlərin tutumu demək olar ki, tam dolub və matəm iştirakçılarının sayı hər an artır.

Artıq 2026-cı il iyul ayının 6-ı, saat 23:00-dan etibarən müqəddəs Cəmkəran Məscidində inqilabçı, vəfalı və sədaqətli insanların misilsiz iştirakı ilə İslam ümmətinin şəhid Rəhbəri ilə vida mərasimi başlanıb. Ayətullah Xameneinin sevənləri, aşiqi olanlar, qanının intiqamını almağa and içənlər pak cənazəni qucaqlamaq və öz rəhbərləri ilə tarixi bir vida etmək anını səbirsizliklə gözləyirlər.

Şəhid Ayətullah Seyid Əli Xameneinin aşiq və vurğunları müqəddəs  «Ayağa qalxmaq lazımdır!» şüarı və «yumruq şəklində sıxılmış əllər» rəmzi ilə müqəddəs Cəmkəran məscidində gəliblər ki, şəhid Ayətullah Seyid Əli Xamenei ilə görüşsün və onunla tarixi şəkildə vidalaşsınlar.
 

Qum şəhərində şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida və dəfn mərasimi – anbaan reportaj

Şəhid Ayətullah Seyid Əli Xameneinin intiqamı və qanının alınması bayraqları ucaldıldı

Müqəddəs Cəmkəran məscidində şəhid Ayətullah Seyid Əli Xameneinin qanının intiqamını almağa and içənlər tərəfindən «Ya li-Sarətil-Hüseyn» və «Ya li-Sarətil-Xamenei» yazılmış qırmızı bayraqlar ucaldılıb. Mərasim iştirakçıları yekdilliklə «Amerikaya ölüm!» və «İsrailə ölüm!» şüarları səsləndirərək, öz Rəhbərlərinin və digər əziz şəhidlərin qanının intiqamının alınmasının zəruriliyini vurğulayıblar.

İmamımı qətlə yetirəni niyə öldürməyək?
Əgər sənin qatilini öldürməsək, bu bizim üçün rüsvayçılıq olar.

Bundan sonra kəfən bizim əynimizdə libas olacaq,
Sənin qanına and olsun ki, Trampın öldürülməsi bizim boynumuzdadır.

Dünyanın ən haramzadə şəxsi niyə hələ də sağdır?
Uşaq qatilinin adasındakı o köpək niyə hələ də sağdır?

Onun cəzasını vermək siyasət məsələsi deyil. Bundan sonra dünya bu murdarlığın yeri olmayacaq.

Video | Müqəddəs Cəmkəran məscidində şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida mərasiminin rəsmi başlanğıcı

7 iyul, çərşənbə axşamınındsn çərşənbəyə keçən gecə, saat 03:30

Hazırda Müqəddəs Cəmkəran məscidində İslam ümmətinin Şəhid Rəhbərinin aşiq və tərəfdarlarının misilsiz toplantısında Qurani-Kərimin ayələri tilavət olunur. Bu mərasim şəhid Ayətullah Seyid Əli Xameneinin pak cənazəsi üzərində cənazə namazının qılınmasından az əvvəl keçirilir.

Bir neçə saatdan sonra şəhid Ayətullah Seyid Əli Xamenei sonuncu dəfə Müqəddəs Cəmkəran Məscidinə gətiriləcək ki, onun yolunda canından keçməyə hazır olanlar həzrətlə son dəfə vidalaşsın və pak nəşini son mənzilə yola salsınlar.

Müqəddəs Cəmkəran məscidinin həyətləri və ətraf küçələri insan seli ilə dolub-daşır. Matəm iştirakçıları sinə vuraraq öz şəhid Rəhbərlərinin ayrılığına göz yaşı tökürlər. Bu göz yaşları isə İran xalqının qəhrəmanlıq ruhu və müqəddəs intiqam əzmi ilə müşayiət olunur.

Qum şəhərində şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida və dəfn mərasimi – anbaan reportaj

2 min xidmət xeyməsi fəaliyyət göstərir

İslam ümmətinin böyük Rəhbərinin vida və dəfn mərasiminin təşkilatçılarının verdiyi məlumata görə, əsasən xalqın və ruhanilərin təşəbbüsü ilə 2 min xidmət xeyməsi (mokəb) təşkil olunub. Bu məntəqələr əsas dəfn marşrutu boyunca, çüqəddəs Cəmkəran məscidinin ətrafında, həzrət Məsumənin (s.ə) hərəminin ətrafında və müqəddəs Qum şəhərinin küçələrində qurulub ki, şəhid Ayətullah Seyid Əli Xameneinin ziyarətçilərinə xidmət göstərsinlər.

Video | Şəhid Ayətullah Seyid Əli Xameneinin sevənləri tarixi vida və yolasalma mərasimini səbirsizliklə gözləyirlər

Çərşənbə axşamı çərşənbəyə keçən gecə, saat 04:10

Şəhid mücahid Ayətullah Xameneinin aşiq və vurğunlarının insan axını həzrət Məsumənin (s.ə) hərəmindən çıxaraq Peyğəmbəri-Əzəm (s) küçəsinə doğru istiqamətdə hərəkətə başlayıb. Onlar bütün ömrünü İslamın, İnqilabın və  İranının izzətinin keşiyində keçirmiş böyük şəxsiyyəti son mənzilə yola salmaq üçün yola düşüblər.

Peyğəmbəri-Əzəm (s) bulvarına və Müqəddəs Cəmkəran Məscidinə aparan bütün yollar bağlanıb. Sədaqətli insanlar izdiham səbəbindən yavaş-yavaş irəliləyərək öz Şəhid Rəhbərləri ilə son görüş və vida mərasiminin keçiriləcəyi əsas məkana çatmağa çalışırlar.

Video | Peyğəmbəri-Əzəm (s) küçəsi boyunca matəm iştirakçılarının insan axını 

Saat 04:30 – Əhd duasının oxunması

Hazırda müqəddəs Cəmkəran məscidində, Şəhid Ayətullah Seyid Əli Xameneinin  pak nəşinə namaz qılınmasından bir qədər əvvəl, Əhli-beyt (ə) məddahı Abbas Heydərzadənin avazı ilə Əhd duasının bir hissəsi oxundu.

Zühuru gözləyən möminlər bu duanın savabını Şəhid Ayətullah Seyid Əli Xameneinin və digər əziz şəhidlərin pak ruhuna hədiyyə etdilər.

Saat 05:05 – “Ayağa qalxmaq lazımdır” mərsiyyəsinin səsləndirilməsi 

Şəhid Ayətullah Seyid Əli Xameneinin pak nəşinə namaz qılınmasından bir qədər əvvəl  Möhsün Məhəmmədipənahın ifasında məşhur “Ayağa qalxmaq lazımdır” mərsiyəsi müqəddəs Cəmkəran məscidində səsləndi.

Şəhid Ayətullah Seyid Əli Xameneinin yas mərasimində iştirak edən insanlar əllərində «یا لثارات الحسین» (Ya Losarətil-Hüseyn) və «یا لثارات الخامنه‌ای» (Ya Lisarətil-Xamenei) yazılmış qırmızı bayraqlar qaldıraraq, Şəhid Rəhbərin qanının alınmasını tələb etdilər və Donald Tramp ilə Benyamin Netanyahu barədə sərt şüarlar səsləndirdilər.

Video | “Ayağa qalxmaq lazımdır”

Saat 05:35 – Həzrət Ayətullah Cavadi Amulinin mərasimə gəlişi

Hazırda təqlid mərcələrindən olan həzrət Ayətullah Cavadi Amuli şəhid Ayətullah Seyid Əli Xameneinin və ailəsinin əziz şəhidlərinin pak nəşləri üzərində cənazə namazını qılmaq üçün müqəddəs Cəmkəran məscidinə və mərasim meydanına gəlib.

Mərasimdə İslam ümmətinin şəhid Rəhbərinin böyük oğlu Hacı Ağa Mustafa Xamenei, həmçinin şəhid Büşra Xameneinin həyat yoldaşı, şəhid Ayətullah Seyid Əli Xameneinin kürəkəni və şəhid Rəhbərin nəvəsi, şəhid Zəhranın atası Höccətül-İslam vəl-müslimin Məhəmmədi Gülpayiqani də iştirak edir.

Həzrət Ayətullah Cavadi Amulini Həzrət Fatimeyi-Məsumənin (s.ə) hərəminin mütəvəllisi Ayətullah Məhəmməd Səidi və Qum şəhərinin cümə imamı müşayiət edir.

Video | Həzrət Ayətullah Cavadi Amulinin matəm iştirakçıları arasına gəlişi

Saat 05:40 – Həzrət Ayətullah Şəbzendedarın mərasimə gəlişi

Bir qədər əvvəl Elmi hövzələrin Ali Şurasının katibi həzrət və Qəyyumlar Şurasının üzvlərindən biri olan Ayətullah Məhəmməd Məhdi Şəbzendedar, İslam ümmətinin əzəmətli Şəhid Rəhbəri ilə keçirilən möhtəşəm və tarixi vida və yolasalma mərasimində iştirak etmək üçün müqəddəs Cəmkəran məscidinə gəlib və matəm saxlayan, insanların izdihamına qoşulub.

Video | Həzrət Ayətullah Şəbzendedarın mərasimə gəlişi

Saat 05:45 – Həzrət Ayətullah Ərafinin mərasimə gəlişi

Ölkə üzrə Elmi hövzələrin rektoru və Qəyyumlar Şurasının üzvlərindən biri, həzrət Ayətullah Ərafi, mücahid mərceyi-təqlid, müsəlmanların vəliyi-fəqihi şəhid Ayətullah üzma Seyid Əli Xamenei (r) ilə vidalaşmaq, onu son mənzilə yola salmaq və son dəfə ziyarət etmək üçün müqəddəs Cəmkəran məscidinə gəlib.

O, fatihə və salavat oxuyaraq şəhid Ayətullah Seyid Əli Xameneinin pak cənazəsi önündə ehtiramını ifadə edib.

Qeyd edək ki, həzrət Ayətullah Ərafi ötən gün də İmam Xomeyni Müsəllasında keçirilən İslam ümmətinin şəhid Rəhbəri və onun şəhid ailə üzvlərinin vida mərasimi və cənazə namazında iştirak edib.

Video | Həzrət Ayətullah Ərafinin Şəhid Ayətullah Seyid Əli Xameneinin ehtiram göstərmək üçün mərasimə gəlişi

Saat 05:50 – Həzrət Ayətullah Hüseyni Buşəhrinin mərasimə gəlişi

Qum Elm Hövzəsinin Müəllimlər Birliyinin sədri və Ekspertlər Məclisinin sədr müavini həzrət Ayətullah Seyid Haşim Hüseyni Buşəhri də müqəddəs Cəmkəran məscidində keçirilən şəhid  Ayətullah üzma Seyid Əli Xameneinin vida, cənazə namazı, yolasalma və dəfn mərasimində iştirak edib.

Qum Elm hövzəsinin Müəllimlər Birliyinin sədri Şəhid Ayətullah Seyid Əli Xameneinin pak cənazəsi önündə ehtiramını bildirib, həmçinin şəhid Ayətullah Seyid Əli Xameneinin dəyərli övladına başsağlığı verib.

Qeyd edək ki, həzrət Ayətullah Hüseyni Buşehri ötən gün – 15 iyul, bazar ertəsi – İmam Xomeyni Müsəllasında həzrət Ayətullah üzma Sübhaninin imaməti ilə qılınan şəhid Ayətullah Seyid Əli Xameneinin cənazə namazı və vida mərasimində də iştirak etmişdi.
 

Qum şəhərində şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida və dəfn mərasimi – anbaan reportaj

Saat 05:55 – Həzrət Ayətullah Cavadi Amulinin Şəhid Ayətullah Seyid Əli Xameneinin əmmaməsini öpməsi

Həzrət Ayətullah Cavadi Amuli, Şəhid Ayətullah üzma Seyid Əli Xameneinin (r) və ailəsinin şəhid üzvlərinin pak nəşləri önündə fatihə və salavat oxuyub, şəhid Ayətullah Seyid Əli Xameneiə ehtiramını ifadə edib.

Ayətullah  Cavadi Amuli daha sonra şəhid Ayətullah Seyid Əli Xameneinin əmmaməsini öpüb. Bu öpüş ixlasın, dərin ehtiramın və qəlbdən gələn məhəbbətin təcəssümü olub.

Video | Ehtiram və ixlasdan doğan bir ehtiram 
 

Qum şəhərində şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida və dəfn mərasimi – anbaan reportaj

Saat 06:05 – Şəhid Rəhbərin və ailəsinin əziz şəhidlərinin pak cənazələri üzərində cənazə namazı qılındı

Hazırda müqəddəs Cəmkəran məscidində milyonlarla Şəhid Ayətullah Seyid Əli Xameneinin aşiqinin iştirakı ilə həzrət Ayətullah Cavadi Amulinin imaməti altında Şəhid Ayətullah Seyid Əli Xameneinin və ailəsinin əziz şəhidlərinin pak nəşləri üzərində cənazə namazı qılınıb.

Namaz əsnasında həzrət Ayətullah Cavadi Amuli kövrələrək göz yaşlarını saxlaya bilməyib və İslam ümmətinin mücahid şəhidinin ayrılığına görə göz yaşları axıdıb.

Həzrət Ayətullah Cavadi Amulinin Şəhid Ayətullah Seyid Əli Xamenei haqqında tarixi şəhadətnaməsi

Həzrət Ayətullah Cavadi Amuli Şəhid Ayətullah Seyid Əli Xameneinin pak cənazəsi üzərində cənazə namazı qılarkən onun həyatının xülasəsini əks etdirən və tarixdə qalacaq xüsusi ifadələri şəhadətnamə şəklində səsləndirib:
اللَّهُمَّ إِنَّ هذَا الْمُسَجَّی قُدّامَنَا، عَبْدُکَ وَ ابْنُ عَبْدِکَ وَ ابْنُ أَمَتِک

نَزَلَ، نَزَلَ، نَزَلَ بِعِزِّ جَلَالِکَ وَ جَبَرُوتِکَ وَ عَظَمَتِکَ وَ مَلَکُوتِک

نَزَلَ بِعِزِّ جَلَالِکَ وَ جَبَرُوتِکَ وَ مَلَکُوتِک

نَزَلَ بِعِزِّ جَلَالِکَ وَ جَبَرُوتِکَ وَ مَلَکُوتِک

اللَّهُمَّ إِنَّهُ نَزَلَ مُجاهِداً، مُبالِغاً، وَرِعاً، مُوَحِّداً، مُتَأَلِّهاً

اللَّهُمَّ، اللَّهُمَّ، اللَّهُمَّ، إِنَّهُ نَزَلَ عِنْدَکَ شَهِیداً لِلْإِسْلَامِ وَ الْقُرْآنِ وَالْعِتْرَةِ؛ هذَا أَوَّلاً

اللَّهُمَّ، اللَّهُمَّ، اللَّهُمَّ، إِنَّهُ نَزَلَ عِنْدَکَ قَتِیلاً لِلْإِسْلَامِ؛ قَتِیلاً لِلْأُمَّةِ الْمُسْلِمَة؛ قَتِیلاً لِسِیَاسَتِهَا؛ قَتِیلاً لِصِیَانَتِهَا؛ قَتِیلاً لِکِیَانِهَا؛ قَتِیلاً لِعَظَمَتِهَا وَ سِیَادَتِهَا وَ مَوْلَوِیَّتِهَا وَ وَحْدَتِهَا

یَا مَنْ یَقْبَلُ الْیَسِیرَ وَ یَقْبَلُ الْیَسِیرَ، اقْبَلْ مِنْهُ وَ مِنَّا الْیَسِیرَ، إِنَّکَ عَلَی کُلِّ شَیْءٍ قَدِیرٌ

اللَّهُمَّ إِنَّهُ نَزَلَ بِعِزِّ غُفْرَانِکَ، وَ هُوَ عَبْدُکَ وَ مُحْتَاجٌ إِلَی رَحْمَتِکَ

اللَّهُمَّ احْشُرْهُ مَعَ الْأَئِمَّةِ الْهُدَاةِ الْمَهْدِیِّینَ
وَاخْلُفْ عَلَی أَهْلِهِ فِی الْغَابِرِینَ، صَلِّ عَلَیْهِ وَ عَلَیْهِمْ أَجْمَعِینَ، وَاحْشُرْنَا مَعَهُ مَعَ عِنَایَتِکَ وَ عِنَایَة مُحَمَّدٍ وَ عِتْرَتِهِ الطَّاهِرِین

«Allahım! Qarşımızda duran bu cənazə sənin bəndən, bəndənin oğlu və kənizinin oğludur.
O, sənin izzət, cəlal, cəbərut, əzəmət və mələkut dərgahına qədəm qoymuşdur.

Allahım! O, sənin hüzuruna mücahid, fədakar, təqvalı, tövhid əhli və ilahi mərifət sahibi kimi gəlmişdir.

Allahım! Biz şəhadət veririk ki, o, İslamın, Qurani-Kərimin və Əhli-beytin (ə) şəhididir.
O, İslam yolunda, müsəlman ümməti yolunda, İslam siyasəti yolunda, ümmətin varlığının, əzəmətinin, rəhbərliyinin və birliyinin qorunması yolunda qətlə yetirilmişdir.
Ey az əməli qəbul edən Rəbb! Ondan və bizdən bu az əməli qəbul et. Şübhəsiz ki, sən hər şeyə qadirsən.
Allahım! O, sənin bağışlamağının izzətinə sığınıb və sənin rəhmətinə möhtac olan bəndəndir.
Onu hidayət imamları ilə birlikdə məhşur et, ailəsinə gözəl canişin qərar ver, ona və bütün ailəsinə rəhmət və salavat göndər, bizi də öz mərhəmətin və həzrət Məhəmməd (s) və onun pak Əhli-beytinin (ə) inayəti ilə onunla birlikdə məhşur et.»

Video | Həzrət Ayətullah Cavadi Amulinin imaməti ilə qılınan cənazə namazı və Şəhid Ayətullah Seyid Əli Xameneinin ayrılığına axıdılan göz yaşları
 

Saat 06:20 – Şəhid Ayətullah Seyid Əli Xameneinin yolasalma və dəfn mərasimi başlayıb 

Həzrət Ayətullah Cavadi Amulinin imaməti ilə cənazə namazı qılındıqdan sonra müsəlmanların vilayəti-fəqihi, Şəhid Ayətullah üzma Seyid Əli Xameneinin (r) və ailəsinin digər şəhid üzvlərinin pak nəşrləri inqilabçı və şəhidsevər xalqın «Allahu Əkbər!», «Allahu Əkbər!», «İmam Zaman (ə.f), başın sağ olsun!» və digər şüarları altında dəfn marşrutuna çıxarılıb.

Şəhid Rəhbərin yolasalma və dəfn mərasimi Peyğəmbəri-Əzəm (s) bulvarı boyunca həzrət Məsumənin mübarək (s.ə) hərəmi istiqamətində davam edib.

Video | Müsəlmanların Şəhid olmuş vilayəti-fəqihi yolasalma mərasiminin başlanması

Video | Getdin, amma yolun hələ də davam edir, ağa can

Saat 07:45 – Şəhid Ayətullah Seyid Əli Xameneinin pak nəşi daşıyan avtomobil dəfn marşrutuna daxil oldu

Sədaqətli və inqilab ruhlu İslam ümməti müqəddəs Cəmkəran məscidində Şəhid Ayətullah Seyid Əli Xamenei ilə son dəfə vidalaşdıqdan sonra Şəhid Ayətullah Seyid Əli Xameneinin və ailəsinin şəhid üzvlərinin pak cənazələrini daşıyan avtomobil məsciddən çıxaraq dəfn marşrutuna daxil olub.

Xalq pak nəşrləri gördüyü anda böyük coşqu və inqilabi ruh yüksəkliyi ilə avtomobilə doğru axışaraq öz Ağa və Rəhbərini son mənzilə yola salmaq üçün dəfn yürüşünə qoşulub. Onlar şəhid Ayətullah Seyid Əli Xamenei ilə əzəmətli və tarixi bir vida etmək, son yolasalma və son görüşdə öz rəhbəri ilə həmişəlik sağollaşmaq üçün izdiham halında irəliləyiblər.

Video | Əlvida, Şəhid Rəhbər

Hüznlü, lakin məğrur və düşmənə sarsıdıcı cavab verən izdiham dalğası

Müqəddəs Cəmkəran məscidindən həzrət Məsumənin (s.ə) hərəminə qədər uzanan dəfn marşrutu boyunca hüznlü, lakin müqavimət ruhlu, başıuca və qəhrəmanlıq nümayiş etdirən izdiham dalğası «Ləbbeyk, Seyid Müctəba!» şüarları ilə irəliləyir. İştirakçılar eyni səslə «İntiqam!», «Şüarımız tək kəlmədir: İntiqam, intiqam!», «İmamımızı öldürəni öldürəcəyik!» şüarlarını səsləndirirlər.

Mərasimə müxtəlif ölkələrdən gəlmiş qeyri-iranlı müsəlmanlar da ailələri ilə birlikdə qatılaraq İslam ümmətinin vəliyyi-fəqihi və Rəhbəri ilə əhdlərini yeniləyib, «Bağladıqları əhdə sadiq qaldılar» mesajını verirlər.

Video | Şəhid Rəhbərin pak cənazələrini daşıyan avtomobil ona aşiq olan insanların əhatəsində

Saat 09:15 – Pak cənazələri daşıyan avtomobil Peyğəmbəri-Əzəm (s) küçəsinin orta hissəsinə çatıb

Müsəlmanların əzizi, şəhid Ayətullah üzma Seyid Əli Xamenei ilə son görüş, son vida və tarixi yolasalma üçün Peyğəmbəri-Əzəm (s) küçəsinə axışan insanların sayı o qədər çoxdur ki, şəhidlərin pak cənazələrini daşıyan avtomobil hələ də dəfnin marşrut yolunun orta hissəsinə tam çatmayıb. Bir sözlə, dəfnin marşrut yolu başdan-başa insan axını ilə dolub. Becə deyərlər, iynə atmağa belə yer yoxdur.

İmam Zamanın (ə.f) əsgərlərinin «Zillət bizdən uzaqdır » şüarı 

Tələbələr və din xadimləri də təsvirəgəlməz inqilabçı ruh yüksəkliyi, gözləri yaşlı və qəlbləri hüzn içində öz rəhbərləri olan şəhid Ayətullah Seyid Əli Xameneinin və ailəsinin şəhid üzvlərinin pak nəşini daşıyan avtomobilin ətrafında halqa yaradıblar. Onlar öz liderlərinin matəmində göz yaşı axıdır, lakin eyni zamanda «Zillət bizdən uzaqdır.» şüarını ucaldaraq bütün dünyaya bu mesajı çatdırırlar ki, İslam İnqilabını və vətəni müdafiə etmək üçün dağ kimi möhkəm dayanırlar, Ali Məqamlı Rəhbər həzrət Seyid Müctəba Xameneinin (Allah  onu qorusun) rəhbərliyi altında cihada, canlarını və mallarını fəda etməyə tam hazırdırlar və bu yolda əsla geri çəkilməyəcəklər.

Video | Ümmətlə İmam arasındakı bağlılığın təsirli mənzərələri

Saat 10:05 – Xalq izdihamı səbəbindən Şəhid Ayətullah Seyid Əli Xameneinin cənazəsini daşıyan avtomobilin hərəkəti ləngiyib

Artıq saat 10:00-u keçib və mücahid Əli Xameneinin dəfn mərasimi düşmənə sarsıdıcı cavab verən böyük izdihamın iştirakı ilə Peyğəmbəri-Əzəm (s) küçəsi boyunca həzrət Məsumənin (s.ə) hərəmi istiqamətində davam edir.

Şəhid Ayətullah Seyid Əli Xameneinin pak nəşi daşıyan avtomobil izdihamın son dərəcə sıx olması səbəbindən çox ləng hərəkət edir, bəzən isə tamamilə dayanır. İranın vəfalı xalqı Şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində misilsiz və tarixi bir iştirak nümayiş etdirib, insanlar avtomobilin ətrafında toplaşaraq matəm saxlayırlar.

Vilayət aşiqi və vilayətə könül vermiş insanların coşqun axını o qədər böyükdür ki, nəzər saldıqda yalnız İslam ümmətinin Şəhid liderlərinin matəm iştirakçıları görünür.

Video | Qoy dünya bu görüntüləri izləsin

Qum şəhərinin yandırıcı istisi özünü göstərməyə başlayıb, amma heç kəs istiyə fikir vermir

Qum şəhərinin yandırıcı istisi getdikcə daha çox hiss olunmağa başlayır. Su çiləyən maşınlar hər dəfə izdihamın üzərinə su səpdikdə yaratdığı sərinlik cəmi bir neçə saniyə davam edir, sonra isə yenidən havanın istisi özünü hiss etdirir. Buna baxmayaraq, heç kəs havanın istisini düşünmür.

İzdiham yavaş-yavaş irəliləyir. Bəziləri su butulkalarını tanımadıqları insanlara uzadır, bəziləri uşaqlar və ya yaşlılar üçün kölgə yeri tapmağa çalışır, bəziləri isə yalnız sükut içində dəfn marşrutuna baxaraq göz yaşı tökür.

Video | Şəhid Ayətullah Seyid Əli Xameneinin yolasalma mərasiminin son və kədərli anları 

Saat 11:30 – Son görüşün son addımları

Saat 11:30-u ötüb. Şəhid Ayətullah Seyid Əli Xameneinin və ailəsinin əziz şəhid üzvlərinin pak nəşlərini daşıyan avtomobil şəhid liderin aşiq və fədakarlarının hüznü, göz yaşları və ah-naləsi içərisində yavaş-yavaş misilsiz və unudulmaz 7 kilometrlik dəfn yürüşünün son nöqtəsinə çatıb.

Dəfn marşrutu artıq başa çatır. Qum əhalisi və sədaqətli zəvvarlar öz rəhbərləri üçün əllərindən gələni etsələr də, ondan ayrılmaq nə qədər ağır və nə qədər çətindir. Onun aşiqi olan insanların qəlbi bu ayrılıq və son vida ilə sızlayır. Axı o, bütün dünya məzlumlarının, eləcə də şərəfli, igid və qədirbilən İran xalqının arxası, dayağı idi.

Bəli... Əziz Rəhbərimizlə vidalaşma anı yetişdi. Bu son görüş nə qədər ağrılı və ağırdır. Artıq Ağamızı görməyəcəyik. Ondan ayrılmaq dözülməzdir. Onun ayrılığına ağlamaq lazımdır... yenə ağlamaq, yenə ağlamaq... Lakin bu, qəhrəmanlıq ruhu ilə yoğrulmuş göz yaşlarıdır.

Əlvida, nigaran qəlblərin dayağı!

Əlvida, dövrümüzün ən iranlı iranlısı!

Əlvida, İmam Zamanın (ə.f) naibi!

Əlvida, məzlum, lakin qüdrətli və cəsur Rəhbər!

Əlvida, bütün mücahidlərin ümid yeri olan, bizə izzət və qüdrət bəxş edən Ağa!

Əlvida, əziz Rəhbərimiz! Sən özündən keçdin, canını İran və İran xalqı yolunda fəda etdin!

Ağacan! Söz veririk ki, Sənin rəşadətli övladın Ayətullah Seyid Müctəba Xameneinin ən sadiq yardımçıları olacağıq.

Ata can! Mübarək qanının intiqamı alınmayınca bu yoldan geri çəkilməyəcəyimizə söz veririk.

Əziz Ağamız! Salamımızı anan həzrət Zəhraya (s.ə.) və mövlamız İmam Hüseynə (ə) çatdır.

Ey bizim mehriban Ağamız! Sənin şəfaətinə möhtacıq. Əlimizdən tut. Biz inanırıq ki, sən dirisən, ümmətini himayə edirsən. Əminik ki, sən tarix boyu yaşayacaqsan və həmişə yaşayacaqsan.

«وَلَا تَحْسَبَنَّ الَّذِینَ قُتِلُوا فِی سَبِیلِ اللَّهِ أَمْوَاتًا ۚ بَلْ أَحْیَاءٌ عِنْدَ رَبِّهِمْ یُرْزَقُونَ»

 «Allah yolunda öldürülənləri əsla ölü hesab etmə! Əksinə, onlar diridirlər və Rəbbi yanında ruzi alırlar.» (Ali-İmran surəsi, 169-cu ayə)

Qum şəhərində şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida və dəfn mərasimi – anbaan reportaj

Şəhid Ayətullah Seyid Əli Xamenei Əhli-beytin (ə) xüsusi qonağı olacaq

Şəhid İslam ümmətinin Rəhbəri, Ayətullah üzma İmam Seyid Əli Xameneinin (r) və ailəsinin şəhid üzvlərinin pak nəşləri bu gün, çərşənbə axşamı günortadan sonra Nəcəfə aparılacaq. Nəcəf hava limanında onların qarşılanması münasibətilə İraqın yüksək dövlət və hərbi rəsmilərinin, qəbilə başçılarının və ölkənin görkəmli şəxsiyyətlərinin iştirakı ilə rəsmi qarşılama mərasimi keçiriləcək.

Sabah, 17 tir 1405-ci il (8 iyul 2026-cı il), çərşənbə günü,  İslam ümmətinin Rəhbəri şəhid Ayətullah Seyid Əli Xameneinin möhtəşəm dəfn mərasimi Nəcəf və İraqın digər şəhərlərində keçiriləcək. Şəhid Rəhbərimiz həmin gün İmam Əlinin (ə) hərəmi, İmam Hüseynin (ə) hərəmi və həzrət Əbülfəzl Abbasın (ə) hərəminın xüsusi qonağı olacaq.

Pak cənazələr 18 tir 1405-ci il (9 iyul 2026-cı il), cümə axşamı isə Məşhəd şəhərində, İmam Rzanın (ə) diyarında yolasalma və dəfn mərasimindən sonra əbədi olaraq səkkizinci günəşi qonşuluğunda öz son mənzilində dəfn olunacaq.

Onun şəfaətinə ümid edirik.
 Hazırladı: Əli Əlizadə 
 

Qum şəhərində şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida və dəfn mərasimi – anbaan reportaj

Qum şəhərində şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida və dəfn mərasimi – anbaan reportaj

Qum şəhərində şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida və dəfn mərasimi – anbaan reportaj

Qum şəhərində şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida və dəfn mərasimi – anbaan reportaj

Qum şəhərində şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida və dəfn mərasimi – anbaan reportaj

Qum şəhərində şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida və dəfn mərasimi – anbaan reportaj

Qum şəhərində şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida və dəfn mərasimi – anbaan reportaj

Qum şəhərində şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida və dəfn mərasimi – anbaan reportaj

Qum şəhərində şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida və dəfn mərasimi – anbaan reportaj

Qum şəhərində şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida və dəfn mərasimi – anbaan reportaj

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha