Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, Azərbaycanın sosial mediaları hazırladıqları reportajlarda Ayətullah Seyid Əli Xameneinin dəfn mərasiminin müxtəlif aspektlərini işıqlandırıblar. Bəzi media orqanları xalqın möhtəşəm iştirakı səbəbindən dəfn mərasiminin marşrutunun dəyişdirilməsi və dəfn mərasiminin təfərrüatlarına xüsusi diqqət yetirib, digərləri isə zəvvarların və xarici qonaqların geniş iştirakını, həmçinin mərasimin beynəlxalq əhəmiyyətini ön plana çıxarıblar.
«Oxu.az» saytının verdiyi məlumata görə, mərasimin marşrutu dəyişdirilərək cənazə helikopterlə dəfn yerinə çatdırılıb.
«Oxu.az» xəbər portalı istinadən verdiyi məlumata görə, şəhid Ayətullah Seyid Əli Xamenei iki il əvvəl helikopter qəzasında şəhid olmuş prezident Seyid İbrahim Rəisinin dəfn olunduğu yerdə, həzrət İmam Rzanın (ə) müqəddəs hərəmində torpağa tapşırılıb.
Məlumatda qeyd olunub ki, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə vidalaşmaq üçün xalqın çoxsaylı iştirakı səbəbindən mərasim təşkilatçıları dəfn karvanının müqəddəs hərəmə doğru hərəkət marşrutunu dəyişməyə məcbur olublar. Müəyyən edilmiş marşrut üzrə cənazənin hərəkəti mümkün olmadığından, cənazə helikopter vasitəsilə dəfn olunacağı yerə çatdırılıb.
Oxu.az saytının verdiyi məlumata görə, İmam Rzanın (ə) hərəmində yüz minlərlə zəvvarın iştirakı ilə Ayətullah Seyid Əli Xameneiyə və onunla birlikdə şəhid olmuş ailə üzvlərinə namaz qılınıb. Bundan sonra isə jurnalistlərin iştirakı olmadan rəsmi dəfn mərasimi keçirilib.
«Oxu.az» saytı həmçinin qeyd edib ki, şəhid Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimləri iyulun 3-də Tehranda başlamışdı.
«Teleqraf.az» saytının verdiyi məlumata görə, vida mərasimində bir milyondan çox insan iştirak edib
«Teleqraf.az» xəbər saytının istinadən verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xameneinin, həzrət İmam Rzanın (ə) müqəddəs hərəmində keçirilən dəfn mərasimi barədə məlumat yaymışdır. Bu mərasimdə xalqın və xarici qonaqların geniş iştirak etdiyi bildirilib.
«Teleqraf.az» xəbər saytında qey olub ki, Pakistan və Livandan gələn zəvvarlar da daxil olmaqla, bir milyondan çox insan Ayətullah Seyid Əli Xamenei ilə vida etmək üçün Məşhəd şəhərinə səfər edib.
Məlumata əsasən, dəfn mərasiminin son məkanı olan həzrət İmam Rzanın (ə) müqəddəs hərəminə aparan üç kilometrlik küçə səhərin ilk saatlarından etibarən insan izdihamı ilə dolub və iştirakçıların bir qismi Pakistan, Livan və Fələstin bayraqlarını əllərində daşıyıblar.
«Operativ Məlumat Mərkəzi» nin (Operativmm.az) verdiyi məlumata görə, onlarla ölkədən siyasi və dini şəxsiyyətlər mərasimdə iştirak ediblər
«Operativ Məlumat Mərkəzi»-nin (Operativmm.az) saytında bildirilib ki, İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi iyulun 4-dən etibarən Tehran, Qum, Nəcəf və Kərbəla şəhərlərində keçirilən matəm mərasimlərinin yekun mərhələsi olub.
«Operativ Məlumat Mərkəzi» (Operativmm.az) əlavə edib ki, matəm mərasimlərində dünyanın 45-dən çox ölkəsindən siyasi xadimlər, həmçinin 90-dan çox ölkədən alimlər, dini liderlər və tədqiqatçılar iştirak ediblər.
Reportajda həmçinin xatırladılıb ki, Ayətullah Seyid Əli Xamenei ABŞ və sionist rejimin hava hücumları nəticəsində fevralın 28-də şəhid olmuşdur.
Ümumilikdə, Azərbaycan Respublikasının informasiya vasitələri bu mərasimin müxtəlif aspektlərini geniş şəkildə işıqlandıraraq xalqın möhtəşəm iştirakına, dəfn mərasiminin təfərrüatlarına, beynəlxalq şəxsiyyətlərin iştirakına, eləcə də İran və İraqda keçirilən genişmiqyaslı matəm mərasimlərinə xüsusi diqqət ayırıb və bu mühüm hadisə barədə oxucularına hərtərəfli məlumat təqdim ediblər.
Rəyiniz