Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Hindistan Dünya Sülh Fondunun rəhbəri və hindu dini lideri Şri Svami Saranq, şəhid Ayətullah Seyid Əli Xameneinin vida mərasimində xarici qonaq qismində iştirak edərək, İranı "müqavimət, sülh və möhkəmliyin diyarı" adlandırıb və münaqişələrin həllində dialoqun, əxlaqın və insan ləyaqətinin rolunu vurğulayıb.
Şri Svami Saranq İran barədə fikirlərini bölüşərək deyib: İran hər zaman müharibənin genişlənməsindən və müharibə alovlandırmaqdan çəkinib, insanlıq və əxlaq dəyərləri yolunda addımlayıb.
O əlavə edib: Heç bir millət və ya dövlət insan ləyaqətini və xoşbəxtliyini məhdudlaşdıra və ya sanksiyaya məruz qoya bilməz.
Hindistan Dünya Sülh Fondunun rəhbəri Aşura hadisəsinə də toxunaraq bildirib: Kərbəla təkcə tarixi hadisə deyil, əxlaq və bəşəri dəyərlər əsasında formalaşmış bir sivilizasiya quruculuğu hərəkatıdır.
O vurğulayıb ki, İmam Hüseynin (ə) mesajı bu gün də dünyanın hər yerində azadlıqsevərlər və ədalət tərəfdarları üçün ilham mənbəyidir.
Şri Svami Saranq İrana ayaqyalın gəlməsinin səbəbini izah edərək bildirib: Bu addım İmam Hüseynə (ə) ehtiramın və Kərbəla hadisəsində yaşanan əzab və fədakarlıqların xatırlanmasının rəmzidir.
Onun sözlərinə görə, bu yolda atdığı hər addım onun üçün bir növ ibadət və Aşuranın ilahi və bəşəri ideallarına sədaqətin yenilənməsidir.
Saranq İran xalqını tərifləyərək deyib: İran qədim sivilizasiyaya, zəngin mədəniyyətə və dəyərli tarixə malikdir. Bu ölkənin xalqı davranışı və inancları ilə insanlıq və mənəvi dəyərlərə sadiq olduğunu nümayiş etdirib.
Hindistan Dünya Sülh Fondunun rəhbəri İranın mədəniyyəti və sivilizasiyasını yüksək qiymətləndirərək bildirib: İran xalqı insan ləyaqətinin qorunması və əsl bəşəri dəyərlərə qayıdış baxımından nümunədir. Yumruğun sıxılması bir millətin gücünü, iradəsini və möhkəmliyini ifadə edir və bu, dünyaya İran xalqının qüdrətli və həmrəy olduğunu göstərir.
O qeyd edib ki, İran xalqı hər zaman izzət, insan ləyaqəti və zülmə qarşı mübarizə yolunu seçib və əlavə edib: İnsanlıq, ədalət və insan ləyaqəti prinsiplərinə əsaslanan hər bir millət, müxtəlif təzyiqlər, sanksiyalar və məhdudiyyətlərlə üzləşsə belə, heç vaxt məğlub olmayacaq.
Şri Svami Saranq həmçinin şəhid Ayətullah Seyid Əli Xamenei haqqında danışaraq onu müasir dünyanın təsirli simalarından biri kimi dəyərləndirib və deyib: İran İslam İnqilabının şəhid rəhbəri hər zaman insanlıq dəyərlərinə, ədalətə və xalqların izzətinə xüsusi önəm verirdi. Məhz buna görə də onun şəxsiyyəti dünyanın bir çox xalqlarının və mütəfəkkirlərinin diqqətini cəlb edib.
O bildirib: Mən bu mərasimə sadəcə qonaq və ya iştirakçı kimi gəlməmişəm. Mən İran xalqının dərdinə şərik olmaq, onlara başsağlığı vermək və onların kədərini bölüşmək üçün buradayam.
Rəyiniz