çərşənbə axşamı 4 avqust 2026 - 16:22
Şəhid Ayətullah Seyid Əli Xamenei ilə Ərbəin | İmam Hüseyn (ə): Tarixin ən ağır günündə aramlığın və ilahi izzətin zirvəsi

Hövzə / Kufədən gələn minlərlə dəvət məktubundan Aşura günü mühasirəyə qədər İmam Hüseynin (ə) davranışında dəyişməyən yeganə xüsusiyyət Allaha bəndəlik idi.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, şəhid Ayətullah üzma Seyid Əli Xameneinin (r) Ərbəin barədə silsilə çıxışları çərçivəsində həzrət İmam Hüseynin (ə) Ərbəin ziyarətinin məqamı və mesajları haqqında buyurduğu fikirlərdən bir hissə oxuculara təqdim olunur.

İmam Hüseynin (ə) davranışına nəzər saldıqda görürük ki, Mədinədən hərəkət etdiyi gündən Kərbəlada şəhid olduğu ana qədər onun bütün həyatında mənəviyyat, izzət, ucalıq, eyni zamanda Allaha bəndəlik və onun iradəsinə tam təslimiyyət açıq şəkildə hiss olunur.

Bu hal bütün mərhələlərdə müşahidə edilirdi. O gün yüzlərlə, bəlkə də minlərlə məktub ona göndərilərək: «Biz sənin şiələrin və sadiq tərəfdarlarıyıq, Kufədə və İraqda sənin yolunu gözləyirik» – deyildiyi zaman belə, o, qürura qapılmadı.

Çıxış edərkən belə buyurdu:

> «خُطَّ الْمَوْتُ عَلَی وُلْدِ آدَمَ مَخَطَّ الْقِلادَةِ عَلَی جِیدِ الْفَتَاةِ»

 «Ölüm Adəm övladının boynuna, gənc qızın boynundakı boyunbağı kimi yazılmışdır.»

O, ölümdən danışdı. Öz qələbəsindən, hakimiyyətindən və ya gələcək planlarından bəhs etmədi.

Nə düşmənlərini hədələdi, nə də dostlarını Kufənin vəzifələrini bölüşdürəcəyi vədi ilə özünə cəlb etməyə çalışdı. Həqiqi müsəlmanca hərəkət, mərifətlə, bəndəliklə və təvazökarlıqla müşayiət olunan davranışdır. Bu, insanların hamısının ona üz tutduğu, ona sevgi və sədaqət göstərdiyi vaxt belə dəyişmədi.

Kərbəlada isə yüz nəfərdən az olan səhabələri ilə birlikdə otuz min nəfərlik azğın bir ordunun mühasirəsində qaldığı, canı, əzizləri, qadınlar və ailəsinin əsir alınması ilə hədələndiyi gün də Allahın bu seçilmiş bəndəsində və İslamın bu əziz şəxsiyyətində zərrə qədər təşviş görünmədi.

Aşura gününün hadisələrini nəql edən və rəvayəti nəsildən-nəslə kitablar vasitəsilə bizə çatdıran şəxs belə deyir:

> «فَوَاللَّهِ مَا رَأَیْتُ مَکْثُورًا»

«Məksur» – yəni qəm-qüssənin dalğaları üzərinə axışan insan, övladını itirmiş, dostlarını əldən vermiş, sərvətini itirmiş və hər tərəfdən bəlalara düçar olmuş şəxs.

Rəvayətçi nəql edir:

«Allaha and olsun ki, bu qədər müsibət içində İmam Hüseyn ibn Əlidən (ə) daha möhkəm qəlbli və daha mətin bir insan görmədim.»

> «أَرْبَطَ جَأْشًا»

Yəni ən möhkəm iradəli, ən arxayın və ən cəsarətli insan idi.

Müxtəlif müharibə meydanlarında, ictimai və siyasi mübarizə sahələrində insan çox fərqli adamlarla rastlaşır. Rlə insanlar olur ki, müxtəlif qəm-qüssələr onları sarsıdır.

Amma həmin rəvayətçi deyir:

«Belə ağır bir vəziyyətdə, bu qədər müsibət içində heç vaxt Hüseyn ibn Əli (ə) kimi çöhrəsi nurlu, iradəli, qətiyyətli və Allaha tam təvəkkül etmiş bir insan görmədim.»

Bax, bu, ilahi izzətdir.

İmam Hüseyn (ə) bu həqiqəti tarixə miras qoydu və bəşəriyyət anladı ki, alçaqlığın, cəhalətin, insanın əsarətinin və ayrı-seçkiliyin olmadığı bir hökumət və cəmiyyət uğrunda mübarizə aparmaq lazımdır. Hamı belə bir cəmiyyətin yaranması üçün cihad etməlidir. Belə bir cəmiyyət yaranacaq, bunun gerçəkləşməsi mümkündür.

Mənbə: Şəhid Ayətullah Seyid Əli Xameneinin (rə) 26.01.2000-ci il tarixində Tehran cümə namazının xütbələrində etdiyi çıxışdan.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha