Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Xamenei, Hizbullahın Baş katibinin və Hizbullah mücahidlərinin məktubuna cavab olaraq bir müraciət yayımlayıb.
Müraciətin tam mətni belədir:
بسمالله الرّحمن الرّحیم
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قَاتِلُوا الَّذِينَ يَلُونَكُم مِّنَ الْكُفَّارِ وَلْيَجِدُوا فِيكُمْ غِلْظَةً
Bağışlayan və mehriban Allahın adı ilə
"Ey iman gətirənlər! Sizə yaxın olan kafirlərlə vuruşun. Qoy onlar sizdə möhkəmlik və qətiyyət görsünlər."
(Tövbə surəsi, 123-cü ayə)
Hörmətli Hizbullah hərəkatının Baş katibi, Höccətül-İslam vəl-müslimin Şeyx Nəim Qasim cənabları (Allah onu qorusun), Livan Hizbullahının bütün komandirləri və canını fəda etməyə hazır, səbirli və müqavimətli mücahidləri.
Hamınıza Allahın salamı, rəhməti və bərəkəti olsun.
Sizin – mənim qardaşlarımın və övladlarımın, Allahın kəlməsinin ucalması uğrunda mübarizə aparan, Qurani-Kərimin vədlərinə, eləcədə İmam Xomeyninin (r) və şəhid Ayətullah üzma Seyid Əli Xameneinin (Allah-Təala onların hər ikisinə rəhmət etsin) izzət bəxş edən ideallarına sarsılmaz iman gətirən mömin və cəsur Hizbullah mücahidlərinin məktubu yüksək təqdir və ehtirama layiqdir.
Bu gün dünya xalqları Amerika hökumətinin və insanların həyatını və nəsilləri məhv edən cinayətkar sionistlərin zülm və haqsızlıqlarından bezmişdir. Qarşıda cihad və müqavimətdən başqa yol qalmamışdır. Bu yolda möhkəm dayanmaq haqq yolunun mücahidlərinə Allahın vəd etdiyi qələbəni nəsib edəcəkdir.
وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ الْمُؤْمِنِينَ
"Möminlərə kömək etmək bizim üzərimizə düşən bir haqqdır."
(Rum surəsi, 47-ci ayə)
İndi Livan Hizbullah hərəkatı sionist rejimin və onun himayədarlarının vəhşicəsinə hücumu qarşısında möhkəm bir qaya kimi dayanaraq cihad qruplarının öncülü olmuşdur. Bu müqavimət dünya azad xalqları üçün qlobal təkəbbürün və onun əlaltılarının zülmündən xilas olmaq yolunda ilhamverici bir mesajdır. Şübhəsiz ki, bu böyük nailiyyətin mühüm hissəsi Livan xalqının, xüsusilə də Cənub bölgəsinin səbirli, ləyaqətli, fədakar və həmrəy mövqeyi sayəsində əldə olunmuşdur.
İran İslam Respublikası da İnqilabın Ali Məqamlı Rəhbəri və şəhid Ayətullah Seyid Əli Xameneinin (Allah rəhmət eləsin) müəyyən etdiyi yol əsasında bu məzlum və qüdrətli mücahidlərin müdafiəsini özünün strateji siyasəti hesab edir. Livanın ərazi bütövlüyünün qorunmasını və sionist rejimin təcavüzünün tam, eyni zamanda şərtsiz dayandırılmasını Amerika təcavüzü nəticəsində başlanmış müharibəyə son qoyulması ilə bağlı anlaşmanın birinci şərti kimi müəyyən etmişdir.
Allahın salam və rəhməti şəhidlərə, yaralılara, eləcədə onların səbirli ailələrinə, Allah yolunda hicrət edənlərə və həmçinin çətinliklərə sinə gərən bütün möminlərə olsun.
Allahın salamı Hizbullahın lideri şəhid Seyid Həsən Nəsrullahın pak ruhuna, müqavimətin bütün əvvəlki komandirlərinə və həmçinin onun şəhid silahdaşlarına olsun. Allah-təala onların hamısından razı olsun. Onlar İslam müqavimətinin fidanını kökü möhkəm, budaqları göylərə ucalan qüdrətli bir ağaca çevirdilər. Öz cihad və müqavimətləri ilə Livanın izzətini və başucalığını İslam dünyasına bəxş etdilər.
Sonda ümid edirəm ki, həzrət Məhdinin (ə.f) xeyir-duası sayəsində Allahın müxtəlif lütf və inayətləri bütün müqavimət mücahidlərinə, şəhidlərə, eləcədə qazilərə, Allah yolunda hicrət edənlərə və həmçinin onların səbirli ailələrinə şamil olsun.
وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ
"Biz yer üzündə zəif salınmış kəslərə nemət vermək, onları rəhbərlər etmək və onları varislər qərar vermək istəyirik."
(Qəsəs surəsi, 5-ci ayə)
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
Seyid Müctəba Hüseyni Xamenei
Xəbərin sonu
Rəyiniz