bazar ertəsi 27 iyul 2026 - 13:43
İran və İraq xalqları arasında həmrəylik və sarsılmaz birlik

Hövzə / Ölkə üzrə Elmi Hövzələrin rektoru Ayətullah Ərafi Ərbəin səfəri çərçivəsində İraqda Ayətullah Hacı Şeyx Hadi Al-Razinin evində olub və onunla görüşərək fikir mübadiləsi aparıb.

Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Ərafi Ərbəin səfəri çərçivəsində İraqda Ayətullah Hacı Şeyx Hadi Al-Razinin evində onunla görüşüb və fikir mübadiləsi aparıb.

Ayətullah Ərafi İran İslam Respublikasına göstərilən dəstəyə görə İraq xalqına, dövlətinə, böyük təqlid mərcələrinə, görkəmli alimlərə və hövzə nümayəndələrinə təşəkkürünü bildirib. O, xüsusilə şəhid Ayətullah Seyid Əli Xameneinin pak cənazəsinin dəfn mərasimində düşməni məyus edən geniş iştirakın yüksək dəyərləndirildiyini vurğulayıb və bu iştirakı İran və İraq xalqları arasında həmrəylik, yaxınlıq və qırılmaz bağlılığın göstəricisi adlandırıb. O, həmçinin düşmənlərin iki xalq arasındakı əlaqələri pozmağa yönəlmiş məkrli planlarının puç olduğunu vurğulayıb.

Ölkə üzrə Elmi hövzələrin rektoru Elmi hövzələrin İdarəetmə Mərkəzinin fəaliyyətindən bəhs edərək iqtisadiyyat, bank işi, birja, tərbiyə fiqhi, eləcədə tibb fiqhi, İslam yanaşmalı humanitar elmlər və həmçinin digər müasir mövzular üzrə yüksək səviyyəli dərslərin təqrirlərindən ibarət 40-dan çox cild kitabın hazırlandığını bildirib. O, həmçinin Qum Elmi hövzəsinin yenidən təsisinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın və Nəcəf Elmi hövzəsinin böyük alimlərinin iştirakı ilə keçirilən Mirzə Naini konfransının təşkil edildiyini, bu tədbirlər çərçivəsində nəşr olunan əsərlər barədə məlumat verib.

O bildirib ki, bu böyük elmi tədbirlərin mühüm nəticələrindən biri Ayətullah üzma Hacı Şeyx Əbdülkərim Hairinin və Ayətullah üzma Mirzə Naininin əsərlərindən ibarət iki ensiklopediya çərçivəsində 80-ə yaxın cild kitabın hazırlanması olub.

Görüşün davamında Ayətullah Al-Razi Nəcəf Elmi hövzəsində həyata keçirilən elmi fəaliyyətlərdən danışaraq bildirib ki, fiqh, üsulul-fiqh, müasir fiqh, təfsir, kəlam və həmçinin digər sahələr üzrə yüksək səviyyəli dərslərin keçirilməsi bu hövzənin elmi fəaliyyətinin mühüm istiqamətlərindəndir.

O, İslam alimlərinin İran İslam İnqilabını dəstəkləməsinin zəruriliyini vurğulayaraq düşmənlərin İrana qarşı hücumlarını qətiyyətlə pisləyib, uca Allahdan müqavimət cəbhəsinə qələbə, ilahi yardım və zəfər nəsib etməsini diləyib.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha