cümə axşamı 6 avqust 2026 - 13:50
Amerika ilə danışıqlar İslam ümmətinin mənafeyini təmin etmir

Qum Elmi hövzəsinin Müəllimlər Birliyi bəyan edib ki, döyüş meydanı və xalq şəhid Ayətullah Xameneinin (r) qanının intiqamının alınması, eləcədə cihad və müqavimət yolunun davam etdirilməsi tələbində qətiyyətlidir. Bəyanatda vurğulanıb ki, Amerika ilə heç bir dialoq və ya danışıqlar İslam ümmətinin mənafeyini təmin etmir, son qələbə isə İmam Hüseynin (ə) izzətli yolunu davam etdirməkdədir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Qum Elmi hövzəsinin Müəllimlər Birliyi İraq xalqının, Ərbəində xidmət göstərən xeymə sahiblərinin və Ərbəin yürüşünün bütün qəhrəman iştirakçılarının məhəbbəti, dostluğu və alicənablığına təşəkkür əlaməti olaraq aşağıdakı bəyanatı yayıb:

Bağışlayan və mehriban Allahın adı ilə

Ərbəin yürüşünün bəşəriyyət və İslam ümməti üçün yaratdığı böyük sivilizasiya mənzərəsi, eləcə də müxtəlif ölkələrdən Əhli-beytin (ə) və İmam Hüseynin (ə) sevərlərinin bu misilsiz yürüşdə iştirakı Kərbəla şəhidinin ətrafında formalaşan qüdrətin, birliyin və məhəbbətin parlaq təzahürüdür. Ərbəin, İmam Hüseynin (ə) izzət və əzəməti sayəsində yaranan ucalığın və şərəfin əksidir.

Mehriban, səmimi və alicənab İraq xalqı bu il də öz mənəvi kimliyinin müxtəlif və geniş təzahürlərini nümayiş etdirdi, sevgi və ixlasla «حب الحسین یجمعنا» – «İmam Hüseynə (ə) olan məhəbbət bizi bir araya gətirir» şüarını gerçək mənası ilə yaşatdı.

Ərbəin yürüşünün əzəməti düşmənləri məyus edən və İslam ümmətinin qüdrətini nümayiş etdirən bir hadisədir. Şübhəsiz ki, İslam ümmətinin düşmənləri bu möhtəşəm dini toplantının həqiqətini gizlətmək, hətta onu gözdən salmaq üçün indiyədək heç bir cəhddən çəkinməyiblər və gələcəkdə də tamahkar baxışlarını ondan çəkməyəcəklər.

Bu gün İranın qeyrətli xalqı və bölgədəki müqavimət cəbhələri, o cümlədən İraq, Yəmən və Livan İslam ümmətinin düşmənləri ilə açıq və birbaşa qarşıdurma şəraitində olduqları üçün, İmam Hüseynin (ə) məktəbi ətrafında İslam birliyinə sarılmaq və təkəbbür cəbhəsinə qarşı amansız mübarizəni davam etdirmək əvvəlkindən daha böyük zərurət kəsb edir.

İraq, Yəmən, Livan və İran mücahidlərinin qanı şəhid Ayətullah Xameneinin (r) intiqamının alınması, Amerika, sionist rejim və onların muzdlu əlaltılarının zülmünə qarşı mübarizə yolunda axıdılır. Haqsız yerə tökülən bu qanlar bəşəriyyət düşmənlərini məhv etmək üçün coşqun bir selə çevrilmişdir.

Cinayətkar Amerika rejimi bütün bəşəriyyətin düşmənidir və bu gün Amerikaya qarşı mübarizə cəbhəsi qlobal bir cəbhəyə çevrilmişdir. Dünyanın məzlum xalqlarının və azad insanların qəlbi İran xalqı və müqavimət cəbhəsi ilə birlikdədir. Şübhəsiz ki, son qələbə haqq cəbhəsinin və Aşura məktəbinin davamçılarının olacaq.

Amerika təkəbbürün və böyük Şeytanın ən bariz nümunəsi kimi heç bir əhdə və sazişə sadiq deyil. Şeytanla heç bir danışıq və ya danışıqlar İslam ümmətinin mənafeyini və xeyrini təmin edə bilməz.

Döyüş meydanının mücahidləri və küçələrdə ayağa qalxmış xalq, İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin (Allah onu qorusun) yolgöstərən və maarifləndirici bəyanatları əsasında şəhid Ayətullah Xameneinin (r) qanının intiqamının alınması, onun qatillərinin və xalqın digər şəhidlərinin cəzalandırılması tələbində qətiyyətlə dayanır, cihad və müqavimət yolunun davam etdirilməsinə təkid edir.

Qum Elmi hövzəsinin Müəllimlər Birliyi İraq xalqının, Ərbəində xidmət edən xeymə sahiblərinin və Ərbəin yürüşünün bütün qəhrəman iştirakçılarının məhəbbəti, dostluğu və alicənablığına görə minnətdarlığını bildirərək, İmam Hüseynin (ə) məktəbindən əldə olunan mənəvi dəyərlərin qorunmasının və daha da gücləndirilməsinin zəruriliyini vurğulayır, hər kəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin göstəriş və tövsiyələrinə əməl etməyə çağırır.

Şübhəsiz ki, İranı aradan qaldırmaq və məhv etmək üçün heç bir cinayətdən çəkinməyən, eyni zamanda təslim etmə məqsədi daşıyan danışıqları irəli sürən bir düşmənlə bağlanacaq sülh şərəfli sülh deyil. Xalq bu gün də «Mənim kimisi Yezid kimisinə beyət etməz» şüarına sadiqdir və son səadət ilə qələbənin yalnız İmam Hüseynin (ə) izzətli yolunda mətinliklə addımlamaqdan keçdiyini vurğulayır.

Qum Elmi Hövzəsinin Müəllimlər Birliyi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha