cümə axşamı 6 avqust 2026 - 20:57
Şəhid Ayətullah Xameneinin qanının intiqamı necə alınmalıdır?

Höccətül-İslam vəl-müslimin Fəqihi vurğulayıb ki, şəhid liderin (r) qanının intiqamını almaq birdəfəlik və emosional bir addım deyil, əksinə, sivilizasiya qurucu, düşünülmüş və həmçinin çoxşaxəli bir prosesdir. Bu proses cinayətin birbaşa sifarişçilərinin cəzalandırılması ilə başlayır və təkəbbür cəbhəsinin süqutu və ilahi vədin gerçəkləşməsi ilə öz son hədəfinə çatacaq.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei (Allah  onu qorusun) yaydığı müraciətdə İran və İraq xalqlarının on milyonlarla insanın iştirakı ilə keçirilən “İranın şəhid rəhbəri”nin dəfn mərasimində göstərdikləri əzəmətli iştiraka səmimi təşəkkürünü bildirərək, şəhid Ayətullah Xameneiyə (r) xitabən vurğulayıblar: Sizin və bu iki müharibədə şəhid olan bütün insanların pak qanının intiqamını cinayətkar və rüsvayçı qatillərdən alacağımıza əhd bağlayırıq. Bu intiqam xalqımızın tələbidir və hökmən həyata keçirilməlidir. Adları başdan sona qədər məlum olan bu cinayətkarlar rahat və yataqda ölüm arzusunu özləri ilə məzara aparacaqlar.

Şəhid lider həzrət Ayətullah üzma Seyid Əli Hüseyni Xameneinin (r) şəhadətinin intiqamı məsələsini izah və təhlil etmək məqsədilə Hövzə Xəbər Agentliyi İslam Şurası Məclisinin eləcədə Ekspertlər Məclisinin Katibliyinin Aparat rəhbəri və Rəhbərlik Şurasının Katibliyinin məsul şəxsi Höccətül-İslam vəl-müslimin Seyid Əbülqasim Fəqihi ilə müsahibə aparıb.

Şəhid Ayətullah Xameneinin qanının intiqamı necə alınmalıdır?

Şəhid Ayətullah Seyid Əli Xameneinin qanının intiqamını almaq şəri vəzifə, əqli və ümumxalq vəzifədirmi?

Əzəmətli və uca məqam sahibi şəhid Ayətullah üzma İmam Xameneinin (r) əziz xatirəsini ehtiramla yad edir, maarifləndirmə və həqiqətlərin izahı cəbhəsində göstərdiyi fədakar fəaliyyətə görə nüfuzlu Hövzə Xəbər Agentliyinə dərin minnətdarlığımızı bildiririk.

O müdrik rəhbərin ayrılığı qəlblərimizdə əbədi bir yara olaraq qalacaq, zaman keçdikcə nə unudulacaq, nə də təsirini itirəcək. Eyni zamanda, İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə (Allah onu qorusun) yenidən ehtiramımızı və beyətimizi təqdim edirik. Uca Allahdan diləyirik ki, bu çətin və fırtınalı dövrdə İslam İnqilabının gəmisini idarə edən bu böyük rəhbərə sağlamlıq, müvəffəqiyyət və izzətli uzun ömür nəsib etsin.

Bu suala cavab vermək üçün dini təlimlərdən qaynaqlanan dəqiq anlayışlar çərçivəsinə söykənmək lazımdır. Şiə mədəniyyətində matəm və qan tələb etmək heç vaxt yalnız hissi göz yaşları və emosional boşalma ilə məhdudlaşmır. Bu, məqsədyönlü bir hərəkatdır və üç bir-birini tamamlayan mərhələdə təzahür edir: Qisas, intiqam və qan tələb etmək. Bu üç mərhələ rəvayətlərdə və ziyarətnamələrdə aydın şəkildə izah olunmuşdur və bu gün uca məqam sahibi şəhid Ayətullah Xameneinin (r) şəhadəti fonunda yeni bir məna qazanmışdır.

Birinci mərhələ qisasdır. Qurani-Kərimdə onun qaydaları aydın şəkildə bəyan edilmiş, məqsədinin isə cəmiyyətin həyatını qorumaq və hərc-mərcliyin qarşısını almaq olduğu göstərilmişdir.

Uca Allah “Bəqərə” surəsinin 178-ci ayəsində buyurur:

> «يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الْقِصَاصُ فِي الْقَتْلَى»

“Ey iman gətirənlər! Öldürülənlər barəsində sizə qisas vacib edildi.”

Sonra isə onun fəlsəfəsini belə açıqlayır:

> «وَلَكُمْ فِي الْقِصَاصِ حَيَاةٌ يَا أُولِي الْأَلْبَابِ لَعَلَّكُمْ تَتَّقُونَ»
(Zuxruf surəsi, 41-ci ayə)


“Ey ağıl sahibləri! Qisasda sizin üçün həyat vardır ki, bəlkə təqvalı olasınız.”

Buna əsasən, qisas cəmiyyətin həyatını qoruyan bir hökmdür və qan sahibinin qanun çərçivəsində qatilin cəzalandırılmasını tələb etmək haqqıdır.

Eyni zamanda qisas şəxsi xarakter daşıyan, məhdud və fiqhi qaydalara bağlı bir hökmdür. Qan sahibi onu tələb edə, bağışlaya və ya diyə ilə əvəz edə bilər. Lakin bu mərhələ təkbaşına şəhid lideri kimi böyük bir şəxsiyyətə qarşı törədilmiş cinayətin bütün ölçülərini əhatə edə bilməz.

İkinci mərhələ ilahi intiqamdır. Qurani-Kərimdə bir çox ayələrdə intiqam Allaha aid edilir. Məsələn, “Zuxruf” surəsinin 41-ci ayəsində buyurulur:

> «فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُمْ مُنْتَقِمُونَ»

Həmçinin “İbrahim” surəsinin 47-ci ayəsində belə buyurulur:

> «إِنَّ اللَّهَ عَزِيزٌ ذُو انْتِقَامٍ»
 «Həqiqətən, Allah yenilməz qüdrət sahibidir və intiqam alandır.»

Bu növ intiqam, cəmiyyətin həyatını qorumaq məqsədi daşıyan şəxsi və qanuni qisasdan fərqli olaraq, haqq nizamına qarşı davamlı zülm, fəsad və düşmənçilik cərəyanı ilə mübarizəyə yönəlmişdir. Buna görə də onun əhatə dairəsi təkcə bir şəxsin və ya müəyyən bir qrupun cəzalandırılması ilə məhdudlaşmır.

Üçüncü mərhələ isə “Sarallah” (Allahın qanı) məqamıdır ki, bu da ən dərin və ən uca mərhələdir. Aşura ziyarətində oxuyuruq:

> «السَّلَامُ عَلَيْكَ يَا ثَارَ اللَّهِ وَابْنَ ثَارِهِ، وَالْوِتْرَ الْمَوْتُورَ»

“Salam olsun sənə, ey Allahın qanı və Allahın qanının oğlu, ey zülmə məruz qalmış tək şəxs!”

“Sarallah” Allahın özünün qan sahibi olduğu və onun intiqamını öz üzərinə götürdüyü qan deməkdir. Möminlərin Əmiri İmam Əli (ə) İmam Həsən Müctəbanın (ə) göstərişi ilə İbn Mülcəmin qisası alınmasına baxmayaraq yenə də “Sarallah” adlandırılır. Eləcə də İmam Hüseynin (ə) qanının intiqamı Muxtarın qiyamı ilə başa çatmamışdır. Rəvayətlərə görə bu qan tələb etmək həzrət Bəqiyyətullahın (ə.f) qiyamına qədər davam edəcəkdir:

> «هُوَ الْحُسَيْنُ بْنُ عَلِيٍّ عَلَيْهِمَا السَّلَامُ، قُتِلَ مَظْلُوماً، وَنَحْنُ أَوْلِيَاؤُهُ، وَالْقَائِمُ مِنَّا إِذَا قَامَ طَلَبَ بِثَأْرِ الْحُسَيْنِ عَلَيْهِ السَّلَامُ.»

“O, Hüseyn ibn Əlidir (ə). O, zülmlə şəhid edildi. Biz onun qan sahibləriyik. Bizim Qaimimiz (ə.f) qiyam etdiyi zaman İmam Hüseynin (ə) qanının intiqamını alacaq.”

Burada diqqət yetirilməsi vacib olan mühüm bir fiqhi məsələyə toxunmaq istəyirəm: Vəliyi-fəqin qanının intiqamını almaq heç vaxt qan sahiblərinin bağışlaması və ya diyə alınması ilə başa çatan şəxsi hüquqi mübahisə çərçivəsində qiymətləndirilə bilməz. Möminlərin Əmiri İmam Əli (ə) “Nəhcül-bəlağə”nin 105-ci xütbəsində buyurur:

> «إِنَّ لِكُلِّ دَمٍ ثَائِرًا، وَلِكُلِّ حَقٍّ طَالِبًا»

“Haqsız yerə axıdılmış hər bir qanın intiqamını alanı və hər bir haqqın tələb edəni vardır.”

Həmçinin çoxsaylı rəvayətlərə əsaslanan möhkəm fiqhi qayda belədir:

> «لَا يُبْطَلُ دَمُ امْرِئٍ مُسْلِمٍ»


“Heç bir müsəlmanın qanı hədər getməməlidir.”

Lakin məsələ bu ümumi qaydadan qat-qat genişdir. Çünki Vəliyi-fəqihə qarşı edilən təcavüz adi bir şəxsə qarşı yönəlmiş hücum deyil, vilayət məqamına, İslam ümmətinin varlığına və İslam nizamına qarşı təcavüzdür. Buna görə də bu məsələ fiqhdə şəxsi məhkəmə işi kimi deyil, müharibə aparan kafir dövlətə qarşı mübarizə çərçivəsində qiymətləndirilir və bağışlama və ya diyə ilə başa çatan fərdi hüquqi məsələ hesab edilmir.

İctimaiyyət üçün daha aydın ifadə etsək, burada şəxsi ədavətdən deyil, İslam ümmətinin varlığını hədəfə alan təşkilatlanmış terror şəbəkəsi və azğın təcavüzkar ilə qarşı-qarşıyayıq. Buna görə də ona qarşı mübarizə xalqın və dövlətin varlığını qorumağa yönəlmiş hərtərəfli və qanuni müdafiədir. Bu həqiqət intiqamın necə həyata keçirilməsi ilə bağlı yanaşmamızı tamamilə dəyişir.

Bu mühüm məsələ İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah İmam Seyid Müctəba Hüseyni Xameneinin (Allah onu qorusun) “İran İslam Respublikasının şəhid liderinin ”nin (r) dəfn mərasimi münasibətilə yaydığı rəsmi müraciətdə ən açıq şəkildə bəyan edilmişdir:

> “Xalqımız İmam Hüseynin (ə) qanının intiqamını alan xalqdır. Bu böyük xalq illər boyu öz övladlarını İmam Hüseyn (ə) yolunda və Hüseyn düşmənlərinə, Hüseyn məktəbinin əleyhdarlarına qarşı mübarizədə fəda edib. Bu gün də o, həm onun, həm də dövrümüzün Hüseynlərinin qanının intiqamını almağa hazırdır.”

Həzrət Ayətullah Müctəba Xamenei daha sonra qətiyyətlə bildirib:

> “Sizin və bu iki müharibədə şəhid olan bütün insanların pak qanının intiqamını cinayətkar və rüsvayçı qatillərdən alacağımıza əhd bağlayırıq. Bu intiqam xalqımızın tələbidir və hökmən həyata keçirilməlidir.”

İslam İnqilabının Ali Məqamlı Rəhbəri davamında belə bildirib:

> “Bu məsələ nə mənim, nə də digər məsul şəxslərin varlığından asılı deyil. Dünyanın hər yerində yaşayan azad insanlar bu ilahi missiyanın bir hissəsini öz üzərlərinə götürəcəklər.”

Bu ifadə həmin fiqhi həqiqəti açıq şəkildə təsdiqləyir: Vəliyi-fəqihin qanının intiqamını almaq müəyyən bir şəxslə məhdudlaşan məsələ deyil, institutlaşmış və fərdlərdən üstün ilahi bir vəzifədir.

Bu bəyanat göstərir ki, dövlət terrorizmi qarşısında qan tələb etmək coğrafi və ideoloji sərhədləri aşaraq bütün oyaq vicdan sahiblərini və dünya azadlısevərlərini vahid cəbhədə birləşdirən ümumbəşəri bir məqsədə çevrilmişdir.

Şəri əsaslarla yanaşı, daha iki mühüm istiqamət də nəzərə alınmalıdır: Əqli və ictimai ölçü, eləcə də ümumilli və strateji ölçü.

Şəhid Ayətullah Xameneinin (r) şəhadəti əslində onun vaxtilə söylədiyi uzaqgörən və hikmətli sözlərin gerçəkləşməsi idi. O bildirib:

> “Əgər ölkə üçün hər hansı hadisə baş verərsə, uca Allah bu xalqı həmin hadisələrlə mübarizə aparmaq üçün ayağa qaldıracaq və işi məhz xalq sona çatdıracaq.”

Onun şəhadətindən sonra xalqın bu ilahi çağırışa cavab verərək ayağa qalxması milli həmrəyliyin və mənəvi gücün yenidən formalaşması üçün misilsiz imkan yaratdı.

Bu baxımdan sağlam düşüncə hökm edir ki, hər hansı passivlik, tərəddüd və ya ehtiyatkarlıq xalqın qazandığı bu ictimai etimadı və mənəvi sərmayəni zəiflədə, düşməni isə növbəti təcavüzlərə daha da cəsarətləndirə bilər. Buna görə də qəti və peşmanedici qan tələbinin bayraqdarlığını etmək məhz ağılın tələbi və milli qüdrətin təzahürüdür. Çünki bu qisas tələb etmək, ilahi çağırışla ayağa qalxmış xalqın düşmənin işini birdəfəlik bitirmək və şəhid rəhbərinin qanının intiqamını almaq missiyasının təcəssümüdür.

Milli və strateji baxımdan isə qisas tələb etmək özlüyündə həqiqəti çatdıran ən güclü vasitədir. Dünyanın media imperiyasına sahib olmayan bir xalq üçün bu, həm məzlumiyyətinin, həm də qüdrətinin ən təsirli ifadəsidir. Ali strateji səviyyədə isə qətiyyətli qan tələb etmək düşmənin regional hesablamalarını dəyişdirmək və gələcək təcavüzlərin qarşısını almaq üçün real çəkindiricilik yaratmaq, bununla da milli təhlükəsizliyi təmin etmək deməkdir.

İran İslam Respublikasının sabiq  lideri şəhid Ayətullah üzma Seyid Əli Hüseyni Xameneinin (r) qanının intiqamının dini, əqli və milli dəyərlər baxımdan zərurəti ilə bağlı keçirilən müsahibənin davamı təqdim olunur.

Beləliklə, şəhid liderin qanının intiqamı dini vəzifə, əqli və ümumxalq məsələdirmi?

Bu suala cavab olaraq demək lazımdır ki, şəhid liderin qanının intiqamı həm şəri vəzifədir (Qurani-Kərimdə qisas, ilahi intiqam və Sarallah məfhumuna dair ayələrə əsasən), həm əqli zərurətdir (nahaq yerə axıdılmış müqəddəs bir qanın yaratdığı tarazlığın bərpası və bu qanın ümmət üçün qazandırdığı mənəvi sərvətin qorunması baxımından), həm də milli dəyər zərurətdir. Çünki İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah İmam Seyid Müctəba Hüseyni Xameneinin (Allah onu qorusun) açıq şəkildə buyurduğu kimi, bu, xalqın tələbidir və mütləq həyata keçirilməlidir.

Şəhid liderin qanının intiqamı necə alınmalıdır?

Bu sualın cavabını bir-birini tamamlayan üç əsas istiqamət çərçivəsində izah etmək olar. Bu istiqamətlərdən hər hansı birinin diqqətdən kənarda qalması missiyanı natamam qoyar.

Birinci istiqamət – cinayətin birbaşa icraçıları və sifarişçilərinin qəti şəkildə cəzalandırılmasıdır. Bu, intiqamın ən təxirəsalınmaz mərhələsidir. İslam İnqilabının Ali Məqamlı Rəhbəri (Allah onu qorusun) cinayətkarların siyahısının başdan sona qədər mövcud olduğunu və onların rahat, yataqda ölüm arzusunu özləri ilə məzara aparacaqlarını bəyan etməklə bu mərhələyə dair qəti iradəsini ortaya qoymuşdur. Lakin daha əvvəl Sarallah mövzusu izah edilərkən qeyd edildiyi kimi, bu mərhələ yalnız ilk addımdır. Necə ki, İmam Əlinin (ə) qatili İbn Mülcəmin qisası alınması həzrət Əlinin (ə) Sarallah olmasının sonu deyildi.

Bu istiqamətin tam şəkildə həyata keçirilməsi üçün meydandakı tədbirlərlə yanaşı, beynəlxalq hüquqi və diplomatik mübarizənin də eyni vaxtda aparılması zəruridir. Məqsəd düşmənin hüquqi nüfuzunu və saxta legitimliyini dünya ictimaiyyətinin gözündə sarsıtmaq, cinayətin sifarişçi və icraçılarının məsuliyyətdən yayınmasının qarşısını almaq, beynəlxalq məhkəmələr və İslam təşkilatları vasitəsilə bu terror aktını dövlət terrorizmi nümunəsi kimi gündəmdə saxlamaq və hüquqi diplomatiyanı fəallaşdıraraq cinayətkarları siyasi, hüquqi və eyni zamanda beynəlxalq müstəvidə daimi təzyiq altında saxlamaqdır.

İkinci istiqamət – şəhadət irsinin yumşaq müharibə və mədəni hücumlar qarşısında qorunmasıdır. Məqsədyönlü qan intiqamı iki təhlükə ilə üz-üzədir: Xarici düşmən ümidsizlik aşılamaq üçün itkiləri şişirdir, daxildə isə təslimçi düşüncə sahibləri şəhid liderin (r) qanını bağışlanması mümkün olan adi bir şəxsi hadisə kimi təqdim etməyə çalışırlar. Bununla da ümmətin bu böyük mənəvi sərvətini zəiflətmək istəyirlər. Şiə ziyarətlərində möminlər bir-birlərinə belə dua edirlər:

«جَعَلَنَا وَإِيَّاكُمْ مِنَ الطَّالِبِينَ بِثَأْرِهِ مَعَ وَلِيِّ الْإِمَامِ الْمَهْدِيِّ عَلَيْهِ السَّلَامُ»

"Allah bizi və sizi İmam Məhdinin (ə.f) rəhbərliyi altında onun qanının intiqamını alanlardan qərar versin."

Bu ifadə göstərir ki, matəm və mübarizə ayrılmaz məfhumlardır. Hərəkətsiz və bəsirətsiz matəm öz həqiqi məzmununu itirir.

İntiqamın bir hissəsi də maarifləndirmə aparmaq, anım mərasimlərini davam etdirmək və media məkanında qatil ilə məzlumun yerinin dəyişdirilməsinə yönəlmiş təhriflərin qarşısını almaqdır. Bu mərhələdə rəvayət savaşı və izah cihadı həyati əhəmiyyət daşıyır. Düşmən fiziki terrorla kifayətlənmir, həm də şəxsiyyət terroruna və şəhadətin səbəblərini təhrif etməyə çalışır. Buna görə də dini hövzələrin və medianın vəzifəsi şəhid rəhbərin (r) şəxsiyyətini, yolunu və məqsədlərini aydın şəkildə izah edərək bu mənəvi sərvəti qorumaqdır.

Üçüncü istiqamət – ilahi vədin gerçəkləşməsinə qədər davam edən strateji və sivilizasiya yönümlü xəttdir. İntiqamın ən yüksək mərhələsi Ali Məqamlı Rəhbərin (Allah onu davamlı qorusun) mesajında vurğuladığı kimi, şəhid liderin (r) yolunu və məktəbini davam etdirməkdir.

Şəhid Ayətullah Xamenei (r) təkcə bir şəxsiyyət deyildi, o, eyni zamanda İmam Hüseynin (ə) məktəbi ilə düşünür, həmin məktəblə hərəkət edir, cihad və müqavimət göstərirdi. Deməli, həqiqi intiqam da həmin yolu – müqaviməti, istiqlaliyyəti, ictimai ədaləti və təkəbbür cəbhəsinə qarşı mübarizəni davam etdirməkdir.

Bu strateji davamlılıq müasir dövrdə kiberməkanda, yeni texnologiyalar sahəsində tam gücə çatmağı və iqtisadi müstəqilliyi təmin etməyi də tələb edir. Çünki təkəbbür cəbhəsinin dayaqlarını və infrastrukturunu zəiflətmək sərt və sivilizasiya yönümlü intiqamın ayrılmaz hissəsidir.

Qan intiqamı qisasdan fərqli olaraq, yalnız qatilin cəzalandırılması ilə başa çatmır. O, həmin qanın hansı məqsəd uğrunda axıdıldığının tam gerçəkləşməsinə qədər davam edir. Məhz buna görə də Aşura ziyarətində oxuyuruq:

«وَأَنْ يَرْزُقَنِي طَلَبَ ثَأْرِي مَعَ إِمَامٍ مَنْصُورٍ مِنْ أَهْلِ بَيْتِ مُحَمَّدٍ»

"Allah mənə Məhəmməd peyğəmbərin (s) Əhli-beytindən olan İmam Məhdinin (ə.f) rəhbərliyi altında bu qanın intiqamını almağı nəsib etsin."

Bu mərhələ İslam nizamının mənafeyi və rəhbərliyin müəyyən etdiyi çərçivədə «لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ» – "Allah onu bütün dinlərə qalib etsin" – ilahi vədinin tam gerçəkləşməsinə qədər davam edəcək.

Bu yolda dini Elmi hövzələrin məsuliyyəti daha da ağırdır. Onların mühüm vəzifələrindən biri müdafiə fiqhini, beynəlxalq məsuliyyət anlayışını və Sarallah nəzəriyyəsini ümmətin strateji xətti kimi elmi şəkildə işləyib inkişaf etdirmək, onun fiqhi, hüquqi və sivilizasiya əsaslarını İslam dünyasının alimlərinə və dünyanın azad insanlarına çatdırmaq, bu yolun davamı üçün möhkəm nəzəri baza formalaşdırmaqdır.

Sonda qeyd etmək lazımdır ki, şəhid liderin (r) qanının intiqamının qisası, mədəni müdafiəni və strateji davamlılığı özündə birləşdirən, zaman tələb edən mürəkkəb bir prosesdir. Bu, nə emosional reaksiyadır, nə də adi şəxsi dava kimi qiymətləndirilə bilər. Ali Məqamlı Rəhbərin (Allah onu davamlı qorusun) bəyanatında bildirildiyi kimi, İran xalqı bu ilahi vəd tam gerçəkləşənədək öz əhdinə sadiq qalacaq.

Yekun olaraq demək olar ki, şəhid liderin (r) qanının intiqamı birdəfəlik və emosional addım deyil, qəti qisasla başlayan, təkəbbür cəbhəsinin süqutu və ilahi vədin gerçəkləşməsi ilə tamamlanacaq ağıllı, çoxşaxəli və həmçinin sivilizasiya qurucu bir prosesdir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha