bazar ertəsi 10 avqust 2026 - 16:15
Hizbullah: Düşmənin xəritəsi Livana dair iştahını təsdiqləyir, hökumətin güzəştləri ölkəni böyük təhlükələrlə üz-üzə qoyur

Hövzə / İsrail Xarici İşlər Nazirliyi bu gün işğal olunmuş Cənubi Livanı qəsbkar rejiminin ərazisinə birləşdirən xəritə yayımlayıb.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Hizbullah hərəkatı İsrail rejiminin Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan xəritə ilə bağlı bəyanat yayıb. Bəyanatın tam mətni aşağıdakı kimidir:

İsrail rejiminin Xarici İşlər Nazirliyi bu gün işğal altında olan Cənubi Livanı qəsbkar rejimin ərazisinə birləşdirən xəritə yayımlayıb. Bu xəritə İsrail düşməninin Livana, onun torpaqlarına, sərvətlərinə və imkanlarına qarşı heç vaxt əl çəkməyəcəyi iştahının danılmaz təsdiqidir. Onun Livan hökuməti ilə birbaşa danışıqlara başlaması da vaxt qazanmaq və yeni reallıqları sahədə məcburi şəkildə qəbul etdirmək cəhdindən başqa bir şey deyil.

Livan hökuməti güzəştə getmək və düşmənə qarşılıqsız hədiyyələr təqdim etmək siyasətini davam etdirməkdə israr etdiyi üçün yaranmış vəziyyətə görə tam məsuliyyət daşıyır. Hökumətdən bu yanaşmasına hərtərəfli yenidən baxması, heç bir təsir rıçağı olmadan düşmənlə aparılan birbaşa və alçaldıcı danışıqlar yolunu dayandırması və bütün səviyyələrdə, hökumətdən Ali Müdafiə Şurasına qədər, dərhal tədbir görməsi tələb olunur.

Bu çərçivədə yaranmış təhlükəli vəziyyətlə bağlı zəruri addımların atılması üçün təcili iclas keçirilməlidir. Bu addımların ən mühümlərindən biri BMT Təhlükəsizlik Şurasına dərhal şikayət təqdim edilməsidir. Hətta Livan hökuməti düşmənə beynəlxalq tribunalarda onun barəsində hüquqi təqib aparmayacağına dair söz vermiş olsa belə, artıq İsrail düşməninin Livana qarşı ərazi iddiaları və tamahkarlığı həqiqətini görməzdən gəlmək üçün heç bir bəhanə qalmayıb.

Bütün Livan xalqı, cəmiyyətin bütün təbəqələri və siyasi qüvvələri anlamalıdır ki, hökumətin güzəştə getmək siyasətini və alçaldıcı danışıqları davam etdirməkdə israr etməsi Livanı nə qədər böyük təhlükəyə sürükləyir.

Milli məsuliyyət işğalçılıq və onun ərazi iddiaları qarşısında səylərin və mövqelərin birləşdirilməsini, Livanın suverenliyinin və öz torpaqları və sərvətləri üzərində bütün hüquqlarının müdafiə olunmasını tələb edir. Həmçinin başa düşülməlidir ki, düşmənin ərazi iddiaları və tamahı yalnız Cənubi Livanla məhdudlaşmır, əksinə, bütün Livanı hədəf alır.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha