cümə axşamı 13 avqust 2026 - 15:08
Müqəddəs Məşhəd şəhəri matəmə qərq olub, milyonlarla əza saxlayan zəvvar İmam Rzanın (ə) mübarək hərəminə axışıb

Hövzə/ İmam Rzanın (ə) şəhadətinin ildönümü ilə eyni vaxtda Məşhədin giriş yolları, İmam Rzanın (ə) müqəddəs hərəminə aparan küçə və yollar Əhli-beyt (ə) aşiqi olan çoxsaylı matəm iştirakçılarının izdihamı ilə dolub.

Hövzə Xəbər Agentliyinin Məşhəd şəhəri üzrə müxbirin verdiyi məlumata görə, ötən gecədən və bu gün səhər saatlarından etibarən müxtəlif təbəqələrdən olan insanların, dini heyətlərin, sinə və zəncir vuran matəm dəstələrinin böyük izdihamı İmam Rza məqbərəsi istiqamətində hərəkət etməyə başlayıb və Məşhəd şəhərinin hər yerini matəm və yas ab-havası bürüyüb.

Məlumata görə, ruhanilər, Elmi hövzələrin müəllimləri, tələbələri və həmçinin hövzə alimlərinin geniş iştirakı bu matəm mərasiminin xüsusi məqamlarından biri olub. Ruhani və tələbələr ölkənin müxtəlif bölgələrindən, eləcə də Məşhəd şəhərindən piyada karvanlar şəklində, matəm libasları geyinərək və matəm bayraqları daşıyaraq nizamlı sıralarla mehriban və şəfqətli İmamın (ə) şəhadətinin ürəkdağlayan ildönümünə yas tutublar. Onlar mərsiyələr oxuyaraq, “Əminallah Ziyarəti” və “Aşura Ziyarəti”ni səsləndirərək matəm iştirakçıları arasında yas məclisləri təşkil ediblər.

Tələbələrin və hövzə nümayəndələrinin xalqın digər təbəqələri ilə birlikdə mərasimdə fəal iştirakı cəmiyyətin Səkkizinci İmamın (ə) müqəddəs məqamına olan birlik və məhəbbətini nümayiş etdirib.

Məlumatda həmçinin bildirilir ki, dini heyətlərin, xeyirxah insanların, xidmətçilərin və mömin, vilayətə bağlı xalqın səyi ilə zəvvarlara və matəm mərasimlərinin iştirakçılarına xidmət göstərmək məqsədilə müqəddəs Məşhəd şəhərinə giriş yollarında, İmam Rzanın (ə) mübarək hərəminin ətrafındakı küçələrdə və şəhərin müxtəlif yerlərində çoxsaylı xidmət çadırları qurulub.

Bu xidmət çadırlarında çay, şərbət, yemək, qalmaq üçün yer, eləcə də digər sosial və mədəni xidmətlər təqdim olunur. Məqsəd İmam Rzanın (ə) zəvvarlarını qəbul etmək və bu əziz günlərdə onlara xidmət göstərməkdir.

Bu günlərdə və hazırkı saatlarda Səkkizinci İmamın (ə) mübarək mübarək məqbərəsinə getməyin yeganə yolu piyada hərəkət etməkdir. Çünki insanların böyük izdihamı səbəbindən nəqliyyat vasitələrinin hərəkəti üçün yol qalmayıb.

Həmçinin müqəddəs hərəmə aparan yollarda İmam Rzanın (ə) müqəddəs hərəminin xidmətçiləri, təcili yardım qüvvələri, Qızıl Aypara əməkdaşları və avtomobillərə yardım göstərən xidmət qrupları bu gündən səhər saatlarından etibarən zəvvarlara və matəm iştirakçılarına xidmət göstərməyə hazır vəziyyətdədir.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha