cümə 14 avqust 2026 - 21:12
Bəsic təşkilatının rəhbərinin mərcəi-təqlidlərlə fərqli görüşünün reportajı

Ayətullah üzma Məkarim Şirazi “Bəsic”i “pak şəcərə” adlandıraraq bildirib ki, xalq və ölkə uzun illərdir bu müqəddəs ağacın bəhrələrindən bəhrələnir. Onun bu ifadəsi, hər şeydən əvvəl, “Bəsic”in bu gün üzərinə düşən məsuliyyətin daha da ağır və mühüm olduğunu göstərir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, 13 avqust 2026-cı il, cümə axşamı günü Bəsic təşkilatının yeni rəhbəri Höccətül-İslam vəl-müslimin Hüseyn Taibin alim, din xadimləri və elmi hövzənin görkəmli şəxsiyyətləri ilə keçirdiyi görüşlər yalnız təbrik və strateji tövsiyələr mübadiləsindən ibarət olmayıb, eyni zamanda ortaq və mühüm bir həqiqəti bir daha xatırladıb. Bəsic, İslam İnqilabı üçün sadəcə bir təşkilat deyil, həm də mühüm sosial kapitaldır.

Bəsic təşkilatının rəhbərinin mərcəi-təqlidlərlə fərqli görüşünün reportajı

Günü gündən inkişaf edən “ictimai faydalı təşkilat"

Ayətullah üzma Məkarim Şirazi Bəsici xalqın və ölkənin uzun illər ərzində bəhrələrindən faydalandığı “ictimai faydalı təşkilat" kimi xarakterizə edib. Bu ifadə, hər şeydən əvvəl, Bəsicin bu gün üzərinə düşən məsuliyyətin daha da artdığını göstərir. Çünki bu qurum bundan sonra da bəhrə verməli, fəaliyyətini cəmiyyətin günümüzün tələb və ehtiyaclarına uyğunlaşdıraraq öz səmərəliliyini davam etdirməlidir.

Bəsic təşkilatının rəhbərinin mərcəi-təqlidlərlə fərqli görüşünün reportajı

On milyonlarla könüllünün böyük potensialı

Ayətullah üzma Sübhani ilə keçirilən görüşdə söhbət elə bir məqama gəlib çatıb ki, bunu, bəlkə də bütün bu görüşlərin ortaq və əsas istiqaməti hesab etmək olar.

Ayətullah üzma Sübhani Bəsici Allah-Taalanın xalqa və İslam İnqilabına bəxş etdiyi bir nemət kimi dəyərləndirib və müxtəlif qabiliyyətlərə, o cümlədən istedadlara və çoxşaxəli kamilliklərə malik insanların yetişdirilməsinin vacibliyini vurğulayıb.

Digər tərəfdən, Bəsic təşkilatının rəhbərinin cavabı da məhz bu perspektivi əks etdirib. On milyonlarla insanın “könüllü” olaraq qeydiyyatdan keçməsi sadəcə bir rəqəm deyil, Bəsici yalnız təşkilat struktur olmaqdan çıxararaq ümummilli və geniş yayılmış bir mədəniyyətə çevirə biləcək böyük potensialın göstəricisidir.

Bəlkə də “hər bir iranlı, bir Bəsicidir” ifadəsi məhz bu mənanı daşıyır: Bəsici olmaq, ilk növbədə, təşkilat statusu deyil, həyat tərzi və sosial məsuliyyətdir. Yəni hər bir insan harada olmasından asılı olmayaraq, ölkənin müdafiəsində, həqiqətlərin izahında, xalqa xidmət göstərilməsində və İranın müdafiəsində öz üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir.

Bəsic təşkilatının rəhbərinin mərcəi-təqlidlərlə fərqli görüşünün reportajı

Ruh yüksəkliyindən doğan qüdrət

Qum Elm Hövzəsinin Müəllimlər Birliyinin sədri Ayətullah Seyid Haşim Hüseyni Buşəhri ilə keçirilən görüş də bu qüdrətin başqa bir mühüm tərəfini ortaya qoyub.

Qum Elm Hövzəsinin Müəllimlər Birliyinin sədri İranın əldə etdiyi tərəqqinin mühüm hissəsinin “Bəsici ruh yüksəkliyi” adlandırılan həmin ruhdan qaynaqlandığını bildirib. O vurğulayıb ki, bu ruh yüksəkliyi cihad, məsuliyyət hissi və xalqın fəal iştirakı əsasında formalaşıb.

Onun sözləri əslində aydın və mühüm bir həqiqəti xatırladıb. Bir çox böyük güclər sərmayə və texniki imkanlar hesabına formalaşır. Lakin İran öz qüdrətinin mühüm bir hissəsini çətin və ağır işlərin öhdəsindən gəlmək üçün Bəsici ruh yüksəkliyi ilə hərəkət edən, təşəbbüs göstərən və başqalarından göstəriş gözləməyən insanlardan əldə edib.

Bəsic təşkilatının rəhbərinin mərcəi-təqlidlərlə fərqli görüşünün reportajı

Dərin bir missiya

Həzrət Məsumənin (s) müqəddəs hərəminin məsul şəxsi Ayətullah Seyid Məhəmməd Səidi ilə keçirilən görüş mühüm bir məqam üzərində qurulub: “Bəsic” yalnız çətin günlərdə və böhranlı vəziyyətlərdə fəaliyyət göstərən təşkilat deyil. O insanların həyatını daha yaxşı və daha mənalı etməyə də töhfə verməlidir.

Həzrət Fatimeyi-Məsumənin (s) müqəddəs hərəminin məsul şəxsi “Bəsic”in cəmiyyətdə təravət və ruh yüksəkliyinin daha qabarıq şəkildə hiss olunmasına şərait yaratmalı olduğu barədə vurğusu, əslində, daha dərin bir missiyaya işarə edir. Bəsici düşüncə insanların gündəlik həyatında öz əksini tapırsa, o zaman cəmiyyətdə ümid, sevinc, həmrəylik və fəallıq yaratmağı da bacarmalıdır.

Məscid insanların yenidən bir-birini tapdığı məkandır 

Bu baxış bucağından yanaşdıqda məscidin Bəsicin fəaliyyət və proqramlarının mərkəzinə qaytarılması yalnız təşkilat qərarı deyil, həm də Bəsicin sosial qüdrətinin əsas mənbəyinə qayıdış deməkdir.

Məscid elə bir məkandır ki, burada insanlar hər hansı bir təşkilatın üzvü olmalarından əvvəl “eyni məhəllənin sakini”, “qonşu” və “eyni taleyi paylaşan insanlardır.

Əgər Bəsic məscidi yenidən insanların bir araya gəldiyi, bir-biri ilə ünsiyyət qurduğu, problemlərin müzakirə edilərək həllinə çalışıldığı, xidmət göstərdiyi və ictimai fəaliyyət həyata keçirdiyi məkana çevirə bilsə, əslində, böyük bir sosial şəbəkəni yenidən fəallaşdırmış olacaq. Bu şəbəkənin əsas sərmayəsi isə binalar və maddi imkanlar deyil, insanların bir-birinə olan etimadıdır.

Bəsic təşkilatının rəhbərinin mərcəi-təqlidlərlə fərqli görüşünün reportajı

Bəsicdə müxtəlif baxış və qrupların bir araya gətirilməsi

Höccətül-İslam vəl-müslimin Taib də bu görüşdə müxtəlif baxış və fərqli qruplara mənsub insanların Bəsic daxilində bir araya gətirilməsinin vacibliyini vurğulayıb. Bu məqamın əhəmiyyətini yalnız təşkilat strukturunu genişləndirilməsi çərçivəsində qiymətləndirmək olmaz. Çünki sosial qüdrət insanların eyniləşdirilməsi ilə deyil, onların müxtəlif imkan və potensiallarının bir araya gətirilməsi ilə formalaşır.

Gələcəyin Bəsici elə bir məkan ola bilər ki, gənclər və təcrübəli nəsil, məscid icmasının üzvləri və universitet nümayəndələri, sahibkarlar və mücahidlər, sənətçilər və müəllimlər, mütəxəssislər və tacirlər hər biri öz bacarığı, imkanları və baxışları, o cümlədən güclü İran, ümidli cəmiyyət və ölkənin quruculuğunda fəal iştirak edən xalq ilə ortaq bir məqsəd ətrafında bir araya gəlsin.

Xalq üçün fəaliyyət göstərən və heç vaxt dayanmayan bir təşkilat 

Bəlkə də “Bəsici düşüncə” ilə adi bir təşkilat arasındakı əsas fərq məhz burada özünü göstərir. Bəsici təşkilat insanları yalnız öz sıralarını genişləndirmək üçün bir araya gətirməməlidir. Əksinə, insanların problemlərinin həllinə töhfə vermək üçün öz imkanlarını və fəaliyyət dairəsini genişləndirməlidir.

Bəsic məsciddən başlayır, lakin məsciddə dayanırmır. Beləliklə məhəlləyə, məktəbə, universitetə, bazara, mediaya, virtual məkana, iş yerlərinə və ümumi problemin mövcud olduğu hər bir sahəyə qədər uzanır. İnsanların hər hansı bir problemin həlli üçün bir araya gəldiyi və həmin problemin müəyyən hissəsini özləri həll edə bildiyi hər bir məqamda sosial qüdrətin bir nüvəsi formalaşır.

“Üzvlük”dən “iştirak”a keçid

Bəlkə də Bəsici düşüncənin yeni istiqaməti məhz budur. “Neçə üzvümüz var?” sualından “ölkənin quruculuğu, problemlərin həlli və cəmiyyətdə ümidin yaradılması üçün neçə insanı meydana çıxara bilmişik?” sualına keçid.

Bu mənada Bəsic yalnız bir təşkilat deyil, “xalq iştirakının memarlığı”dır. Bu memarlıq məscidi əlaqələndirici mərkəz, xalqı əsas sərmayə, müxtəlifliyi fürsət, xidməti isə özünün ortaq dili kimi qəbul edir.

Məhz o zaman “hər bir iranlı bir Bəsicidir” ifadəsi sadəcə bir şüar olmayacaq. Bu ifadə hər bir iranlının bu böyük meydanın hansısa bir sahəsində İranın daha yaxşı gələcəyinin qurulmasına öz töhfəsini verə bilməsi mənasını daşıyacaq.

Bəsic təşkilatının rəhbərinin mərcəi-təqlidlərlə fərqli görüşünün reportajı

Düşmənin nəfəsini kəsmək lazımdır

Konstitusiyanın Keşikçiləri Şurasının fəqihlərindən biri Ayətullah Seyid Əhməd Xatəmi və Tehran şəhərinin cümə imamı ilə keçirilən görüşdə mübarizə meydanında qüvvələr nisbətinin dəyişməsi, eləcə də regionda və dünyada baş verən yeni proseslərdən danışılıb.

Konstitusiyanın Keşikçiləri Şurasının fəqihinin fikrincə, Ali Baş Komandanın son təyinatları düşmənlə mübarizə üçün yeni qüvvələr düzülüşünün formalaşmasının göstəricisidir. Bu yeni düzülüş düşmənin ümidlərini ümidsizliyə çevirməli və onun qarşısında yeni reallıq yaratmalıdır.

Bəsic təşkilatının rəhbərinin mərcəi-təqlidlərlə fərqli görüşünün reportajı

Qüdrət və müqavimət salnaməsi

Höccətül-İslam vəl-müslimin Taib də Ramazan müharibəsindən və dünyada baş verən son hadisələrdən sonra formalaşan mənzərədən danışaraq bildirib ki, bu gün dünyanın bir çox insanının nəzərində İran xalqı eyni zamanda həm məzlum, həm də qüdrətli bir xalq kimi görünür. Ən çətin mübarizə meydanlarında belə mətanətlə müqavimət göstərən və öz qüdrətini məhz bu müqaviməti ilə möhkəmləndirərək dünyaya nümayiş etdirən bir xalq kimi tanınır.

Bəsic təşkilatının rəhbərinin mərcəi-təqlidlərlə fərqli görüşünün reportajı

Cəmkəran məscidindən zühur meydanına: Məscid insanları fəal rol oynamağa necə hazırlayır?

Müqəddəs Cəmkəran məscidinin məsul şəxsi Höccətül-İslam vəl-müslimin Seyid Əli Əkbər Ocaq Nejad ilə keçirilən görüş sadəcə rəsmi görüşdən ibarət olmayıb. Bu görüş insanları böyük və əzəmətli gələcəyə hazırlamalı olan məscidin rolu barədə mühüm müzakirəyə çevrilib.

Cəmkəran məscidi yalnız ziyarət üçün müqəddəs məkan deyil. O, iman, ümid, tərbiyə və ictimai fəaliyyətin bir-biri ilə qovuşduğu mühüm mərkəzə çevrilə bilər. Elə bir məkan ki, burada “intizar” yalnız zehni bir anlayış olaraq qalmır, həyat tərzinə və sosial məsuliyyətə çevrilir.

Zühura zəmin hazırlamaq

Bu baxışa əsasən, zühura zəmin hazırlamaq yalnız zühur haqqında danışmaqla həyata keçirilə bilməz. İntizar edən cəmiyyət elə bir cəmiyyətdir ki, onun insanları hazırlıqlı, məsuliyyətli, ümidli, bacarıqlı və fəal rol oynamağa hazır olmalıdırlar.

Hər bir təbəqə və hər bir insan öz imkan və bacarığına uyğun olaraq, zühur dövrünə layiq cəmiyyətin qurulmasında, o cümlədən xidmət və quruculuqdan tutmuş elmə, mədəniyyətə, həqiqətlərin izahına, müdafiəyə və insanların problemlərinin həllinə qədər öz töhfəsini verə bilməlidir.

Xalqla fəaliyyət meydanı arasında əlaqələndirici vasitə

Məhz buna görə də Bəsicin proqramlarında məscidin əsas roluna xüsusi diqqət yetirilməsi yalnız təşkilat əməkdaşlığı çərçivəsində qiymətləndirilə bilməz. Məscid xalqla onların fəal rol oynayacağı fəaliyyət meydanı arasında əlaqələndirici vasitə rolunu oynaya bilər. Cəmkəran məscidi isə bu istiqamətdə “ İmam Məhdi (ə) inancını İmam Məhdi (ə) üçün xidmət və fəaliyyətə çevirməyin ümummilli nümunəsini təqdim edə bilər.

Bu yolda Bəsic də cəmiyyətin müxtəlif təbəqələrini fəaliyyət meydanına gətirmək üçün geniş imkanlara malikdir. Bu potensial Cəmkəran məscidinin mənəvi və tərbiyəvi mövqeyi ilə bir araya gəldiyi təqdirdə, hazırlıqlı və fəal rol oynamağa hazır insanlardan ibarət geniş bir şəbəkə formalaşdıra bilər. Belə insanlar intizarı sadəcə gözləməkdə deyil, quruculuqda, xidmət göstərməkdə və cəmiyyəti vəd olunmuş gələcəyə hazırlamaqda görürlər.

Bəsic təşkilatının rəhbərinin mərcəi-təqlidlərlə fərqli görüşünün reportajı

Ortaq bir üfüqün başlanğıcı

Bu görüş ortaq bir üfüqün başlanğıcı ola bilər. Elə bir üfüq ki, burada Cəmkəran məscidi və Bəsic İmam Məhdi (ə) yardımçılarının tərbiyəsi və təşkilatlanması, cəmiyyətin müxtəlif təbəqələrinin fəallaşdırılması, intizar mədəniyyətinin təşviqi və onun ictimai fəaliyyətə çevrilməsi istiqamətində öz imkanlarını bir araya gətirsin.

Bəsic ilə Cəmkəran məscidi arasında əməkdaşlığın genişləndirilməsi, inkişaf etdirilməsi və birgə fəaliyyətlərin daha da təkmilləşdirilməsi üçün hazırlıq görmək, əslində, daha böyük bir məqsədə doğru addım atmaq deməkdir. Elə bir cəmiyyət qurmaq ki, onun insanları yalnız zühuru gözləməsinlər, zühura hazırlaşsınlar və onun ali ideallarının gerçəkləşməsi yolunda fəal rol oynasınlar.

Hər bir iranlı İmam Məhdinin (ə) yardımçısıdır

Əgər “hər bir iranlı bir Bəsicidir” anlayışından söhbət gedirsə, bunun daha uca və daha geniş bir üfüqünü də təsəvvür etmək mümkündür. Hər bir iranlı İmam Məhdinin (ə) yardımçısıdır. Hər bir məscid insanların fəal rol oynadığı bir mərkəz, hər bir insan isə intizar edən cəmiyyətin qurulmasında öz məsuliyyətinə sahib olsun.

Xəbərin sonu 313 \ 

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha