çərşənbə 19 avqust 2026 - 19:08
Şəhid Seyid Həsən Nəsrullahın şəxsiyyəti, düşüncələri və məktəbinin araşdırıldığı toplantıdan reportaj / Nə üçün bu gün Seyid Həsən Nəsrullahdan nümunə götürməyə ehtiyacımız var?

Hövzə | Höccətül-islam vəl-müslimin Misbah Yəzdi: Şəhid Həsən Nəsrullahın əsas xüsusiyyəti həqiqətlərə inanmaqla həmin həqiqətlərin insanın davranış və həyat tərzində təcəssüm etməsi arasındakı fərqdir.

Hövzə Xəbər Agentliyi | Müxbirimizin verdiyi məlumata görə, Qum Elmi hövzəsinin Elmi Assosiasiyalar Birliyinin katibliyində beynəlxalq “Əminər-Rəsul” konqresinin katibliyi üzvlərinin iştirakı ilə “Şəhid Seyid Həsən Nəsrullahın şəxsiyyəti, düşüncəsi və məktəbinin araşdırılması” mövzusunda ixtisaslaşdırılmış toplantı keçirilib. Toplantıda Hüccətül-İslam vəl-müslimin Əli Misbah Yəzdi, Müctəba Misbah Yəzdi və konqres katibliyinin bir qrup üzvü iştirak edib.

Bu toplantı böyük şəxsiyyətin elmi və mənəvi yönlərinin izah edilməsi məqsədilə keçirilib və Livan Hizbullah hərəkatının şəhid baş katibinin düşüncə, mübarizə və mənəviyyatının müxtəlif istiqamətləri araşdırılıb.

Müqavimət məktəbinin elmi əsaslarının izahına yönəlmiş səylər

Toplantının əvvəlində beynəlxalq “Əminər-Rəsul” konqresinin katibliyinin Elmi Şurasının rəhbəri höccətül-islam vəl-müslimin Məhəmmədtəqi Rəbbaninin sözlərinə görə, şəhid Seyid Həsən Nəsrullah konqresinin formalaşma prosesinə toxunaraq bildirib: Bu toplantının keçirilməsi barədə qərar qəbul edildikdən sonra Livan Hizbullah hərəkatının məsul şəxsləri və müqavimət sahəsində fəaliyyət göstərən şəxslərlə çoxsaylı görüşlər keçirilib. Şəhid Seyid Həsən Nəsrullahın dəfn mərasimi zamanı isə katiblik tərəfindən Şeyx Nəim Qasimə rəsmi məktub göndərilib və bu müraciət onun tərəfindən müsbət qarşılanaraq əməkdaşlığa hazır olduğu bildirildi.

O, katibliyin hazırda şəhid Seyid Həsən Nəsrullahın şəxsiyyəti və məktəbi ilə bağlı təxminən 10–12 elmi layihə müəyyənləşdirdiyini bildirərək əlavə edib: Seyid Həsən Nəsrullahın düşüncəsində məzhəblərarası yaxınlaşma anlayışı, mənəvi və əxlaqi davranış, mediadan istifadə üsulu, inandırma gücü, liderlik üslubu və müqavimət ədəbiyyatı bu layihələrin əsas istiqamətlərindəndir.

Hüccətül-İslam vəl-müslimin Rəbbani vurğulayıb: Şəhid Seyid Həsən Nəsrullahın şəxsiyyətinin müxtəlif yönləri ilə bağlı sənədlər hələ də azdır. Buna görə də ciddi elmi və tədqiqat işlərinə ehtiyac var ki, onun davranışını, həyat tərzini və idarəçilik modelini araşdırıb üzə çıxaraq Elmi hövzələr və təhsil mərkəzləri üçün izah edə bilək.

Şəhid Seyid Həsən Nəsrullah məktəbinin praktiki nümunə kimi təqdim edilməsinin zəruriliyi

Daha sonra beynəlxalq “Əminər-Rəsul” konqresinin katibi Hüccətül-İslam vəl-müslimin Rza Əsgəri şəhid Seyid Həsən Nəsrullahın əxlaq, mənəvi, tərbiyəvi və siyasi düşüncəsinin müxtəlif istiqamətlərinin araşdırılmasının zəruriliyini və təxirəsalınmaz olduğunu vurğulayaraq bildirib: Bu gün cəmiyyətimizin, xüsusilə gənc nəslin və Elmi hövzələrdə təhsil alan gənc tələbələrin idarəçilik və mənəviyyat sahəsində uğurlu, real və praktik nümunələrə ciddi ehtiyacı var. Şəhid Seyid Həsən Nəsrullahın hərtərəfli şəxsiyyəti kadrların hazırlanması, tövhid əsaslı siyasət yürütmək, böhranların idarə olunması və müqavimətə rəhbərlik sahəsində ən yaxşı nümunə və örnək ola bilər.

Beynəlxalq “Əminər-Rəsul” konqresinin katibi elmi ictimaiyyətin bu tədbirə göstərdiyi marağa toxunaraq əlavə edib: İndiyədək müxtəlif mövzularda 300-dən çox elmi məqalə konqresin katibliyinə göndərilib. Biz elmi ixtisaslaşmış mərkəzlərin əməkdaşlığı ilə bu məqalə və tədqiqatları mövzuya uyğun və praktiki əsərlər şəklində hazırlamaq istəyirik ki, konqresin nəticələri İslam dünyasının tədqiqatçılarına vahid və sistemli maarifləndirici toplular şəklində təqdim olunsun.

O, həmçinin İmam Xomeyni adına Təhsil və Tədqiqat İnstitutu ilə əməkdaşlıq və qarşılıqlı imkanlardan yararlanmanın zəruriliyini vurğulayaraq bildirib: Bu böyük elmi müəssisənin imkanları həmin əsərlərin yekun hazırlanmasında, xüsusilə də şəhid Həsən Nəsrullahın mərhum Əllamə Misbah Yəzdinin düşüncə məktəbi ilə elmi və dünyagörüşü əlaqələrinin təhlilində əsas və həlledici rol oynaya bilər.

Vilayətə bağlılıq itaətdən daha üstün məfhumdur

Toplantının əsas hissəsində Hüccətül-İslam vəl-müslimin Əli Misbah Yəzdi mərhum Ayətullah Misbah Yəzdinin (r) açıqlamalarına əsaslanaraq şəhid Seyid Həsən Nəsrullahı “praktik iman”ın misilsiz nümunəsi adlandıraraq bildirib: Şəhid Həsən Nəsrullahın əsas xüsusiyyəti ‘həqiqətlərə inanmaq’ ilə həmin həqiqətlərin insanın davranış və həyat tərzində təcəssüm etməsi arasındakı fərqdə özünü göstərirdi.

O, mərhum Ayətullah Misbah Yəzdinin sözlərinə toxunaraq qeyd edib: Mərhum Əllamə Misbah Yəzdi dəfələrlə vurğulayırdı ki, şəhid Seyid Həsən Nəsrullah yalnız dini prinsiplərdən xəbərdar deyildi. Bu prinsiplər onun bütün qərarlarında, davranışlarında və hətta gündəlik həyatının ən kiçik qaydalarında belə real və aydın şəkildə öz əksini tapırdı.

Hüccətül-İslam vəl-müslimin Misbah Yəzdi “vilayətə bağlılıq” məsələsinə toxunaraq şəhid Həsən Nəsrullahın bu sahədəki xüsusi yanaşmasını belə izah edib: Mərhum Əllamə Misbah Yəzdinin fikrincə, onun vilayətə bağlılığı zahiri və yalnız vəzifə xarakterli itaət səviyyəsindən daha yüksək idi. O, əməli baxımdan daim Ali Məqamlı Rəhbərin məqsəd və istəklərini anlamağa çalışırdı. Hətta açıq göstəriş verilməyən məsələlərdə belə, vilayət bəsirəti ilə həmin istiqaməti müəyyənləşdirir və bütün gücü ilə həyata keçirirdi. Buna görə də mərhum Əllamə Misbah Yəzdi daim deyirdi: "Mən əminəm ki, Seyid Həsən Nəsrullah həzrət İmam Zamanın (ə.f) xüsusi səhabələrindəndir."

Ayətullah Misbah Yəzdi (r) və şəhid Seyid Həsən Nəsrullah arasında düşüncə və mənəviyyat bağı

Daha sonra Hüccətül-İslam vəl-müslimin Müctəba Misbah Yəzdi mərhum Ayətullah Misbah Yəzdinin Livana səfərləri ilə bağlı xatirələrini yada salaraq bu iki böyük şəxsiyyət arasında mövcud olan dərin düşüncə və mənəviyyat bağından söz açıb. O bildirib ki, mərhum Əllamə Misbah Yəzdi ilə şəhid Seyid arasındakı münasibət sadə dostluqdan daha üstün olub və “məktəb münasibəti” xarakteri daşıyıb. Bu münasibətin əsasını müqavimət qüvvələrinin əxlaq, vilayəti-fəqih və ilahi mərifət əsasında tərbiyə edilməsi təşkil edib.

O, mərhum Ayətullah Misbah Yəzdinin 1396-cı ildə Livana səfərinə toxunaraq bir xatirəni belə nəql edib: Həmin səfər zamanı sərt təhlükəsizlik protokollarına baxmayaraq, şəhid Seyid Həsən Nəsrullah mərhum Əllamə Misbah Yəzdi ilə görüşmək üçün şəxsən onun qaldığı yerə gəldi. Görüş zamanı Ali Məqamlı Rəhbərin ona müraciəti çatdırıldı. Həmin müraciətdə Ali Məqamlı Rəhbər Hizbullah qüvvələri üçün dua edilməsini, onlara mənəvi dəstək göstərilməsini və onların maarifləndirilməsi baxımından gücləndirilməsinin zəruriliyini vurğulamışdı. Bu hadisə vilayətin rəhbər, alimlər və mücahidlər arasında necə qırılmaz bir bağ yaratdığını göstərir.

Hüccətül-İslam vəl-müslimin Misbah Yəzdi həmçinin şəhid Seyid Həsən Nəsrullahın elmi və mütaliəçilik xüsusiyyətlərinə toxunaraq əlavə edib: Ümumi təsəvvürün əksinə olaraq, onu yalnız hərbi komandir hesab etmək doğru deyil. O, çox mütaliə edən və dərin düşüncəli bir şəxs idi. Daim Ali Məqamlı Rəhbərin, İmam Xomeyninin (r), şəhid Mürtəza Mütəhhərinin və mərhum Əllamə Misbah Yəzdinin əsərlərini oxuyurdu. Hətta bu mövzulardan bəzilərini yaxın çevrəsində olanlara da tədris edirdi. Onun davamlı mütaliəsi davranışlarında özünü göstərən misilsiz saflıq, uzaqgörənlik və bəndəlik ruhunun əsas amillərindən biri idi.

Birgə elmi-tədqiqat əsərinin hazırlanması təklifi

Toplantının sonunda şəhid Seyid Həsən Nəsrullah konqresinin daxili və beynəlxalq toplantılarının rəhbəri doktor Əbdipur Ayətullah Misbah Yəzdinin (r) övladlarının Hizbullah hərəkatının şəhid baş katibinin şəxsiyyətinin müxtəlif yönlərinin araşdırılmasına göstərdikləri diqqətə görə təşəkkürünü bildirib və İmam Xomeyni adına Təhsil və Tədqiqat İnstitutunun Əllamə Misbah Yəzdinin şəhid Seyid Həsən Nəsrullahın şəxsiyyəti və düşüncələri ilə bağlı baxışlarını toplu şəkildə əsər halına salmasını təklif edib.

O bildirib: Bu mövzuların zəngin elmi və düşüncə məzmununu nəzərə alaraq, bu dəyərli əsər İmam Xomeyni adına Təhsil və Tədqiqat İnstitutu ilə “Əminər-Rəsul” konqresinin katibliyi arasında birgə elmi-tədqiqat layihəsi çərçivəsində hazırlanaraq nəşr edilə bilər. Belə bir əsər müqavimət liderləri ilə İslam düşüncəsinin əsas simaları arasındakı düşüncə və mənəviyyat əlaqələrinin izahında elmi sənəd və istinad mənbəyi kimi tədqiqatçıların istifadəsinə verilə bilər.

Xəbərin sonu

Şəhid Seyid Həsən Nəsrullahın şəxsiyyəti, düşüncələri və məktəbinin araşdırıldığı toplantıdan reportaj / Nə üçün bu gün Seyid Həsən Nəsrullahdan nümunə götürməyə ehtiyacımız var?

Şəhid Seyid Həsən Nəsrullahın şəxsiyyəti, düşüncələri və məktəbinin araşdırıldığı toplantıdan reportaj / Nə üçün bu gün Seyid Həsən Nəsrullahdan nümunə götürməyə ehtiyacımız var?

Rəyiniz

You are replying to: .
captcha