Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “Şəhid Ayətullah Xameneinin” dəfnindən qırx günün tamam olması münasibətilə anım mərasimi müqavimət cəbhəsinin rəhbərlərindən Höccətül-İslam vəl-müslimin Seyid Haşim Heydərinin, Elmi hövzələrə Xidmət Mərkəzinin rəhbəri Höccətül-İslam vəl-müslimin Əhsəninin, mərkəzin əməkdaşlarının və onların ailə üzvlərinin iştirakı ilə Qum Elmi hövzəsinə Xidmət Mərkəzində keçirilib.
Mərasimdə çıxış edən Elmi hövzələrə Xidmət Mərkəzinin rəhbəri Höccətül-İslam vəl-müslimin Məhəmmədhüseyn Əhsəni şəhid Ayətullah Xameneinin xatirəsini yad edərək onun şəxsiyyətinin müxtəlif, elmi və mənəvi xüsusiyyətlərini, eləcə də göstərdiyi fədakarlıqları və mübarizəsini izah edib və bildirib: Tarixin həssas dönəmlərində böyük şəxsiyyətlər iman, uzaqgörənlik və mübarizə ruhuna söykənərək cəmiyyətin hərəkət yolunu aydınlaşdırırlar. Onların mübarizəsi və fədakarlığının izləri tarixdə əbədi qalacaq.
Daha sonra müqavimət cəbhəsinin rəhbərlərindən Höccətül-İslam vəl-müslimin Seyid Haşim Heydəri İslam sistemində vilayəti-fəqihin mövqeyinə toxunaraq bildirib: Şəhid Ayətullah Xameneinin İraqda dəfn mərasimi bu ölkə tarixinin ən böyük dəfn mərasimi olub. Xalqın ona münasibəti yalnız təqlid mərcəsi kimi deyil, həm də Allah yolunda mübarizə aparan mücahid və dünya imperializmi qarşısında haqq cəbhəsinin rəhbəri kimi formalaşıb.
O, həmçinin yeni vəli-fəqih kimi Ali Məqamlı Rəhbər Ayətullah Seyid Müctəba Xameneiyə beyət etdiyini və əhdini yenilədiyini bildirərək İslam cəmiyyətində birliyin gücləndirilməsinin zəruriliyini vurğulayaraq deyib: Şəhid Ayətullah Xameneinin bu möhtəşəm və misilsiz dəfn mərasimindən sonra, xüsusilə İran və İraq xalqları arasında olmaqla, İslam ümmətinin birlik və həmrəyliyi istiqamətində daha böyük addımlar atmalıyıq.
Hədisi-Kisanın oxunması, şəhid Ayətullah Xameneinin şəxsiyyəti və mübarizəsi ilə bağlı xatirələrin nəql edilməsi, həmçinin Əhli-beytin (ə) müsibət və mərsiyələrinin oxunması mərasimin digər bölmələrindən olub.
Xəbərin sonu







Rəyiniz