şənbə 22 avqust 2026 - 21:51
Ali Məqamlı Rəhbərə tabe olmaq və düşmənin istənilən təcavüzünə qəti cavab vermək zəruridir / Milli birlik və həmrəyliyin qorunmasının vacibliyi

Ayətullah Nuri Həmədani vurğulayıb: Belə bir şəraitdə Ali Məqamlı Rəhbərin göstərişlərinə tabe olmaq, düşmən qarşısında müqavimət göstərmək, istənilən təcavüzə qəti cavab vermək, daxili birlik və həmrəyliyi qorumaq ən zəruri məsələlərdəndir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Nuri Həmədani Milli Təhlükəsizlik Ali Şurasının katibi vəzifəsinə general-mayor doktor Möhsün Rzayinin təyin olunması münasibətilə göndərdiyi mesajda onun təyinatını təbrik edib və vurğulayıb ki, bu gün İslam və İnqilab düşmənləri tamahlarını artıraraq İslam Respublikasına qarşı düşmənçilik və təcavüz etmək üçün bütün imkanları ilə meydana çıxıblar.

O, həmçinin xatırladıb ki, belə bir şəraitdə Ali Məqamlı Rəhbərin (Allahonuqorusun) göstərişlərinə tabe olmaq, düşmən qarşısında müqavimət göstərmək, istənilən təcavüzə qəti cavab vermək, daxili birlik və həmrəyliyi qorumaq ən zəruri məsələlərdəndir.

Ayətullah Nuri Həmədani tərəfindən Milli Təhlükəsizlik Ali Şurasının katibinə göndərilən mesajın tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə

General-mayor cənab doktor Möhsün Rzayi, ilk növbədə sizi salamlayıram və həmçinin sizin Milli Təhlükəsizlik Ali Şurasının katibi vəzifəsinə təyin olunmağınızı təbrik edirəm.

Bu gün İslam və İnqilab düşmənləri tamahlarını artıraraq İslam Respublikasına qarşı düşmənçilik və təcavüz etmək üçün bütün imkanları ilə meydana çıxıblar. Sizin hərbi və müdafiə məsələlərindəki keçmiş fəaliyyətiniz və təcrübələriniz bu mühüm və məsuliyyətli vəzifənin icrasında təsirli ola bilər.

Belə bir şəraitdə Ali Məqamlı Rəhbərin (Allah onu qorusun) göstərişlərinə tabe olmaq, düşmən qarşısında müqavimət göstərmək, istənilən təcavüzə qəti cavab vermək və daxili birlik və həmrəyliyi qorumaq ən zəruri məsələlərdəndir.

Uca Allahdan Sizə uğur və müvəffəqiyyətlər diləyirəm.

22 avqust 2026-cı il 

Ayətullah Nuri Həmədani

Ali Məqamlı Rəhbərə tabe olmaq və düşmənin istənilən təcavüzünə qəti cavab vermək zəruridir / Milli birlik və həmrəyliyin qorunmasının vacibliyi

Ali Məqamlı Rəhbərə tabe olmaq və düşmənin istənilən təcavüzünə qəti cavab vermək zəruridir / Milli birlik və həmrəyliyin qorunmasının vacibliyi

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha